bölmədə 3428 material var

Tarix: 15/07/13 “LG”dən nazik “Full HD” paneli

“LG” şirkəti 1920x1080 nöqtə təsvir ölçülü dünyanın ən nazik maye kristal panelini təqdim edib: onun qalınlığı cəmisi 2,2 millimetr (mm), diaqonalı isə 5,2 düym təşkil edir.

Tarix: 15/07/13 Bioloqlar köklərin uzanma prosesini “3D” formatında təqdim ediblər

Böyük Britaniyanın Dandi Universitetinin alimləri bitkilərin kök sisteminin formalaşması prosesinin göstərildiyi videogörüntünü təqdim ediblər. Bu kadrları əldə etmək üçün tədqiqatçılar xüsusi şəffaf sahə və lazer optik sistem hazırlayıblar. Bu haqda “New Scientist” “Optics Express” jurnalında yerləşdirilmiş məqaləyə istinadən məlumat verir.

Tarix: 15/07/13 Səhvləri müəyyən edən qələm yaradılıb

Yeni ixtira əllə yazılmış mətndə səhvləri müəyyən edir və istifadəçiyə bu barədə məlumat verir.

Tarix: 13/07/13 Xilasedicilərə kömək etmək üçün robot hazırlanıb

ABŞ Qabaqcıl Müdafiə Elmi Tədqiqat İşləmələri Agentliyi (DARPA) "Boston Dynamics" şirkəti ilə əməkdaşlıq çərçivəsində yaradılmış ikimetrlik robot təqdim edib.

Tarix: 13/07/13 Yeni texnologiya istənilən səthi sensor ekrana çevirir

Sinqapurda Nanyang Texnologiya İnstitutunun alimlərinin yaratdıqları texnologiya, demək olar ki, istənilən materialı (şüşə, ağac, alüminium və hətta plastik kütlə) ucuz sensor displeyə çevirməyə imkan verir. "STATINA" adlanan sistemin işlənib hazırlanmasına dörd il vaxt sərf olunub.

Tarix: 12/07/13 41 meqapiksellik kamera ilə təchiz edilmiş “Lumia” smartfonu təqdim edilib

“Nokia” şirkəti iyulun 11-də Nyu-York şəhərində keçirilmiş tədbirdə “Lumia 1020” smartfonunu təqdim edib. Aparatın əsas xüsusiyyəti daxili 41 meqapiksellik kameradır.

Tarix: 11/07/13 Alimlər maye metaldan üçölçülü möhür yaradıblar

Tədqiqatçılar üçölçülü möhür texnologiyası və ev temperaturunda maye metaldan avtonom strukturlar yaratmaq metodu tapıb.

Tarix: 11/07/13 Çində 100 meqapiksellik fotokamera yaradılıb

Çin Xalq Respublikasının Elmlər Akademiyasından verilən məlumata əsasən, Çin alimləri 100 meqapiksellik təsvir ölçülü fotokamera hazırlayıblar.

Tarix: 11/07/13 Daha tutumlu “beşölçülü yaddaş” yaradılacaq

Alimlər kvars şüşəsinə beş ölçüdə məlumat yazmağı və onu geri götürməyi öyrəniblər. Bu cür texnologiya nəhəng məlumatları məhdudiyyətsiz vaxt ərzində kiçik həcmdə saxlamağa imkan verir.

Tarix: 11/07/13 Dünyanın ən dəqiq saatı hazırlanıb

Paris rəsədxanasında Jerom Lodevikin rəhbərliyi altında işləyən alimlər qrupu rekord dəqiqliyə malik atom saatının hazırlanması haqqında məlumat veriblər:

Tarix: 10/07/13 İstehsalçılar 2014-cü ildə 3 QHs-lik ARM prosessor istehsal etmək niyyətindədirlər

Tayvanın “TSMC” şirkəti və Amerikanın “GlobalFoundries” şirkəti 2014-cü ildə 20 nanometrlik texnoloji prosesin tətbiqi ilə “ARM” prosessorların istehsalını yaratmaq niyyətindədirlər. Bu, çiplərin effektivliyini artırmağa imkan verəcək: enerji sərfiyyatı orta hesabla 25% azalacaq, məhsuldarlıq 30% artaraq təxminən 3 QHs takt tezliyinə çatacaq.

Tarix: 10/07/13 Yeni kamera ilə futbol oynamaq mümkündür

İxtiraçı Stiv Xollinqerin yaratdığı “Squitio” adlı qeyri-adi kamera topa birləşdirilib. O, öz ideyasını üç il bundan əvvəl patentləyib, lakin yalnız indi işlək prototip yaratmağa müvəffəq olub.

Tarix: 08/07/13 “LG Optimus G2” smartfonu avqustun 7-də təqdim ediləcək

“LG Optimus G2” smartfonu avqustun 7-də Nyu-Yorkda təqdim ediləcək. Xatırladaq ki, sözügedən model “LG Optimus G Pro”-ni əvəz edəcək.

Tarix: 08/07/13 “Razer Blade 14”: bahalı, çox güclü oyun noutbuku

Klaviatura, “maus” və başqa periferiya qurğuları istehsal edən “Razer” şirkəti bu yaxınlarda öz noutbukunu istehsal edib.

Tarix: 08/07/13 Hollandiyada günəş batareyaları ilə təchiz edilmiş elektrik avtomobili sınaqdan keçiriləcək

Hollandiyada Eyndhoven Texniki Universitetinin mütəxəssisləri iddia edirlər ki, onlar dünyada ilk dəfə olaraq günəş batareyaları ilə işləyən “ailə” elektrik avtomobili hazırlayıblar və onun salonuna 4-5 insan yerləşir.








24 Noyabr 2024

23 11 2024