bölmədə 3428 material var

Tarix: 29/04/14 “Samsung”dan peşəkar fotoqrafçılar üçün smartfon

“Samsung” şirkəti “Galaxy” seriyasından növbəti smartfonunu – “Galaxy K zoom”u nümayiş etdirib. Qurğu fotoşəkil həvəskarları üçün nəzərdə tutulub və 20,7 meqapiksellik ötürücü, həmçinin 10 dəfə yaxınlaşdıran optik zumla təchiz edilib.
 

Tarix: 29/04/14 “Acer” daşınan qurğular bazarına daxil olur

“Acer” brendinə məxsus fitnes-qolbaq formasında ilk daşınan qurğular cari ilin ortasında ictimaiyyətə təqdim ediləcək.

Tarix: 28/04/14 “Huawei” şirkəti “Ascend P7 mini” smartfonunu nümayiş etdirib

“Huawei” şirkəti 4,5 düymlük qHD təsvir ölçülü ekranla təchiz edilmiş “Ascend P7 mini” smartfonunu nümayiş etdirib.

Tarix: 28/04/14 Yeni “Toyota Camry” avtomobilində simsiz enerji doldurma texnologiyası tətbiq ediləcək

Yaponiyanın “Toyota” şirkəti öz avtomobillərində mobil telefonların simsiz enerji ilə doldurulması texnologiyasının tətbiqinə davam edir. Belə ki, 2015-ci ilin yayında yeni “Camry” modelində bu funksiya işə salınacaq.

Tarix: 26/04/14 Çində “3D” printer vasitəsilə bir sutkaya 10 ev inşa olunub

Çin şirkətinin əməkdaşları nəhəng “3D” texnologiyalı printerin köməyi ilə 24 saat ərzində on ev tikiblər. Mütəxəssislərin sözlərinə görə, yeni texnologiya binaların inşasını xeyli ucuzlaşdırır və iş müddətini azaldır.

Tarix: 26/04/14 Yeni material displeylərə öz formasını dəyişməyə imkan verəcək

Miçiqan Universitetinin tədqiqatçıları düşən işıqdan asılı olaraq öz formasını dəyişə bilən yeni tip material icad ediblər. Texnologiya cürbəcür formalar almaqla müxtəlif uzunluğa malik işıqlara reaksiya verən kristallardan ibarətdir.

Tarix: 25/04/14 Daxili proyektorlu “Samsung Galaxy Beam 2” smartfonu nümayiş etdirilib

“Samsung” şirkəti “Galaxy Beam 2” smartfonunu nümayiş etdirib. Smartfon orijinal xüsusiyyətə malikdir: cihaza quraşdırılmış mini-proyektor 800x480 piksel təsvir ölçülü təsviri istənilən düz səthdə əks etdirir. Bu, məsələn, kiçik təqdimatların keçirilməsi üçün faydalı ola bilər.

Tarix: 25/04/14 “Watson” superkompüteri satıcı-konsultant rolunda

“IBM” korporasiyasına məxsus “Watson” superkompüteri artıq dəfələrlə ən müxtəlif rollarda (həkim, iqtisadçı və aşpaz) sınanılıb. Bu dəfə superkompüter satıcı-konsultant peşəsini öyrənməlidir.

Tarix: 25/04/14 Azərbaycanda nano və nüvə texnologiyaları daha da inkişaf etdiriləcək

Azərbaycanda yüksək texnologiyalar, o cümlədən kosmik sənaye, biotexnologiya, elektronika, yeni informasiya texnologiyaları, nano və nüvə texnologiyaları inkişaf etdiriləcək.

Tarix: 25/04/14 Bitkoinlərlə ödəniş etmək üçün simsiz qolbaq hazırlanıb

Cihazların hazırlanması ilə məşğul olan “MEVY” şirkətinin nümayiş etdirdiyi qolbaq prototipinin köməyi ilə ödəniş etmək mümkün olacaq. Daşınan pul cüzdanının köməyi ilə bitkoinlərlə ödəniş etmək mümkün olacaq.
 

Tarix: 24/04/14 5000 dollar məbləğində planşet nümayiş etdirilib

“Xplore Technologies” şirkətinin nümayiş etdirdiyi “Xplore XC6” planşeti yüksək təhlükəsizlik dərəcəsinə malikdir.

Tarix: 24/04/14 Planşetlər üçün “4K” təsvir ölçülü 10.1 düymlük ekran hazırlanıb

“Japan Display” şirkəti planşetlər üçün “4K” (3840×2160 nöqtə) təsvir  ölçüsündə yeni ekran hazırlayıb.

Tarix: 24/04/14 Yeni nəsil “Thunderbolt” konnektorunun sürəti artırılıb

“Intel Thunderbolt” kontrollerinin yeni nəslinin xarakteristikaları internetdə dərc olunub. “Alphine Ridge” kod adına malik qurğu saniyədə 40 qiqabitədək məlumat ötürə biləcək.

Tarix: 23/04/14 Futuroloqlar: “Beyin implantı keçirmiş insanlar adi insanlardan daha çox qazanacaq”

Otuz ildən sonra insanın beyninin içərisinə yerləşdirilən elektronika adi hal olacaq. Futuroloqların proqnozlarına görə, implantlar beyinə əlavə güc verdiyindən belə ötürücüləri yerləşdirmək arzusunda olan insanlar adi əməkdaşlardan daha çox qazanc əldə edəcək.

Tarix: 22/04/14 Fiziki düyməli sensor ekranlar reallığa çevrilir

Tayvanın “Wistron Corporation” şirkəti tezliklə qabaqcıl “Tactus Technology” toxunulmaqla duyulan əks-əlaqə sistemi ilə təchiz edilmiş ilk qurğularının istehsalına başlayacaq.








22 Noyabr 2024

21 11 2024