Tarix: 17/01/13 Suda belə işləyən eşitmə aparatı təqdim edilib
“Siemens” şirkətinin hazırladığı yeni eşitmə aparatı suya və zərbəyədavamlıdır və toz keçirmir.
Tarix: 17/01/13 “Dell” fləş-kart ölçüsündə “Android” kompüterini istehsal edib
“Dell” şirkəti “Project Ophelia” adlı çox yığcam kompüter təqdim edib. Onun ölçüləri fləş-kart boydadır. Kiçik ölçülü fərdi kompüter “USB” port vasitəsilə televizora qoşulur. Yeniliyin relizi 2013-cü ilin birinci yarısına planlaşdırılıb.
Tarix: 16/01/13 Alimlər özü öyrənən foton kompüteri yaradıblar
Balear adalarında yerləşən universitetdə çalışan ispaniyalı alimlər professor Daniel Brunnerin rəhbərliyi altında gələcəyin mükəmməl kompüterini yaratmaq yolunda daha bir vacib addım atıblar. Onlar öz-özünə təhsil ala bilən sistemlə təchiz edilmiş foton kompüterinin işlək prototipini yaradıblar.
Tarix: 16/01/13 “Google” şirkəti gələcəyin eynəyi üçün tərtibatçıların eko-sistemini formalaşdırır
2013-cü il yanvarın sonu və fevralın əvvəlində “Google Glass” artırılmış reallıq eynəyi üçün tətbiqlərin hazırlanmasına həsr edilmiş birinci xüsusi tədbir keçiriləcək.
Tarix: 15/01/13 İsrail pilotsuz təyyarə yaradacaq
“Israel Aerospace Industries” (IAI) şirkəti kiçik ölçülü pilotsuz uçuş aparatı hazırlayır. “Flightglobal” nəşrinin yazdığına görə, aparatın çəkisi cəmisi bir neçə qramdır və o, 20 dəqiqə müddətində havada qala bilər.
Tarix: 15/01/13 Norveçdə elektriklə işləyən bərə təqdim edilib
Almaniyanın “Siemens” şirkəti Norveçin “Fjellstrand” gəmiqayırma tərsanəsi ilə birgə avtomobillərin daşınması üçün dünyada ilk elektriklə işləyən bərə hazırlayıb. Gəminin uzunluğu 80 metr təşkil edir və o, 120 maşın və 360 sərnişin daşıya bilər.
Tarix: 15/01/13 “Z3RO Pro” kompüteri ovucda yerləşir
“Xi3 Corporation” şirkətinin təqdim etdiyi kiçik ölçülü “Z3RO Pro” kompüterinin satışlarına cari ilin ikinci rübündə start veriləcək. “ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, qurğu 122×91×47 millimetr ölçüsündə yığcam korpusda hazırlanıb. İstehsalçı cihazdan ümumi təyinatlı kompüter və ya ev media mərkəzi kimi istifadə etməyi təklif edir.
Tarix: 15/01/13 Xüsusi parça vasitəsilə mobil telefonlara enerji yükləmək olacaq
Yaponiyalı alimlərin ixtira etdiyi xüsusi parça vasitəsilə mobil telefon və ya digər elektron qurğuları enerji ilə yükləmək mümkün olacaq. “ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, yeni parça ən nazik fotoelementlərdən toxunub və enerjini günəş işığından alır.
Tarix: 14/01/13 Bu datçik həyati əhəmiyyət daşıyan siqnalları izləyəcək
Uolter De Brove "gələcəyin termometri"ni hazırlayır. “Scout” orqanizmin siqnallarını (elektrokardioqrama, temperatur, ürək döyüntülərinin tezliyi, oksigenin qandakı səviyyəsi) izləyən kiçik ölçülü kvadrat qurğudur.
Tarix: 14/01/13 “E-Ink” ekranla təchiz edilmiş ən nazik saat təqdim edilib
“E-Ink” ekranla təchiz edilmiş saatlar trendə çevrilir. Daha bir layihə “Kickstarter”də istifadəçilərin ixtiyarına verilib. "Ağıllı" ”Pebble” saatlarından fərqli olaraq, “CST-01” saatında əsas diqqət funksionallığa deyil, dizayna ayrılıb.
Tarix: 14/01/13 “ASUS” 150 dollarlıq planşet təqdim edib
Tayvanın “ASUS” şirkəti ABŞ-da 7 düymlü ekranla təchiz edilmiş 150 dollarlıq “MeMO Pad” planşetini təqdim edib.
Tarix: 14/01/13 Yeni nanoliflər poladdan 15 dəfə daha möhkəmdir
Sauthempton Universitetində çalışan britaniyalı tədqiqatçılar dünyada ən möhkəm silisium nanolifləri yaradıblar. Onlar poladdan bir neçə dəfə daha möhkəmdir. Karbon nanoborularından fərqli olaraq, britaniyalı alimlərin yaratdığı silisium nanoliflərini bir neçə min kilometr uzunluğunda istehsal etmək mümkündür.
Tarix: 11/01/13 “Pebble” "ağıllı" saatlarının tədarük tarixi açıqlanıb
“Bluetooth” texnologiyası vasitəsilə “iPhone” və “Android” smartfonlarına qoşula bilən “Pebble” “ağıllı” saatları yanvarın 28-dən etibarən alıcılara tədarük ediləcək. ABŞ-ın Las-Veqas şəhərində keçirilən “CES 2013” sərgisində iştirak edən şirkətin baş direktoru Erik Midjikovski belə bəyanatla çıxış edib.
Tarix: 11/01/13 Əyilən ekranlı “ağıllı” telefon təqdim edilib
“Samsung” şirkəti ABŞ-ın Las-Veqas şəhərində keçirilən “CES 2013” sərgisində orqanik işıq diodları (OLED) texnologiyası əsasında hazırlanmış “HD” displeylə təchiz edilmiş “ağıllı” telefon nümunəsini təqdim edib.
Tarix: 11/01/13 Kompüter və televizorlar naqilsiz işləyəcək
“IEEE Standards Association” assosiasiyası “WiGig” texnologiyasını standartlaşdırıb. Nəzəriyyəyə əsasən, bu texnologiya kompüter və televizorları naqillərdən “xilas” etməlidir. “ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229