Tarix: 11/01/13 Mobil prosessorların imkanları artacaq
Bir çox mobil qurğular üçün “Snapdragon” çipsetlərini tədarük edən “Qualcomm” şirkəti iki yeni həll (800 və 600 modelləri) təqdim edib. Onlar güclü “ağıllı” telefon, planşet və "ağıllı" televizorlar üçün nəzərdə tutulacaq. Prosessorlar yanvarın 8-də start götürmüş “Consumer Electronics Show 2013” (CES) sərgisində elan edilib.
Tarix: 10/01/13 “Flower Power” datçiki ev bitkilərinə qulluğu asanlaşdıracaq
“Parrot” şirkətinin yeni “Flower Power” datçiki vasitəsilə bitkilərə qulluq etmək daha da asanlaşacaq. “ICTnews.az” elektron xəbər xidməti “gizmonews.ru” saytına istinadən bildirir ki, cihaz bitkilərə qulluq üçün nəzərdə tutulmuş datçikdir və günəş işığının miqdarına, rütubətin səviyyəsinə, hava temperaturuna və gübrələrin mövcudluğuna nəzarət edir.
Tarix: 10/01/13 Çində görmə imkanından məhrum olan insanlar üçün planşet yaradılıb
Çin Elmlər Akademiyasının Hesablama Texnikası İnstitutunda görmə imkanından məhrum olan insanlar üçün nəzərdə tutulmuş planşet hazırlanıb.
Tarix: 09/01/13 Mobil telefon və kompüterlə nəfəs yolları sisteminin monitorinqini aparmaq mümkün olacaq
Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutu yeni bir layihə üçün eksperimentlər aparmağa hazırlaşır. İnstitutun direktoru Telman Əliyev bildirib ki, küy texnologiyasından istifadə etməklə mobil telefon və kompüterlə nəfəs yolları sisteminin monitorinqini aparmaq mümkündür. Bunun üçün telefonun mikrofonundan istifadə edilə bilər.
Tarix: 09/01/13 Mobil qurğular batareya enerjisini bölüşəcək (VİDEO)
“Fulton Innovation” şirkətinin ABŞ-ın Las-Veqas şəhərində keçirilən “CES 2013” sərgisində təqdim etdiyi “eCoupled” texnologiyası sayəsində iki mobil qurğu bir-biri ilə batareya enerjisi ilə bölüşə biləcək.
Tarix: 09/01/13 “Trakdot Luggage” vasitəsilə baqajınızdan xəbərdar olacaqsınız
Yəqin ki bir çoxlarınız uçuşlar zamanı baqajın itirilməsi halları ilə rastlaşmısınız. Statistikaya əsasən, aeroportlarda il ərzində 26 milyona qədər çanta və çamadan itir.
Tarix: 09/01/13 Təhlükəsiz qapılar (VİDEO)
Dünya mütəxəssisləri təhlükəsizlik üsullarının təkmilləşdirilməsi üzərində çalışır və bu başadüşüləndir. Bu istiqamətdə hazırlanmış ən yeni ixtiralardan biri ictimaiyyətə təqdim edilib. İxtira “Linear Revolving Door” adlanır. Bu qapılar silahlı insanı binanın içərisinə buraxmayacaq.
Tarix: 08/01/13 “Wi-Fi” moduluna malik ilk ucuz fotokamera
“Canon” şirkəti “CES” sərgisində daxili “Wi-Fi” moduluna malik “PowerShot ELPH 130IS” yığcam kamerasını təqdim edib. Kamera foto və videoları dərhal fərdi kompüter, planşet və ya smartfona yükləməyə imkan verir.
Tarix: 08/01/13 “Sony” sukeçirməz “Xperia Z” “ağıllı” telefonunu təqdim edib
“Sony” şirkəti “CES 2013” sərgisində “Xperia Z” “ağıllı” telefonunu təqdim edib. O, 5 düymlü ekranla təchiz olunub. “ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Xperia Z”-in ekranının təsvir ölçüsü 1920x1080 nöqtə (Full HD) təşkil edir.
Tarix: 08/01/13 6.1 düymlü “ağıllı” telefon
“Huawei” şirkəti “CES 2013” sərgisində “Android” mobil əməliyyat sistemi ilə işləyən 6,1 düymlü “ağıllı” telefonunu təqdim etməklə tamaşaçıları heyrətləndirib.
Tarix: 08/01/13 1 TB həcmində fləş-kart yaradılıb
“Kingston” şirkətinin “CES 2013” sərgisində təqdim etdiyi “DataTraveler HyperX Predator” fləş-kartının yeni xətti 1 TB həcmində yaddaşla təchiz edilib. Bu seriyanın bütün modelləri “USB 3.0” standartını dəstəkləyir və informasiyanı 240 MB/s sürətlə oxuya, 160 MB/s ilə isə yaza bilir.
Tarix: 07/01/13 Sürətli mobil prosessor istehsal edilib
“Nvidia” şirkətinin “CES 2013” sərgisinin başlamasına az qalmış ərəfədə təqdim etdiyi yeni “Tegra 4” mobil çipi gələcəkdə “ağıllı” telefon və planşetlərdə quraşdırılacaq.
Tarix: 07/01/13 Bir balaca boyu var, dam dolusu toyu var
“SolidRun” startapının hazırladığı “CuBox Pro” yığcam kompüter sistemi 55x55x42 millimetr ölçüyə malikdir və qurğunun çəkisi 91 qram təşkil edir. Cihaz iş prosesi zamanı təxminən 3 Vatt enerji sərf edir.
Tarix: 07/01/13 7 düymlü uşaq planşeti istehsal edilib
“Polaroid” şirkəti uşaqlar üçün nəzərdə tutulmuş planşet istehsal edib. Şirkət cihazın daxili komponentlərini mümkün ola biləcək zədə və yerə düşmələrdən qorumaq üçün onu möhkəm korpusda hazırlayıb.
Tarix: 07/01/13 Qeyri-adi məişət kondisioneri hazırlanıb
“LG” şirkətinin elan etdiyi “Whisen” məişət kondisioneri istifadəçinin “ağıllı” telefonu ilə qarşılıqlı əlaqədə ola və hətta onun səsini tanıya bilər. Qurğuya 5 metrədək məsafədən əmr vermək mümkündür. Cihazın məhz hansı dilləri dəstəklədiyi hələ ki məlum deyil.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229