Tarix: 21/09/11 Dünyada ən kiçik fotokamera təqdim edilib
Öz qeyri-adi məhsulları ilə məşhur olan “Hammacher Schlemmer” şirkəti dünyada ən kiçik fotokameranı təqdim edib. Qurğunun çəkisi təxminən 15 qramdır və barmağın ucunda yerləşə bilər: fotoaparatın ölçüləri bütün tərəflər üzrə 25 millimetri bir az ötür.
Tarix: 20/09/11 Sistem lövhəni səs vasitəsi ilə idarə etməyi təklif edir
“MSİ” şirkəti səs əmrləri vasitəsi ilə sistem lövhə və kompyuteri idarə etməyə imkan yaradan “Voice Genie” sisteminin iş prosesini nümayiş etdirib. “Voice Genie” 2 əsas komponentdən ibarətdir: xüsusi genişlənmə kartı və proqram təminatı. Kart “JDLED3” konnektoruna qoşulur.
Tarix: 19/09/11 “Wi-Fi” dəstəkli kompyuter “siçan”ı
“Targus” şirkəti sentyabr ayının sonuna kimi hər şeydən əvvəl portativ kompyuterlər üçün istifadəyə hesablanmış “AMW58US” kompyuter “siçan”ının satışlarına başlayacaq. Manipulyatorun xüsusiyyəti fərdi kompyuterlə məlumat mübadiləsi üçün tətbiq edilən “Wi-Fi” simsiz əlaqəsini dəstəkləməsidir.
Tarix: 19/09/11 “LG” şirkəti “Optimus Q2” smartfonunu “QWERTY” klaviatura ilə təchiz edib
“LG Electronics” şirkəti "yan slayder" form-faktorunda hazırlanmış “Optimus Q2” smartfonunu təqdim edib. Aparat 4 düymlü sensor ekranla (kəskinlik - 800×480 nöqtə) və “QWERTY” düzülüşlü irəli və geri çəkilən klaviatura ilə təchiz edilib.
Tarix: 17/09/11 “Nokia”dan yeni smartfonlar
“Nokia” şirkətinin “Twitter” hesabındakı məlumata əsasən, “Symbian Belle” əməliyyat sistemi ilə işləyən smartfonlar riteylerə tədarük olunmağa başlayıb. Onlar cari ilin üçüncü rübünün sonuna kimi mağazalarda çıxmalıdırlar. “Nokia 700” bazarda ən yığcam sensor monoblok sayılır.
Tarix: 17/09/11 Dördnüvəli prosessorlarla olan smartfonlar 2012-ci ilin əvvəlində çıxa bilər
“Qualcomm” şirkəti bildirib ki, “Krait” arxitekturasında olan yeni nəsil “Snapdragon” çiplərinin tədarükləri cari ildə başlanacaq. Söhbət 28 nanometr texnologiya əsasında hazırlanan “S4” sinfinin məhsuldar prosessorlarından gedir; prosessorlar 1-4 nüvəli olacaq, “3D” məzmunla,
Tarix: 16/09/11 “Foxconn” şirkətinin Braziliyadakı zavodu “iPad” istehsalına hazırdır
“Foxconn Electronics” (Hon Hai Precision Industry) şirkətinin Braziliyada yerləşən zavodu artıq “Apple iPad” planşetlərinin istehsalına başlamağa hazırdır. Planşetlərin tədarükləri 2011-ci ilin dekabr ayında başlanmalıdır. Bu barədə informasiyanı “UOL” Braziliya informasiya agentliyinə istinad edərək “DigiTimes” portalı dərc edib.
Tarix: 15/09/11 Yeni nəsil çiplərdə enerji təchizatı üçün günəş batareyasından istifadə olunacaq
“İntel” korporasiyası developerlər üçün “İDF 2011” forumunda “Haswell” prosessorlarının nümunələrini təqdim edib. “İntel” şirkətinin bəyanatına əsasən, “Haswell” çipləri çox yüksək enerji effektivliyinə malik olacaqlar. Buna sübut kimi korporasiya təcrübi sistem təqdim edib.
Tarix: 15/09/11 “İntel” mikroserverlər üçün yeni prosessorlar hazırlayır
“İntel” korporasiyası mikroserverlər üçün yeni aparat həllərinin çıxarılması ilə bağlı planlarını bölüşüb. “İDF 2011” yaradıcıları (developer) üçün payız forumunda “İntel” nümayəndələri bildiriblər ki, oktyabr ayında “Pentium 350” çipi işıq üzü görəcək.
Tarix: 14/09/11 “Microsoft” “Windows 8” əməliyyat sistemi ilə işləyən planşet təqdim edib (VİDEO)
“Microsoft” şirkəti “BUİLD” (13-16 sentyabr, Kaliforniya, ABŞ) konfransının iştirakçılarına “Windows 8” əməliyyat sistemi ilə işləyən planşet prototiplərini paylayıb. “Windows 8 Developer Preview” adlandırılmış mini- kompyuter “Samsung” şirkəti ilə birlikdə hazırlanıb;
Tarix: 13/09/11 Yapon şirkətləri smartfon üçün çip hazırlayacaqlar
“NTT DoCoMo” operatoru, Yaponiyanın bir sıra elektronika istehsalçıları və Cənubi Koreyanın “Samsung” şirkəti, veb-mənbələrin məlumatına görə, yeni nəsil smartfonlar üçün mobil çiplər hazırlamaq üçün səylərini birləşdirmək niyyətindədirlər.
Tarix: 12/09/11 Yeni “BlackBerry Bold 9980”
Tezliklə Kanada şirkəti “Research İn Motion” (RİM) yeni smartfon təqdim edəcək. Smartfon “BlackBerry Bold 9980” adlanacaq. Konstruksiyasına görə o, “Bold 9900” modelini xatırladır. Qeyd edək ki, “Bold 9900” “QWERTY” klaviaturaya, 2,8 düym diaqonala (640×480 nöqtə) malik sensor ekrana, “720p” formatında videoyazma imkanı ilə olan 5 meqapiksel kameraya,
Tarix: 12/09/11 2012-ci ildə "Uçan çanta" satışa çıxacaq
Yeni Zellandiya şirkəti “Martin Aircraft” 2012-ci ildə “Martin Jetpack” fərdi uçuş aparatlarının satışlarına başlamaq niyyətindədir. “Ubergizmo” yazıb ki, "uçan çanta"nın qiyməti 100 min dollar olacaq. Yeni Zellandiya şirkətinin banisi Qlen Martin tərəfindən ixtira edilmiş “Martin Jetpack” aparatı ilk dəfə 2008-ci ildə təqdim edilib.
Tarix: 08/09/11 Dünyada ilk 16 nüvəli prosessor
“AMD” şirkəti “Bulldozer” kod adı ilə olan yeni nəsil arxitekturasında ilk prosessorların tədarükünə başlayıb. Söhbət 32 nanometr texnologiya üzrə hazırlanan Opteron 6200 seriyasının “İnterlagos” server çiplərindən gedir. “İnterlagos” üçün təkmilləşdirilmiş “Turbo Core” texnologiyası nəzərdə tutulub,
Tarix: 08/09/11 “Apple” şirkəti yeni monitorların tədarükünə başlayır
“Apple” şirkəti “Thunderbolt Display” monitorlarının Amerika mağazalarına tədarükünə başlayıb. Bu barədə “MacRumors” bloqu yazıb. “Apple” monitorlarının satışlarının start götürməsi haqqında hələ ki rəsmi olaraq elan edilməyib, lakin ABŞ alıcılarının onları yaxın günlərdə əldə edə biləcəyi gözlənilir.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229