Tarix: 29/03/13 "Elektron imza"nı artıq poçt şöbələrindən almaq mümkündür
"Elektron imza"nın alınması ilə bağlı müraciətlər artıq “Azərpoçt” MMC-nin şöbələrində də qəbul olunur. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Məlumat Hesablama Mərkəzindən (MHM) qeyd edilib ki, elektron imzaların verilməsi, həmçinin ərizənin alıcılar tərəfindən təqdim edilməsi və imzanın dəyərinin ödənişindən sonra poçt rabitəsinin şöbələri tərəfindən həyata keçirilir
Tarix: 28/03/13 Elektron imzanı neçəyə almaq olar?
Müasir dövrün tələbləri ilə ayaqlaşmaq istəyənlər üçün elektron imza effektiv həll hesab edilir və bir çox üstünlükləri ilə seçilir. İlk növbədə, elektron imza ilə imzalanmış sənədlər bir neçə saniyə ərzində lazım olan yerə çatdırıla bilər.
Tarix: 28/03/13 Məcburi köçkünlər üçün salınan qəsəbədə yeni elektron ATS tikilib
Mingəçevir şəhərində qaçqın və məcburi köçkünlər üçün tikilən və bu günlərdə istifadəyə verilməsi planlaşdırılan yeni qəsəbədə müasir 512 nömrə tutumlu elektron ATS qurulub. Mingəçevir TKQ-nin rəisi Mustafa Muradovun “ICTnews” elektron xəbər xidmətinə verdiyi məlumata görə
Tarix: 28/03/13 “Dilmanc” mətnin səsləndirilməsi sisteminin yeni versiyasını istifadəyə verib
“Dilmanc” layihəsi çərçivəsində mətnin səsləndirilməsi sisteminin yeni versiyası istifadəyə verilib. Layihənin icra qrupundan verilən məlumata əsasən, bu versiyada intonasiya ilə bağlı bəzi problemlər həll olunmuş, sual və nəqli cümlələrin intonasiyası və səs tonu təkmilləşdirilmiş, durğu işarələri və pauza kimi problemlər qismən həll olunub.
Tarix: 27/03/13 DRİ-nin nümayəndəsi radiomonitorinq şəbəkəsinin test sınaqlarının keçirilməsində iştirak edir
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin nümayəndəsi radiomonitorinq şəbəkəsinin qurulması ilə əlaqədar ABŞ-ın Kaliforniya ştatında istehsalçı zavodda avadanlığın test sınaqlarının keçirilməsində iştirak edir.
Tarix: 19/03/13 MHM informasiya təhlükəsizliyi üzrə beynəlxalq sertifikat almağa hazırlaşır
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) “ISO 27001” informasiya təhlükəsizliyi beynəlxalq standartı üzrə sertifikat almaq üçün hazırlıq işlərini başa çatdırır. MHM-in direktoru Nail Mərdanovun “ICTnews” elektron xəbər xidmətinə verdiyi məlumata əsasən, hazırda mərkəzdə beynəlxalq təhlükəsizlik standartına uyğunluq üzrə daxili audit keçirilir.
Tarix: 19/03/13 Bayram günlərində də əhali İKT sektoru üzrə təklif edilən bütün xidmətlərdən yararlanacaq
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Novruz Bayramı günlərində əhalinin telekommunikasiya və informasiya texnologiyaları, o cümlədən mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə yüksək səviyyədə təmin edilməsinə dair rabitə birlik və müəssisələrinə, həmçinin telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar verib.
Tarix: 18/03/13 Məlumat Hesablama Mərkəzi növbəti dəfə “ISO 9001:2008” beynəlxalq uyğunluq sertifikatını əldə edib
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Məlumat Hesablama Mərkəzi (MHM) keyfiyyət menecment sistemi üzrə “ISO 9001:2008” beynəlxalq standartın tələblərinə uyğun növbəti resertifikasiya auditindən uğurla keçib.
Tarix: 18/03/13 Şəkinin telekommunikasiya şəbəkəsi ən son texnologiyalar əsasında qurulacaq
Bu il Şəkidə informasiya və kommunikasiya texnologiyaları sahəsində genişhəcmli layihə həyata keçiriləcək. Bu barədə Şəki Telekommunikasiya Qovşağının rəisi Məhəmməd Əhmədov məlumat verib.
Tarix: 18/03/13 Bu gün Tərtərdə yeni elektron ATS istifadəyə veriləcək
“Aztelekom” İB bu gün regionlarda yeni elektron ATS-lər istifadəyə verəcək. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə birliyin baş direktorunun 1-ci müavini, texniki direktor Zahir Vəliyev məlumat verib.
Tarix: 16/03/13 Gücləndirilmiş elektron imza vəsiqələrinin sayı 10 000 ədədi keçdi
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən təqdim olunmuş gücləndirilmiş elektron imza vəsiqələrinin sayı 10 000 ədədi keçdi.
Tarix: 16/03/13 MNP sisteminin istismara verilməsi mobil rabitə xidmətləri bazarında kəskin rəqabəti stimullaşdıracaq
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaxın zamanda mobil rabitə şəbəkələrində nömrələrin daşınması (MNP) sistemini istismara vermək niyyətindədir.
Tarix: 16/03/13 “Aztelekom” informasiya-kommunikasiya texnologiyaları ili ilə bağlı planlarını açıqlayıb
2013-cü ilin Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin sərəncamında göstərilən istiqamətlər və tapşırıqlara uyğun olaraq, “Aztelekom” İB-də də geniş proqram hazırlanıb, həyata keçirilməsinə başlanılıb.
Tarix: 15/03/13 Yeni zona kodlarının tətbiqi prosesi istifadəçilərə nömrə yığımında rahatlıq yaradacaq
Azərbaycan ərazisində telekommunikasiya şəbəkəsinin vahid nömrələmə sisteminə keçirilməsi üçün yeni zona kodlarının tətbiqi ilk növbədə nömrə resurslarından səmərəli istifadəyə imkan verir
Tarix: 15/03/13 Güclü külək Ağdam və Tərtər rayonlarının rabitə sisteminə ziyan vurub
Güclü külək Ağdam və Tərtər rayonlarının yaşayış məntəqələrində bütün sahələrlə yanaşı, rabitə sahəsinə də ziyan vurub. Tərtər Telekommunikasiya Qovşağının rəisi Rüfət Qurbanovun verdiyi məlumata görə, qısa zamanda baş verən güclü külək rayonda elektrik şəbəkəsi ilə yanaşı, rabitə sisteminin xətt təsərrüfatına ciddi zərbə vurub.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180