bölmədə 3428 material var

Tarix: 29/07/13 Rəqəmli fotokameraların qlobal tədarük həcmi 28% azalacaq

Tayvanın “Digitimes Research” tədqiqat şirkətinin ekspertlərinin proqnozuna əsasən, rəqəmli fotokamera bazarının həcmi getdikcə azalacaq.

Tarix: 29/07/13 Yeni televiziya əlavəsinə tələbat gözləntiləri ötüb

“Google” şirkəti “Chromecast” yığcam televiziya əlavəsinə tələbatı düzgün qiymətləndirməyib. Belə ki, sözügedən qurğu alıcıların diqqətini cəlb edib.

Tarix: 29/07/13 “Lumia 1020” smartfonu satışa çıxarılıb

41 meqapiksellik kamera ilə təchiz edilmiş “Lumia 1020” modelinin satışlarına başlanılıb. Hələ ki qurğu yalnız ABŞ-da əlçatandır. “AT&T” salonlarında sözügedən qurğunu 660 dollara satın almaq olar. Operatorla iki il müddətinə müqavilə bağlandığı halda aparatın qiyməti 300 dollara başa gələcək.

Tarix: 27/07/13 Yaponiyada geotermal elektrik stansiyalarının tikintisinə başlanıb

Yaponiyanın şimalında Akita prefekturasının Kurikoma Milli Qoruğunda ilk sınaq qazmasına start verilib.

Tarix: 26/07/13 “Firefox OS” ilə işləyən ikinci smartfon təqdim edilib

İspaniyanın “Geeksphone” startapı “Firefox OS” əməliyyat sistemi ilə işləyən ilk kommersiya smartfonunu (Peak+) təqdim edib.

Tarix: 25/07/13 Finlandiyada sifət tanınması funksiyasını dəstəkləyən ödəniş sistemi yaradılıb

Finlandiyanın “Uniqul” şirkətinin mütəxəssisləri maliyyə əməliyyatları zamanı təhlükəsizliyin gücləndirilməsi üçün orijinal üsul təklif ediblər. Bank kartları üçün hansısa əlavə mühafizə sistemlərinin işlənib hazırlanması əvəzinə, onlar hər bir istifadəçini sifətdən tanıyan yeni ödəniş sistemi yaradıblar.

Tarix: 25/07/13 Smartfonlar üçün 3 QB-lıq yaddaş modullarının istehsalına başlanılıb

“Samsung” şirkəti smartfon və planşetlər üçün aşağı enerji sərfiyyatlı 3 QB-lıq yaddaş modullarının kütləvi istehsalına başlayıb. 0.8 mm qalınlıqlı modul 20 nanometr texnoloji proses əsasında yaradılmış iki qrupa birləşdirilmiş altı çipdən ibarətdir.

Tarix: 25/07/13 “Google” fləş-kart ölçüsündə televiziya əlavəsi təqdim edib

“Google” şirkəti dünən keçirilmiş tədbirdə ikinci nəsil “Nexus 7” planşeti və “Android 4.3” mobil əməliyyat sistemindən başqa bir sıra gözlənilməz yeniliklər təqdim edib.

Tarix: 24/07/13 Dünyada "ən sürətli" sərt disk istehsal edilib

SSD erasının gəlişi ilə əlaqədar sərt disklər unudulmağa başlanıb. Bununla belə, “Seagate Technology” şirkəti dünən yeni korporativ sərt diskini istehsal edib.

Tarix: 24/07/13 “Motorola” smartfonlar xəttini yeniləyib

“Motorola” şirkəti iyulun 23-də “Droid” xəttindən olan 3 yeni smartfon - “Ultra”, “Maxx” və “Mini” modellərini təqdim edib. Qeyd olunan aparatların hamısı “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyir.

Tarix: 24/07/13 “Intel” server prosessoruna smartfonlar üçün texnologiya əlavə edəcək

“Intel” şirkəti növbəti server prosessorunda artıq smartfonlar üçün “Intel Atom” prosessorunda tətbiq olunan sərfiyyatın azalması texnologiyasından istifadə etməyi planlaşdırır.

Tarix: 23/07/13 ABŞ-da əyilmiş ekranla təchiz edilmiş televizorların satışına başlanıb

Amerika KİV-nin yaydığı məlumata əsasən, bu həftə ABŞ sakinləri Koreyanın "Samsung" və “LG” şirkətlərinin yeni həlli – əyilmiş ekranla təchiz edilmiş televizorlarını satın ala biləcəklər.

Tarix: 23/07/13 Xərçəng hüceyrələrini ayırd edən “ağıllı bıçaq” yaradılıb

Yeni elektrobıçağın köməyi ilə əməliyyat zamanı bədxassəli şişlə sağlam toxumanı 3 saniyə ərzində fərqləndirmək mümkündür.

Tarix: 22/07/13 Verilənləri suyun altında 31 Tbit/s sürətlə ötürmək mümkün olub

“Alcatel-Lucent” şirkəti verilənlərin suyun altında 7200 kilometr məsafədə optik lif vasitəsilə 31 Tbit/s sürətlə ötürülməsinə nail olub.

Tarix: 22/07/13 Yeni quqlfon haqqında, demək olar ki, hər şey məlumdur

“Motorola” şirkəti jurnalistlərə avqustun 1-də keçiriləcək yeni “Moto X” smartfonunun təqdimatına dəvət göndərib. Lakin artıq internetdə qurğu haqqında, demək olar ki, bütün informasiya yerləşdirilib.








22 Noyabr 2024

21 11 2024