bölmədə 3428 material var

Tarix: 19/05/12 Smartfonlar üçün üçölçülü ekranlar hazırlanır

“Samsung” və “Nokia” şirkətləri “3D” ekrana malik smartfonlar istehsal edən şirkətlər sırasına daxil olmağa qərar veriblər. Üçölçülü ekrana malik qurğular istehsal edən böyük istehsalçılar hələ ki “HTC” və “LG” şirkətləridir. “Samsung” və “Nokia” şirkətləri bu məsələ ilə bağlı ABŞ

Tarix: 18/05/12 Zəncirotudan kauçukun alınması texnologiyası hazırlanıb

Yaponiyanın avtomobil şinlərinin istehsalı üzrə "Bricstoun" adlı ən böyük şirkəti təbii kauçukun adi tarla zəncirotularından əldə olunmasının sənaye texnologiyasını hazırlayıb. Kauçuk bu güllərin saplağının kök hissəsinin xüsusi emalı yolu ilə əldə edilir. “İCTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına

Tarix: 18/05/12 Cənubi Koreya superekspress qatarın nümunəsini təqdim edib

Cənubi Koreya saatda 430 km məsafə qət edə bilən növbəti nəsil superekspress qatarının işçi nümunəsini təqdim edib. “İCTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, "Highspeed Electric Multiple Unit 400kmh eXperiment" adlı

Tarix: 17/05/12 Robot əl iflic olmuş insanları yenidən həyata qaytaracaq

İnsultdan əziyyət çəkən iki insan yaxın vaxtlara kimi hərəkət etmək və ya danışmaq halında deyildilər, lakin hazırda onlar xüsusi robot əl vasitəsilə öz hərəkətlərini nizamlaya bilirlər. Qeyd edim ki, robot əl siqnalları birbaşa insan beynindən qəbul edir. Avtomatlaşdırılmış əlin bu və ya digər hərəkəti etməsi üçün insanın,

Tarix: 16/05/12 Britaniya alimlərinin icad etdikləri ekranı kəsmək olar (VİDEO)

Britaniyanın “Plastic Logic” şirkəti rəngli elastik ekran prototipi təqdim edib. Ekranı əymək, bükmək və hətta kəsmək olar. “İCTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, ekranın elastikliyi onun polimer maddədən hazırlanması ilə izah olunur.

Tarix: 15/05/12 “Lenovo” şirkəti dünyada ən yüngül ultrabuk təqdim edib

“Lenovo” şirkəti 14 düymlü “ThinkPad X1 Carbon” adlı ultrabuk təqdim edib. Onun çəkisi 1,35 kq, qalınlığı isə 18 mm təşkil edir. Ekranın təsvir ölçüsü 1600×900 nöqtəyə, əməli yaddaş 8 QB-a bərabərdir. “X1 Carbon” ultrabukunda “Ivy Bridge” prosessoru istifadə olunub.

Tarix: 15/05/12 Məişət elektronikası üçün yeni sərt disklər istehsal ediləcək

“HGST” (Hitachi Global Storage Technologies) şirkəti “CinemaStar Z7K500”, “C5K1000” və “Z5K500” adlı sərt disklərin tədarüklərinə başlayıb. “İCTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, 2,5 düymlü form-faktorda hazırlanmış sərt disklər TV konsollarda,

Tarix: 15/05/12 “Apple” öz brendi altında televizor istehsal edəcək

Artıq bir neçə aydır ki, internetdə “Apple” şirkətinin öz brendi altında televizor istehsal edəcəyi və onun “iTV” adlanacağı ilə bağlı məlumatlar yayılmaqdadır. “İCTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, “Foxconn” şirkətinin direktoru keçən həftənin sonunda bildirib ki,

Tarix: 14/05/12 İnsan bədəni kabel və radiodalğa rolunda çıxış edəcək?

İsveçin “Ericsson” şirkəti insan bədənindən məlumatları ötürmək üçün “aparat” kimi istifadə etməyi təklif edir. İnsan bədənini qurğular arasında "körpü"yə çevirən “Connected Me” texnologiyasının konsepsiyasını şirkətin direktoru Hans Vestberq hələ 2012-ci ilin yanvarında, ”Consumer Electonics Show” (CES) sərgisində nümayiş etdirmişdi.

Tarix: 14/05/12 Kvant teleportasiyası üçün yeni rekord təyin edilib

Amerikanın Kornel Universitetində çalışan çinli alim-fiziklər qrupu fotonların kvant teleportasiyası üçün yeni rekord təyin ediblər: onlar fotonları açıq havada 97 kilometr məsafəyə ötürə biliblər. “İCTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, 4 saat davam etmiş sınaq zamanı

Tarix: 12/05/12 Yapon mütəxəssisləri planşet güzgü hazırlayıblar

Yaponiya “Seraku” şirkətinin mühəndisləri yüksəktexnologiyalı güzgü hazırlayıblar. Güzgüdə yalnız öz əksini görmək deyil, həmçinin yeni xəbərlər oxumaq, hava proqnozu ilə tanış olmaq və digər faydalı məlumatlar əldə etmək olar.

Tarix: 11/05/12 Yeni optik tranzistor 10 QHs tezlikdə işləyir

Dünya alimləri optik-kvant hesablamaları texnologiyasının təkmilləşdirilməsi və tamdəyərli kvant kompyuter yaratmaq üzərində çalışırlar. Bu yaxınlarda Purdu Universitetində çalışan Amerika mütəxəssisləri ümumi işi daha da zənginləşdirərək 10 QHs-ə qədər tezlikdə işləyə bilən yeni silisium optik tranzistor hazırlayıblar.

Tarix: 10/05/12 2 min kilometr məsafəni 1 litr yanacaqla qət edə bilən avtomobil yaradılıb

Elçe şəhərində yerləşən Miqel Ernandes Universitetinin tələbələri 2 min kilometr məsafəni 1 litr yanacaqla qət edə bilən avtomobil yaradıblar. Avtomobil transmilli "Royal Datç-Şell" korporasiyası tərəfindən təşkil edilmiş müsabiqə çərçivəsində hazırlanıb. Yenilik mayın 17-dən 19-dək Rotterdamda keçiriləcək ekoloji

Tarix: 10/05/12 Su keçirməyən smartfon istehsal edilib

“Kyocera” şirkəti ABŞ-da “CTIA 2012” sərgisi ərəfəsində bir neçə maraqlı telefon nümayiş etdirib. Təqdim edilmiş aparatlardan biri “Hydro” adlanır və o, tamamilə su keçirməyəndir və “Android 4.0” əməliyyat sistemi ilə işləyir. “İCTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” resursuna istinadən bildirir ki,

Tarix: 10/05/12 Üç dildə “danışan” robot-tozsoran

Yaponiyanın “Sharp” şirkəti “Cocorobo” adlı yeni robot-tozsoran təqdim edib. Robot adi və xüsusi səs moduluna malik versiyalarda əlçatandır. Səs modulu robotu yapon, çin və ingilis dillərini "öyrədir". “İCTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, “Cocorobo” adlı robot-tozsoran evləri təmizləyir və havanı dəyişir.








22 Noyabr 2024

21 11 2024