bölmədə 3428 material var

Tarix: 31/05/13 “HTC One” smartfonu "quqlofon"a çevriləcək

“HTC” şirkəti “HTC One” smartfonunun “təmiz” “Android” (4.2.2 versiyası) əməliyyat sistemi ilə işləyən versiyasını təqdim edəcək. Bu barədə şirkətin rəsmi bloqu məlumat yayıb.

Tarix: 31/05/13 Smartfona quraşdırılmış ilk pul kisəsi

“i-Free” şirkəti, «Tinkoff kredit sistemi» bankı və “MasterCard” smartfona quraşdırılmış NFC pul kisəsi və “Trusted Service Manager” platformasını təqdim edib.

Tarix: 30/05/13 “Google” şirkəti dünyanın “ən ağıllı” smartfonunu buraxmağı planlaşdırır

“Google” şirkəti, istifadəçilərə şəbəkədə iş zamanı daha yüksək səviyyədə intellekt və yeni yığım soft təqdim edən qurğunun köməkliyi ilə növbəti dəfə smartfon bazarında “Apple” şirkətinə hücum etməyə hazırlaşır.

Tarix: 30/05/13 “LG” şirkəti yeni “Optimus G2” smartfonunu təqdim edəcək

Bu gün Koreyanın “LG” şirkəti yeni smartfonunu təqdim edəcək. Şirkətin mobil bölməsinin prezidenti deyib ki, “Optimus G2” smartfonu “Samsung Galaxy S4” və yeni “iPhone”-a rəqib olacaq.

Tarix: 29/05/13 “Galaxy Note III” planşetofonu təqdim ediləcək

1 ay sonra “Samsung” şirkətinin keçirəcəyi “Premiere 2013” mətbuat konfransında “Galaxy” seriyasından yeni qurğular nümayiş etdiriləcək. Təqdimat iyunun 20-də Londonda keçiriləcək. “Samsung Mobile”-in “YouTube” kanalında tədbirin canlı yayımını izləmək mümkün olacaq.

Tarix: 29/05/13 Dünyanın ən nazik smartfonu təqdim edilib

“Umeox” şirkəti dünyanın ən nazik smartfonunu hazırladığını bəyan edib. “X5” modelinin qalınlığı cəmisi 5,6 millimetrdir.

Tarix: 29/05/13 Fiber-optik şəbəkələr vasitəsilə verilənlərin ötürülmə sürəti 4 dəfə artırılıb

“BBC” resursunun məlumatına əsasən, “Bell Laboratories” elmi-tədqiqat laboratoriyasının tədqiqatçıları fiber-optik şəbəkələrdə yaranan maneələrə mübarizə üsulu hazırlayıblar. Nəticədə verilənlərin ötürülməsi sürəti xeyli dərəcədə artırılıb.

Tarix: 29/05/13 “LG” şirkəti ağ rəngli “Nexus 4” smartfonunu təqdim edib

“LG” şirkəti “Android” platforması ilə işləyən ağ rəngli “Nexus 4” smartfonunu təqdim edib. Qeyd edək ki, aparatın ön hissəsinin rəngi əvvəlki tək qaradır, yalnız arxa qapağın rəngi ağdır.

Tarix: 27/05/13 Yeni nanofiltr suyu zərərli maddə və bakteriyalardan təmizləyəcək

Stenford Universitetinin əməkdaşları bu yaxınlarda nanotexnologiyalar əsasında yaradılmış filtrin köməkliyi ilə suyun təmizlənməsi üçün yeni texnologiya hazırladıqlarını bəyan ediblər.

Tarix: 25/05/13 Yeni robotlar sayəsində qasırğanın xüsusiyyətləri öyrəniləcək

Oklaxoma ştatında baş vermiş növbəti qasırğadan sonra növbəti dəfə aydın olur ki, real vaxt rejimində fırtına və hava haqqında informasiyanın izlənilməsi insan həyatını xilas edə bilər.

Tarix: 24/05/13 “Windows” düyməsi ilə təchiz edilmiş mauslar istehsal ediləcək

“The Windows Blog”da dərc edilmiş yazıya əsasən, “Microsoft” korporasiyası iki simsiz kompüter mausu (“Sculpt Mobile Mouse” və “Sculpt Comfort Mouse”) təqdim edib. Sözügedən qurğuların özəlliyi onların korpusunda “Windows” loqotipli klavişin mövcud olmasındadır.

Tarix: 24/05/13 Dünyanın ən nazik smartfonunun fotosu dərc edilib

İnternetdə dünyanın ən nazik smartfonu adlandırılan “Huawei Ascend P6” smartfonunun ilk fotosu dərc edilib. Korpusunun qalınlığı 6,18 millimetr təşkil edən aparatın iyunun 18-də təqdim ediləcəyi gözlənilir.

Tarix: 24/05/13 Üçrəngli elektron kağız təqdim edilib

“E Ink Corp” şirkəti 3 rəng əks etdirə bilən elektron kağız ekran təqdim edib. Sözügedən ekran ənənəvi qara və ağ rənglərdən başqa, həmçinin qırmızı rəngi əks etdirə bilir.

Tarix: 24/05/13 Batareyaların həcmi üç dəfə artırılacaq

Seul Milli Universitetində işləyən mütəxəssislər qrupunun professor Xyon Txek Xvanın rəhbərliyi altında hazırladığı texnologiya litium ion batareyalarının tutumunu ən azı üç dəfə artırmağa imkan verir. Bu barədə Cənubi Koreyanın “Renxap” agentliyi məlumat yayıb.

Tarix: 23/05/13 “HTC” şirkəti iki SIM kart dəstəkləyən smartfon təqdim edib

Tayvanın “HTC” şirkəti iki aktiv SIM kart dəstəkləyən “Desire 600” smartfonunu təqdim edib. Aparat 1,2 QHs takt tezlikli dördnüvəli prosessor, 1 QB əməli və 8 QB daxili yaddaş, “microSD” kartları üçün slot, 8 meqapiksellik əsas və 1,6 meqapiksellik ön kameralar, 1860 milliamper/saat tutumunda çıxarıla bilən batareya ilə təchiz edilib.








22 Noyabr 2024

21 11 2024