Tarix: 28/04/14 Yeni “Toyota Camry” avtomobilində simsiz enerji doldurma texnologiyası tətbiq ediləcək

Yaponiyanın “Toyota” şirkəti öz avtomobillərində mobil telefonların simsiz enerji ilə doldurulması texnologiyasının tətbiqinə davam edir. Belə ki, 2015-ci ilin yayında yeni “Camry” modelində bu funksiya işə salınacaq.
Tarix: 26/04/14 Çində “3D” printer vasitəsilə bir sutkaya 10 ev inşa olunub

Çin şirkətinin əməkdaşları nəhəng “3D” texnologiyalı printerin köməyi ilə 24 saat ərzində on ev tikiblər. Mütəxəssislərin sözlərinə görə, yeni texnologiya binaların inşasını xeyli ucuzlaşdırır və iş müddətini azaldır.
Tarix: 26/04/14 Yeni material displeylərə öz formasını dəyişməyə imkan verəcək

Miçiqan Universitetinin tədqiqatçıları düşən işıqdan asılı olaraq öz formasını dəyişə bilən yeni tip material icad ediblər. Texnologiya cürbəcür formalar almaqla müxtəlif uzunluğa malik işıqlara reaksiya verən kristallardan ibarətdir.
Tarix: 25/04/14 Daxili proyektorlu “Samsung Galaxy Beam 2” smartfonu nümayiş etdirilib

“Samsung” şirkəti “Galaxy Beam 2” smartfonunu nümayiş etdirib. Smartfon orijinal xüsusiyyətə malikdir: cihaza quraşdırılmış mini-proyektor 800x480 piksel təsvir ölçülü təsviri istənilən düz səthdə əks etdirir. Bu, məsələn, kiçik təqdimatların keçirilməsi üçün faydalı ola bilər.
Tarix: 25/04/14 “Watson” superkompüteri satıcı-konsultant rolunda

“IBM” korporasiyasına məxsus “Watson” superkompüteri artıq dəfələrlə ən müxtəlif rollarda (həkim, iqtisadçı və aşpaz) sınanılıb. Bu dəfə superkompüter satıcı-konsultant peşəsini öyrənməlidir.
Tarix: 25/04/14 Azərbaycanda nano və nüvə texnologiyaları daha da inkişaf etdiriləcək

Azərbaycanda yüksək texnologiyalar, o cümlədən kosmik sənaye, biotexnologiya, elektronika, yeni informasiya texnologiyaları, nano və nüvə texnologiyaları inkişaf etdiriləcək.
Tarix: 25/04/14 Bitkoinlərlə ödəniş etmək üçün simsiz qolbaq hazırlanıb

Cihazların hazırlanması ilə məşğul olan “MEVY” şirkətinin nümayiş etdirdiyi qolbaq prototipinin köməyi ilə ödəniş etmək mümkün olacaq. Daşınan pul cüzdanının köməyi ilə bitkoinlərlə ödəniş etmək mümkün olacaq.
Tarix: 24/04/14 5000 dollar məbləğində planşet nümayiş etdirilib

“Xplore Technologies” şirkətinin nümayiş etdirdiyi “Xplore XC6” planşeti yüksək təhlükəsizlik dərəcəsinə malikdir.
Tarix: 24/04/14 Planşetlər üçün “4K” təsvir ölçülü 10.1 düymlük ekran hazırlanıb

“Japan Display” şirkəti planşetlər üçün “4K” (3840×2160 nöqtə) təsvir ölçüsündə yeni ekran hazırlayıb.
Tarix: 24/04/14 Yeni nəsil “Thunderbolt” konnektorunun sürəti artırılıb

“Intel Thunderbolt” kontrollerinin yeni nəslinin xarakteristikaları internetdə dərc olunub. “Alphine Ridge” kod adına malik qurğu saniyədə 40 qiqabitədək məlumat ötürə biləcək.
Tarix: 23/04/14 Futuroloqlar: “Beyin implantı keçirmiş insanlar adi insanlardan daha çox qazanacaq”

Otuz ildən sonra insanın beyninin içərisinə yerləşdirilən elektronika adi hal olacaq. Futuroloqların proqnozlarına görə, implantlar beyinə əlavə güc verdiyindən belə ötürücüləri yerləşdirmək arzusunda olan insanlar adi əməkdaşlardan daha çox qazanc əldə edəcək.
Tarix: 22/04/14 Fiziki düyməli sensor ekranlar reallığa çevrilir

Tayvanın “Wistron Corporation” şirkəti tezliklə qabaqcıl “Tactus Technology” toxunulmaqla duyulan əks-əlaqə sistemi ilə təchiz edilmiş ilk qurğularının istehsalına başlayacaq.
Tarix: 22/04/14 “Google” şirkəti “Nexus” planşetləri üçün yeni istehsalçı axtarır

“Digitimes.com” resursu yazır ki, “Google” şirkəti “HTC” ilə əməkdaşlıq çərçivəsində növbəti qabaqcıl planşetini buraxa bilər.
Tarix: 21/04/14 Yaponiyada dünyanın ən sürətli lifti hazırlanıb

Yaponiyanın nəhəng “Hitachi Ltd” elektrotexnika istehsalçısı dünyanın saatda 72 km sürətlə hərəkət edən ən sürətli liftini təqdim edib. Yerli “NHK” telekanalının məlumatına görə, lift 1-ci mərtəbədən 95-ci mərtəbəyə 43 saniyəyə qalxır.
Tarix: 21/04/14 Gözdən əlillərə kitabları oxumağa imkan verən qurğu yaradılır

Məlum olduğu kimi, görmə qabiliyyəti qüsurlu olan insanlar Brayl şrifti (1824-cü ildə fransalı Lui Brayl tərəfindən yaradılıb və gözdən əlillərin yazması və oxuması üçün nəzərdə tutulub) ilə yazılmış mətni oxuya bilirlər. Lakin Massaçusets Texnologiya İnstitutunun (MTİ) tədqiqat komandası daha əlverişli alternativ həll hazırlayır.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220