bölmədə 3428 material var

Tarix: 06/06/13 “Intel” korporasiyası “Thunderbolt 2” interfeysini təqdim edib

“Intel” korporasiyası “Computex 2013” sərgisində tezliklə “Thunderbolt 2” interfeysini dəstəkləyən qurğuların bazara çıxarılacağını bəyan edib. Sözügedən interfeys verilənlərin hər iki istiqamətdə 20 Qbit/s sürətlə ötürülməsini təmin edəcək.

Tarix: 05/06/13 İlk dəfə olaraq, sözün həqiqi mənasında “döyünən” süni ürəklə bağlı klinik sınaqlar aparılacaq

Yaxın günlərdə ilk dəfə olaraq, sözün həqiqi mənasında “döyünən” süni ürəklə bağlı klinik sınaqlar aparılacaq. Testlərin aparılması üçün “Carmat” şirkətinə rəsmi şəkildə icazə verilib.

Tarix: 05/06/13 Dünyanın ən qabaqcıl iki SİM kartlı smartfonu təqdim edildi

“HTC” şirkəti öz flaqmanı olan “HTC One” smartfonunun iki aktiv SİM kartı dəstəkləyən versiyasını təqdim etdi. “HTC One” Dual SİM smartfonunda “HTC One”-da özünü dogrultmuş innovasiyalı funksiyalar gerçəkləşdirilib.

Tarix: 05/06/13 “Sony” şirkəti ultrabuk təqdim edib

“Sony” şirkəti yeni “Intel Hasswell” mikroprosessorları ilə işləyən “Vaio” noutbuklarının yeni modellərini təqdim edib. Şirkətdən verilmiş məlumata əsasən, yeni “Vaio” modellərində “Truluminous” adlanan rəngin renderinqi texnologiyası, həmçinin “X-Reality” qrafik mühərriki reallaşdırılıb.

Tarix: 05/06/13 Xidmətçi-robot sahibinin “kapriz”lərini qabaqcadan hiss edir

Alimlər insanın nə etmək istədiyini hiss edən və məişət işlərində ona kömək etməyi bacaran xidmətçi-robot yaradıblar.

Tarix: 04/06/13 “Sony” şirkəti “Xperia M” smartfonunu təqdim edib

“Sony şirkəti 854×480 piksel təsvir ölçülü 4 düymlü maye kristal ekranla təchiz edilmiş “Xperia M” smartfonunu təqdim edib. Model 1 QHs takt tezlikli ikinüvəli “Snapdragon S4” prosessoru, 1 QB əməli və 4 QB daxili yaddaş, həmçinin “microSD” slotu ilə təchiz edilib.

Tarix: 04/06/13 “Asus” iki planşetini birdən təqdim edib

“Asus” şirkəti Tayvanda keçirilən “Computex 2013” sərgisində “Android 4.2 Jelly Bean” platforması ilə işləyən “MeMO Pad HD 7” və “MeMO Pad FHD 10” planşetlərini təqdim edib.

Tarix: 04/06/13 İnsan fikirlərini oxuyan kompüter

Qərbi Ontario Universitetindən olan kanadalı mütəxəssislər insan fikirlərini oxuyan kompüterin yaradılması üzərində çalışırlar. www.meddaily.ru saytının yazdığına görə, kompüter komada olan insanlarla ünsiyyət qurmağa kömək etməlidir.

Tarix: 04/06/13 “Samsung” iki yeni planşet təqdim edib

“Samsung şirkəti” “Galaxy Tab 3” seriyasından iki yeni planşet təqdim edib. “Samsung Tomorrow” bloqunda dərc edilmiş yazıya əsasən, qurğulardan biri 8 düymlü, digəri 10,1 düymlü ekranla təchiz edilib.

Tarix: 03/06/13 Azərbaycanda alternativ və bərpa olunan energetika sahəsində innovativ texnologiyalar tətbiq ediləcək

Azərbaycanın Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi gələcəkdə İKT-nin inkişafı nəticəsində əldə olan imkanları yaşıl iqtisadiyyat sahəsinin inkişaf etdirilməsi üçün istifadə edəcək.

Tarix: 03/06/13 “Acer” ilk planşetofonu təqdim edib

“Acer” şirkəti Tayvanda start götürmüş “Computex 2013” sərgisində “Liquid S1” adlanan ilk planşetofonunu təqdim edib. Sözügedən model 1280×720 piksel təsvir ölçülü 5,7 düymlü ekran və 1,5 QHs takt tezlikli dördnüvəli “Mediatek” çipi ilə təchiz edilib.

Tarix: 03/06/13 20 il sonra kompüterlərlə adi insanlar kimi söhbət etmək olacaq

Gələcəyin kompüterləri texnoloji cəhətdən o qədər inkişaf edəcək ki, canlı insanı belə əvəz edə biləcək. “Apple” şirkətinin həmtəsisçisi Stiv Voznyak belə bəyanatla çıxış edib.

Tarix: 03/06/13 Ən nazik oyun noutbuku yaradılıb

Amerikanın “Razer” ticarət markası 16,8 millimetr qalınlığında oyun noutbuku təqdim edib. Şirkətin iddiasına əsasən, sözügedən cihaz hazırda bazarda ən nazik modeldir. Noutbukun qiyməti 1800 dollardır.

Tarix: 31/05/13 “iPod touch” pleyerlərinin satış həcmi 100 milyonu ötüb

“iPod touch” pleyerlərinin bazara çıxarılması anından (2007) etibarən sözügedən yığcam musiqi pleyerlərinin satış həcmi 100 milyonu ötüb. Bu barədə cihazın yeni modeli istifadəyə verilən gün məlum olub.

Tarix: 31/05/13 Hakerlər Belçikanın baş nazirinin elektron poçt ünvanına müdaxilə ediblər

Hakerlər Belçikanın baş naziri Elio di Ruponun elektron poçt ünvanına müdaxilə ediblər və onun yazışmasını ələ keçirərək KİV-ə göndəriblər. “De Morgen” daxil olmaqla bir sıra qəzetlərə poçtla tərkibi Elio di Ruponun 2004-2008-ci illərə aid bir neçə yüz məktubdan ibarət “CD” disklər göndərilib.








19 Mart 2024

18 03 2024