bölmədə 3428 material var

Tarix: 01/06/11 Samsung Apple-dan oğurluq edib?

IPhone smartfonunun dizaynının kopyalanması haqqında Apple və Samsung arasındakı uzanan “müharibə” yeni mərhələyə qədəm qoyub

Tarix: 01/06/11 Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır

Samsung şirkəti tez-tez yaddaş mikrosxemləri sahəsində unikal məhsullar təqdim edir. Bununla, böyük şirkət rəqiblərdən geri qalmadan texnoloji "dalğa zirvəsində" qalmağa müvəffəq olur. Hazırda Samsung 20 nm texproses 

Tarix: 04/05/11 “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı

İlk dəfə yeni funksiya “Google Translate” tərcümə servisində tətbiq olunub. Klaviaturada tərcümə üçün sözün və ya cümlənin yığılması əvəzinə “Chrome 11” istifadəçiləri bu sözü və ya cümləni mikrofona söyləyə biləcək. “Google Translate” isə səsləndirilmiş kontenti müəyyən edərək, onu istifadəçinin əvvəlcədən seçdiyi dilə tərcümə edir. Hələ ki, tərcümə servisi yalnız ingilis dilində şifahi nitqi müəyyən edə bilir.

Tarix: 01/06/11 Dünyanın ən kiçik videokamerası yaradılıb

İСTNEWS.AZ'ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yeni işləmənin tibb, avtomobil sənayesi və digər sahələrdə tətbiq edilə biləcəyi gözlənilir. 

Tarix: 01/06/11 Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb

Yapon şirkəti Ortus Technology yüksək dəqiqlikli rəqəmli kameralarda istifadə üçün nəzərdə tutulan ekran hazırlayıb.
Qeyd edilir ki, bu gunkü təqdim edilmiş panel 3D-kontenti əks etdirmək imkanına malik ən kiçik Full HD displeyidir. Onun diaqonalı 4,8 düym təşkil edir, kəskinlik — 1920×1080 piksel (2D-rejimdə düymdə 458 nöqtə).

Tarix: 24/05/11 Sony Ericsson Androidlərin satışını artıracaq

Sony Ericsson şirkəti digər istehsalçılar kimi Google Android platformasını əsas kimi seçdi. Sony Ericsson-un baş texniki direktoru Yan Uddenfeldt (Jan Uddenfeldt) KİV-ə danışdı ki, 2011-ci ildə dünyada Android platformasında 180 milyon smartfon satılacaq.
Keçən il, Android-qurğularını 60 milyon istifadəçi əldə edib. 2014-cü onu əldə etmək istəyənlərin sayı 400 milyona qədər artacaq.

Tarix: 24/05/11 Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb

İnternet məkanında IPv4 ünvanlarının faktiki olaraq bitmək üzrə olması bir çoxlarının diqqət mərkəzindən qaçmayıb. Bəziləri İP protokolunun yeni versiyasına keçməyə çalışır, bəziləri isə bitməkdə olan IPv4 ünvanlarının üzərində öz şəxsi bizneslərini yaradırlar.
Məsələn, almaniyalı mühəndis-proqramçı Martin Fon Levis bu günlərdə TradeIPv4.com veb-saytını açıb və burada İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradıb. Hazırda proyekt ARIN (Şimali Amerika) və APNIC (Asiya) ünvan qeydiyyatçılarının məkanında İP ünvanlarının satışı və kirayəsi ilı məşğul olur. ARIN məkanında satışlar 3 dollardan, APNIC-də isə 4 dollardan başlayır.

Tarix: 01/06/11 Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır

Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır. Bu barədə Ədliyyə Nazirliyindən bildirilib. Layihəyə Azərbaycanın nazirlik və idarələrində baxılır. Layihə çərçivəsində işlər yeni nəsil şəxsiyyət vəsiqlərinin verilməsinin müvafiq qayda və prosedurları hazırlandıqdan sonra başlayacaq. Hazırda Azərbaycanda şəxsiyyət vəsiqələrində gözün rəngi, boy və qan qrupu göstərilir, halbuki dünya təcrübəsində biometrik göstəricilərin 30-dan çox növü var.








22 Noyabr 2024

21 11 2024