bölmədə 3428 material var

Tarix: 22/11/11 Dünyanın ən nazik smartfonu

7,1 millimetr qalınlıqlı korpusa malik “Motorola Razr” smartfonu bu yaxınlarda dünyanın ən nazik smartfonu adını itirəcək. Belə ki, “Wireless Goodness” bildirib ki, Amerika aparatı bu göstərici üzrə yaxın vaxtlarda Yaponiyanın “Fujitsu Arrows F-07D” modelinə yeniləcək. Belə ki, yeni modelin qalınlığı 6,7 millimetr təşkil edir.

Tarix: 22/11/11 Saatda 80 kilometr sürətlə qaçan ikiayaqlı robot (VIDEO)

Tədqiqatçılar qrupu dəvəquşuna oxşar ikiayaqlı robot nümunəsi yaradıblar. Robot saatda 80 kilometr sürətlə hərəkət edir. Robot tərtibatçıları bildiriblər ki, onlar çox asanlıqla ən sürətli sprinteri (qısa məsafəyə qaçış idmançısı) ötəcəklər. Yeni “FastRunner” robotu Floridanın robot texnikası ilə bağlı

Tarix: 22/11/11 Çoxfunkusiyalı modulyar fləşka

SADI şirkətinin dizayneri Xyunsu Sonq Amoeba adlı modulyar USB fləşka təqdim edib. Qurğu 4 blokdan ibarətdir. Həmin blokları həm birlikdə bir fləş daşıyıcı kimi, həm də ayrı-ayrılıqda istifadə etmək olar. Bu barədə Yanko Design saytı məlumat yayıb.

Tarix: 21/11/11 Yeni nəsil “Mobil DRAM” yaddaş modulu

“Elpida” şirkəti yeni nəsil 4 qiqabit tutumlu “Mobile DRAM” yaddaş modulları hazırlayıb. “Wide IO Mobile DRAM” məmulatları 30 nanometr texnologiya üzrə istehsal edilir. Onların “LPDDR2” modulları ilə müqayisədə 4 dəfə daha yüksək ötürmə sürəti təmin edəcəyi iddia edilir. Yeni yaddaş modullarının planşet kompyuter,

Tarix: 21/11/11 “Nokia”dan yeni smartfon

Veb-mənbələrin məlumatına əsasən, “Nokia” şirkəti yaxın vaxtlarda “Windows Phone” əməliyyat sistemi ilə işləyən öz üçüncü smartfonunu təqdim edə bilər. Qeyd edək ki, Finlandiya istehsalçısı oktyabr ayında “Lumia 800” və “Lumia 710” smartfonlarını təqdim edib. Hər iki model monoblok tipli korpusda hazırlanıb və 1,4 QHz takt tezlikli “Qualcomm Snapdragon” prosessoru ilə təchiz edilib.

Tarix: 19/11/11 Barmağa taxılan mini-kamera

Koreya dizayneri En Su Kim praktik olaraq görünməyən “Air Clicker” kamerasının konseptini yaradıb. O hesab edir ki, müasir qurğular getdikcə miniatürləşir. Kiçik ölçüsünə baxmayaraq, “Air Clicker” foto və video çəkməyə imkan yaradır. Bu barədə “Yanko Design” nəşri yazıb. “Air Clicker” kamerası faktiki olaraq 2 hissədən ibarətdir.

Tarix: 19/11/11 Üçüncü nəsil “iPad”

“Samsung”, “LG Display” və “Sharp” şirkətləri üçüncü nəsil “Apple iPad” planşet kompyuterləri üçün ekran tədarüklərinə başlayıblar. Bu barədə “DigiTimes” nəşrinin yaydığı məlumatda qeyd olunub. Oktyabr ayında təxminən 1 milyon ekran tədarük edildiyi bildirilib. Noyabr ayında isə tədarüklərün 2 milyona çatacağı ehtimal edilir.

Tarix: 19/11/11 Fleşka ölçüsündə kompyuter

Norveçin “FXİ” şirkəti qeyri-adi “Cotton Candy” qurğusunun prototipini təqdim edib. Qurğu xarici görünüşünə görə “USB” fleşkaya oxşayır. Bu barədə “The Verge” məlumat yayıb. Əslində bu, 1,2 QHz takt tezlikli “Samsung Exynos ARM” prosessoru, dördnüvəli “Mali- 400 MP” qrafik çipi, “microSD” slotu, “HDMİ” konnektoru,

Tarix: 18/11/11 Planşetlərdəki fləş daşıyıcıları nazik hibrid vinçesterlə əvəz ediləcək

Elm, texnika və tədqiqatlar (ASTAR) agentliyinə daxil olan Sinqapurun Verilənlərin Saxlanılması İnstitutunun (Data Storage Institute, DSI) mütəxəssislərinə qalınlığı cəmi 2,5 düym olan sərt disk hazırlamaq müyəssər olub. Hal-hazırda 2.5 form-faktorlu ən nazik sərt disklər təxminən 7 mm qalınlığa malikdir.

Tarix: 17/11/11 “HP”-dən qeyri-adi “mouse”

“HP” şirkəti 6 düymə ilə təchiz edilmiş X7000 simsiz “siçan”ın satışlarına başlayıb. Düymələrdən biri “Facebook” şəbəkəsinə daxil olmaq üçündür. Kompyuterlə əlaqə “Wi-Fi” vasitəsilə qurulur. “HP X7000” kompyuterdən 9 metr məsafədə də işlək vəziyyətdə qalır.

Tarix: 17/11/11 Yeni robot insanın hərəkətlərini izləyir (VİDEO)

Fransa mühəndisləri insan və robotun qarşılıqlı əlaqəsində yeni səhifə açan texnologiyanın hazırlanması haqqında məlumat veriblər. Mütəxəssislər qeyri-adi sistem yaratmağı bacarıblar. Belə ki, robot insan əlinin hərəkətlərini izləyir və onunla birlikdə hər hansı işi yerinə yetirə bilər.

Tarix: 16/11/11 “Nokia” şirkəti “Windows” bazasında planşet istehsal etmək niyyətindədir

“Nokia” şirkəti “Windows 8” əməliyyat sistemi ilə işləyən planşet istehsal etməyi planlaşdırır. Bu barədə “Les Echos” maliyyə nəşrinə verdiyi müsahibədə “Nokia” şirkətinin Fransa bölməsinin rəhbəri Pol Amsellem bildirib. Amsellem qurğunun texniki xüsusiyyətlərini bildirməyib,

Tarix: 16/11/11 2,5 QHz takt tezlikli smartfon

“Engadget” saytı “HTC” şirkətinin “Zeta” kod adı ilə olan smartfonunun elan edilməmiş təsvirini dərc edib. Qurğunun 2,5 QHz takt tezlikli dördnüvəli “Qualcomm APQ8064” prosessoruna əsaslandığı iddia edilir. Yenilik “HTC Sense 4.0” interfeysli “Android 4.0” əməliyyat sistemi ilə işləyir.

Tarix: 16/11/11 Azərbaycanda fləş-yığıcılar istehsal ediləcək

Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin "PEYK" zavodu bazasında fləş-yığıcılarının konveyer istehsalı 2012-ci ilə planlaşdırılıb. Gələn ilin əvvəlindən bu tip məhsulların istehsalı texnologiyasına yiyələnmək üçün test sistemlərinin tədarükü gözlənilir.

Tarix: 15/11/11 “Acer” şirkəti dördnüvəli planşetlər hazırlayır

2012-ci ilin çoxnüvəli planşetlər ili olacağına şübhə yoxdur. İlk olaraq “ASUS” şirkəti, sonra isə “HTC” şirkəti fərqlənib və “Acer” şirkəti də rəqiblərdən geri qalmağı planlaşdırmır,- “HDblog” xəbər verib. Şirkət “İCONİA Tab A510” və “A511” planşetlərini hazırlayır.








24 Noyabr 2024

23 11 2024