bölmədə 3428 material var

Tarix: 28/01/13 Kiçik kamera daha gözəl anları paylaşmağa imkan yaradacaq

“MeCam” kiçik qapaq ölçüsündə kameradır və o, 1-4 saat ərzində 720 piksel təsvir ölçüsündə video çəkməyə “qadirdir”. Kamera infraqırmızı lampalarla təchiz edildiyinə görə işıqlandırma ilə bağlı problem olmayacaq və videonun keyfiyyəti pisləşməyəcək. Kameradan, həmçinin 5 meqapiksel təsvir ölçüsündə fotoaparat kimi istifadə mümkündür.

Tarix: 28/01/13 Elektrik avtomobilləri üçün enerjidoldurma stansiyalarının sayı artırılır

Son ildə Avropada elektrik avtomobillərinin enerji ilə doldurulması üçün “CHAdeMO” standartına cavab verən stansiyaların sayı təxminən 4 dəfə artıb. “ICTnews.az” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, hazırda dünyada 2 mindən çox bu cür enerjidoldurma stansiyası mövcuddur:

Tarix: 26/01/13 Amerikalılar mobil kameranı uçurdacaqlar (VİDEO)

Amerikanın "Always Innovating" şirkəti "ağıllı" telefonlar üçün uçan mobil kamera prototipini təqdim edib. "MeCam" adlı qurğunun dörd pəri var. Məlumatı mobil aparata real vaxt rejimində ötürür və sahibini avtomatik rejimdə müşayiət edə bilir.

Tarix: 26/01/13 "Samsung" suyadavamlı və "ağıllı" telefon təqdim edib

"Samsung" şirkəti "Galaxy Xcover 2" "ağıllı" telefonunu təqdim edib. Qurğu "IP67" müdafiə dərəcəsinə malikdir və təxminən 30 dəqiqə müddətində 1 metrədək suyun altında qala bilər. Bu halda iş qabiliyyətini itirmir. Bu xüsusiyyətinə görə "Galaxy Xcover 2" sualtı fotolar çəkə bilir.

Tarix: 25/01/13 Gələcəyin 3 texnoloji inqilabı

İnnovasiyalar ətrafında aparılan müzakirələr populyar olsa da,  heç də hamı innovasiya prosesinin mahiyyətini anlamır.

Tarix: 25/01/13 “Canon” sənədlər üçün yığcam skaner təqdim edib

“Canon” şirkətinin istehsal etdiyi “imageFORMULA P-208” yığcam skaneri dəqiqədə 16-dək şəkli ikitərəfli skan edə bilir. “ICTnews.az” elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, skanerin təsvir ölçüsü 1 düymdə 600 nöqtə təşkil edir, o, sənədlərin avtomatik daxil edilməsi qurğusu ilə təchiz edilib və həm mətni, həm də fotonu skan edə bilər. Qurğunun çəkisi 600 qram təşkil edir.

Tarix: 25/01/13 Texnologiyalar bu dəfə beton istehsalçıları və istehlakçıların köməyinə gəlib

Bütün sahələrdə tətbiq həlləri ilə yeniliklər yaradan texnologiyalar bu dəfə beton istehsalçıları və istehlakçıların köməyinə gəlib. Belə ki, rəsmi statistik məlumatlara əsasən, soyuq hava şəraitində, xüsusən qış aylarında beton istehsalı üzrə işlər azalır və beton istehsalçıları, inşaat şirkətləri bir sıra çətinliklərlə qarşılaşır.

Tarix: 24/01/13 “3D” printer ilə geyim də hazırlanacaq

Bəziləri “3D” printerdə silah, kimsə xəstə heyvanlar üçün protezlər, digərləri isə bina modelləri hazırlayır. Möcüzə printerdə, hətta dizayner geyimi də hazırlamaq mümkündür.

Tarix: 24/01/13 “Bey-Bric” körpüsündə möhtəşəm animasiya yaradılacaq (VİDEO)

San-Fransiskoda yerləşən məşhur “Bey-Bric” körpüsü yalnız bir çox film və fotoların üzü deyil, həm də bəşəriyyətin misilsiz mühəndislik rəmzidir. Bu əfsanəvi konstruksiya 75 yaşını qarşılamağa hazırlaşır. Yubiley körpüdə zərif yüksəktexnologiyalı animasiyanın yaradılması ilə qeyd olunacaq.

Tarix: 24/01/13 “Nokia” qabaqcıl kamera ilə təchiz edilmiş "vinfon" hazırlayır

Finlandiyanın “Nokia” şirkəti “Windows Phone” platforması ilə işləyəcək “ağıllı” telefonda “PureView” texnologiyasını reallaşdırmaq niyyətindədir.

Tarix: 23/01/13 Yaponiyada iki ekranla təchiz edilmiş “ağıllı” telefon təqdim edilib

Yaxın keçmişə nəzər saldıqda, qeyri-adi telefonları məhz yaponiyalı istehsalçıların yaratdığını görürük, lakin son illərdə “Sharp” və ya “Fujitsu” kimi şirkətlər standart “Android” telefonlar istehsal edirlər. Lakin “NEC” şirkəti iki ekranla təchiz edilmiş “Medias W N-05E” “ağıllı” telefonunu təqdim edib.

Tarix: 23/01/13 “Samsung” 8 düymlü planşet hazırladığını təsdiqləyib

“Samsung”un mobil bölməsinin direktoru Cey Key Şin şirkətin planşet hazırladığını təsdiq edib. Bu barədə Koreyanın “iNews 24” nəşri məlumat yayıb.

Tarix: 23/01/13 “Google” "iPad”ın “qatil”ini təkmilləşdirəcək

Planşetlər arasında ən aydın ekrana və sürətli mobil prosessora malik olan “Nexus 10” təkmilləşdiriləcək. Qeyri-rəsmi məlumata görə, “Google” şirkəti qurğunun məhsuldarlığından narazıdır, çünki “Samsung Exynos” çipi 4 milyon piksel təsvir ölçüsünə malik ekran üçün o qədər güclü deyil.

Tarix: 23/01/13 “LG” yeni “ağıllı” telefon təqdim edib

“LG” şirkəti Yaponiyanın “NTT Docomo” operatoru ilə birgə “Full HD” ekranı ilə təchiz edilmiş 5 düymlü “Optimus G Pro” “ağıllı” telefonunu təqdim edib.

Tarix: 23/01/13 Dünyanın ən nazik planşeti təqdim edilib

“Sony” şirkəti Yaponiyada “Android” platforması ilə işləyən yeni “Xperia Z” planşetini təqdim edib. Qurğunun qalınlığı 6,9 millimetr təşkil edir. O, həm “iPad”, həm də yığcam “iPad mini” planşet kompüterindən nazikdir və çəkisi cəmisi 495 qramdır








22 Noyabr 2024

21 11 2024