bölmədə 3428 material var

Tarix: 16/04/13 “Google” mobil qurğu sahiblərinin real həyatda davranışını öncədən duyacaq

Davranış məlumatlarının toplanması üzrə açıq mobil texnologiyaların hazırlanması ilə məşğul olan “Behavio” StartUp şirkəti “Google” şirkəti ilə birləşib.

Tarix: 15/04/13 “Danışan” eynək yaradılıb

Florida Universitetində təhsil alan amerikalı tələbələrdən ibarət qrup görmə qabiliyyətindən məhrum olmuş insanlar üçün “Eyetalk” adlanan unikal eynək hazırlayıblar. Onlar kamera və mətnin tanınmasının xüsusi alqoritmi vasitəsilə istənilən mətni “oxuya” və daxili qulaqlıqlar vasitəsilə bütün bunları istifadəçiyə “danışa bilərlər”. Qurğu xarici görünüşünə görə adi günəş eynəyindən fərqlənmir.

Tarix: 15/04/13 İstehsalın robotlaşdırılması hesabına neftçıxarma işlərini təqribən 25% sürətləndirmək mümkündür

Mars üzərində araşdırmalar aparan “Curiosity” aparatı neft və qaz axtarışında kömək ola bilər. “ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, hazırda “Robotics Drilling Systems” Norveç şirkəti, özü düşünə və hərəkət edə bilən intellektual buruq işlərini layihələşdirir.

Tarix: 15/04/13 Dünyanın ən kiçik ölçüdə simsiz identifikasiya sistemi təqdim edilib

Yaponiyanın “Fujitsu” şirkəti vena vasitəsilə işləyən ən kiçik simsiz identifikasiya sistemi hazırlayıb. Qurğunu noutbuk və planşetlərə birləşdirmək mümkün olacaq.

Tarix: 12/04/13 “Philips” şirkəti ən qənaətcil “LED” lampalar hazırlayıb

Avropanın elektronika istehsalçısı “Philips” şirkətinin iddiasına görə, o, ən qənaətcil “LED” lampanı hazırlayıb. Şirkətin nümayəndələrinin məlumatına görə, cümə axşamı nümayiş etdirilmiş lampa prototipi daha mövcud həllərlə müqayisədə iki dəfə az elektrik enerjisi sərf edir. Bu halda, yeni həll işıqlanmasına görə ənənəvi lampalardan geri qalmır.

Tarix: 12/04/13 100 dollarlıq mikrokompüter təqdim olunub

Bu ilin mayında satışa “Measy U4B” mikrokompüteri çıxarılacaq. Yığcam qurğu dörd hesablama nüvəsinə malik 1.8 QHs takt tezlikli “Rockchip RK3188” prosessoru və 1 QB əməli yaddaşla təchiz edilib. Daxili fləş-modulun tutumu 8 QB-dır, “MicroSD” kartı üçün slot da var.

Tarix: 11/04/13 Çinlilər dünyanın ən nazik smartfonunu yaradıblar

Çinin “Oppo” şirkəti 6.13 millimetr qalınlığında yeni qurğu yaradır. Yenilik haqqında məlumat azdır. “R809T” modeli 4.5 düymlü HD formatlı ekran, dördnüvəli “Mediatek MT6589” prosessoru və 1 QB əməli yaddaşla təchiz olunacaq.

Tarix: 11/04/13 “Apple” şirkəti “iPad 5” modelinin istehsalına iyul-avqust aylarında başlayacaq

“Apple” şirkəti 9,7 düymluq “iPad 5” modelinin kütləvi istehsalına bu ilin iyul-avqust aylarında başlayacaq.

Tarix: 11/04/13 Bu da oldu: "zaman maşını" yaradıldı

İranlı iş adamı və alim Əli Razei yaxın gələcək barədə məlumat vermək qabiliyyətinə malik "zaman maşını"nın yaradılmasını bəyan edib. Alimin sözlərinə görə, əldə olunan informasiyanın dəqiqliyi 98%-ə çatır. "Mürəkkəb alqoritmlər dəsti"ndən istifadə edən qurğunun yaradılmasına təxminən 10 il vaxt sərf olunub.

Tarix: 11/04/13 Azərbaycanda genişekranlı “multi touç” köşklərinin istehsalına başlanıldı

Azərbaycanın elektron avadanlıq istehsalçısı olan «Kür» zavodu yeni genişekranlı “multi touç” “KASPİ -42” modelli köşkünün istehsalına başladı

Tarix: 10/04/13 “Acer” şirkəti hibrid ultrabuk istehsal edəcək

İnternetdə yayılmış məlumata əsasən, “Acer” şirkəti tezliklə “Windows 8” əməliyyat sistemi ilə işləyən “Aspire P3” hibrid yığcam kompüterini təqdim edəcək.

Tarix: 10/04/13 7 düymlü “ASUS MeMo Pad” planşetinin qiyməti məlum olub

“ASUS” şirkəti 1024x600 nöqtə təsvir ölçülü 7 düymlü yeni “MeMO Pad” (ME172V modeli) planşetinin satışlarına başlayıb. “ICTnews.az” elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, aparat 1 QHs takt tezlikli birnüvəli “VIA WM8950” prosessoru, “Mali-400” qrafik nüvəsi, 1 QB həcmində əməli yaddaş və 8 və ya 16 QB həcmində daxili fləş-yaddaşla təchiz edilib

Tarix: 10/04/13 Alimlər şifrələri daxil etmək üçün fikrin gücündən istifadə etməyi təklif edirlər

Mətn şifrələri uzun illərdir istifadə edilir. Bununla belə onlar bir sıra çatışmazlıqlara malikdir: onları daxil etmək o qədər də rahat deyil, həm də onları “oğurlamaq” ehtimalı böyükdür. Alimlər alternativ variant kimi istifadəçinin beyninin elektrik dalğalarından istifadə etməyi təklif edirlər.

Tarix: 09/04/13 “Intel” korporasiyası yeni nəsil sürətli interfeys təqdim edib

“Intel” şirkəti “NAB” tədbiri çərçivəsində yeni nəsil “Thunderbolt” interfeysini təqdim edib.

Tarix: 09/04/13 “Hewlett-Packard” yığcam serverlər təqdim edib

“Hewlett-Packard” (HP) şirkəti “Moonshot” adlanan çox yığcam server xəttini təqdim edib. Ənənəvi serverlərlə müqayisədə “HP”-nin yeni həlli elektrik enerjisinə 89% qənaət edir.








19 Mart 2024

18 03 2024