bölmədə 3428 material var

Tarix: 06/12/11 Molibdenit materialdan hazırlanan çiplər

İsveçrənin Lozanna Federal politexnik məktəbinin mühəndislər qrupu iddia edirlər ki, onlar ilk dəfə olaraq yeni və çox perspektivli material – molibdenit əsasında mikroçip hazırlamağı bacarıblar. Mühəndislər bildiriblər ki, molibdenitdən hazırlanan çiplərin ölçüsü əhəmiyyətli dərəcədə kiçikdir və klassik silisium çipləri ilə müqayisədə az enerji istehlak edir.

Tarix: 06/12/11 “LG” şirkəti 15 millimetr qalınlığında “X Note Z330” ultrabuku təqdim edib

“LG” şirkəti “X Note Z330” ultrabukunu təqdim edib. Onun qalınlığı 14,7 mm  təşkil edir,- “Akihabara News” bildirib. Yenilik metal korpusda hazırlanıb və 1366x768 piksel kəskinlikli 13,3 düymlü ekranla təchiz edilib. Satışda “İntel  Core i7 2637M” və “Core i5 2467M” prosessorları ilə olan leptop versiyaları olacaq.
“LG X Note Z330” ultrabuku 4 QB əməli yaddaşa,

Tarix: 05/12/11 Dünyanın ən nazik smartfonu

“Fujitsu” şirkəti və Yaponiyanın “KDDİ” operatoru dünyanın ən nazik smartfonunu təqdim ediblər. Smartfon “Arrows ES İS12F” adlanır. Qurğu sukeçirməyən korpusda hazırlanıb. Modelin aşağı hissəsinin qalınlığı 6,7 millimetr təşkil edir, lakin qalınlıq yuxarı hissədə 8,5 millimetrə qədər artır.

Tarix: 05/12/11 Samsung SCH-W999”: iki ekranlı smartfon

“Samsung” şirkəti “Android 2.3” platformasında olan “SCH-W999” smartfonu istehsal edib.Smartfon qatlanan korpusda 2 ədəd 3.5 düymlü “Super AMOLED” (480×800 nöqtə) ekranı ilə hazırlanıb.  5 meqapikselli kamera, “Bluetooth 3.0” və “Wi-Fi” modulları, “GPS” qəbuledicisi, 32 QB tutuma qədər “MicroSD” fləş kartları üçün slot var.

Tarix: 03/12/11 Yaponiyada ağır fiziki iş yerinə yetirə bilən robot yaradılıb

Yaponiya mühəndisləri adi həyatda insanları getdikcə daha çox əvəz edəcək robotlar yaratmağa davam edirlər. Dünən Yaponiyada müxtəlif ağır fiziki işlər yerinə yetirə bilən robot modeli təqdim edilib. Robotun yaradıcıları – “Kawada İndustries” şirkəti və Sənaye elmləri və hazırlamaları milli institutu bildiriblər ki, yeni robot modeli bütün iş peşələrini olmasa da,

Tarix: 03/12/11 Mexaniki kod müdafiəsi olan fləş-brelok

“Crypteks USB” layihəsinin iştirakçıları qeyri-adi fləş-brelokun istehsalına başlayırlar. “Crypteks USB” 2 hissədən ibarətdir – fləş daşıyıcı və mexaniki kod qıfılı ilə olan alüminium ərintisindən hazırlanan futlyar.Daşıyıcıdakı məlumatları “AES” alqoritmi üzrə 256 bit uzunluğunda olan açar ilə şifrləmək mümkündür.

Tarix: 02/12/11 Dünyada ilk elastik kabel hazırlanıb (VİDEO)

Yaponiyanın “Asahi Kasei Fibers” şirkəti 1 yarım dəfə uzana bilən “Roboden” kabeli yaradıb. Bu, dünyada ilk belə hazırlamadır. Elastik kabel informasiya mübadiləsi üçün tətbiq edilə bilər. “Roboden” kabelindən istifadə etməklə məsələn, USB əlaqə yaradıla bilər. “Asahi Kasei Fibers” şirkəti güman edir ki, yenilik robot texnikasında tətbiq ediləcək:

Tarix: 02/12/11 “Sharp” korporasiyası smartfonlar üçün yeni nəsil kamera modulu yaradıb

“Sharp” korporasiyası smartfonlar üçün dünyada ən nazik kamera modulunu təqdim edib. “1080p” formatında 1920×1080 nöqtə kəskinlik ilə yüksək dəqiqlikli videoyazma imkanı mümkündür. Təsvirin sabitləşməsi linzaların tərpədilməsi yolu ilə həyata keçirilir. Bu, titrəmə və ya aşağı işıqlanma dərəcəsi zamanı keyfiyyətli şəkil çəkməyə imkan yaradır.

Tarix: 02/12/11 Ən yaxşı “Android” planşeti

Dünyada 4 nüvəli prosessorla olan ilk planşetin – “ASUS Transformer Prime” satışları başlayıb. Qurğunu artıq Tayvanda almaq mümkündür, 2 həftə sonra onu ABŞ-da almaq olacaq. Planşetin növbəti ilin yanvarında Avropada tədarükünə başlanılacaq. Bununla belə Qərb jurnalistləri modeli testdən keçirməyə və öz təəssüratlarını paylaşmağa vaxt tapıblar.

Tarix: 02/12/11 “Samsung” şirkəti ultrabuklar üçün kiçik SSD-disklər istehsal edib

“Samsung” şirkəti portativ kompyuterlər üçün yığcam sərt daşıyıcı istehsalına başlayıb. “PM830” seriyasına aid olan yeni disklər “Toggle DDR” interfeysi ilə olan “NAND” fləş yaddaş əsasında hazırlanır. Onlar “SATA 3.0” kontrolleri və “mSATA” konnektoru ilə təchiz edilmişlər.

Tarix: 02/12/11 “Nokia X2-02”: 2 SİM-kart dəstəkli ucuz telefon

“Nokia” şirkəti “Series 40” platformasında monoblok tipli korpusda büdcəyə uyğun “Nokia X2-02” mobil telefonunu təqdim edib. Aparat 240×320 nöqtə kəskinlikli 2,2 düymlü ekran, 2 meqapiksel matrislə olan kamera, “Bluetooth 2.1” simsiz əlaqə adapteri, qulaqlıqlar üçün 3,5 mm yuva və “MicroUSB” portu ilə təchiz edilib.

Tarix: 02/12/11 “LG” şirkəti 2 SİM-kartla olan ilk “Android” smartfon istehsal edib

“LG Electronics” şirkəti öz telefon xəttində “Android 2.3” platformasında olan və eyni anda 2 SİM-kartın işini dəstəkləyən smartfon təqdim edib. Smartfonun alt panelində SİM-kart seçimi üçün klaviş var, bu da nömrələrə operativ keçməyə imkan yaradır. Bundan əlavə, smartfon həm “2G+2G”, həm də “2G+3G” konfiqurasiyasında işləyə bilər.

Tarix: 01/12/11 Dünyanın ən kiçik rəqəmsal fotoaparatı satışa çıxarılıb

“Hammacher Schlemmer” şirkəti iddia edir ki, dünyanın ən kiçik rəqəmsal kamerasını hazırlayıb. Qurğu kiçik ölçüsü sayəsində asanlıqla barmağın ucunda yerləşir və daha çox hədiyyə brelokuna oxşayır. Qeyd edək, model hələ bu ilin sentyabr ayında elan edilib. Kamera foto üçün 1600 x 1200 piksel kəskinliyini və video üçün isə saniyədə

Tarix: 30/11/11 Ən sürətli pilotsuz təyyarə

Bu gün Cənubi Koreyada yeni pilotsuz uçan aparat təqdim edilib. O, dünyada ən sürətli pilotsuz aparatdır. Həmçinin dünyada vertikal uçan və yerə enə bilən ilk uzaq məsafədən idarə olunan aparatdır. Yeni pilotsuz aparat 2002-ci ildən Cənubi Koreya aerokosmik tədqiqatlar İnstitutunun və təxminən 10 şirkətin rəhbərliyi altında hazırlanırdı.

Tarix: 30/11/11 Mobil qurğular üçün ən güclü çip

Cənubi Koreyanın Samsung Electronics korporasiyası Exynos ailəsinin yeni prosessor modelini təqdim edib. Exynos 5250 birkristallı sistemi Samsung şirkətinin 2 QHz takt tezliyi ilə olan ilk ikinüvəli mikroprosessorudur. ARM Cortex A11 çipi Cortex A9 əsasında olan indiki həllər ilə müqayisədə 40% daha sürətli işləyir.








24 Noyabr 2024

23 11 2024