Tarix: 30/06/11 “Pic3D” plyonkası adi ekranı 3D panelə çevirəcək
Yapon şirkəti “Global Wave” “Pic3D” plyonkasını hazırlayıb. Onun sayəsində adi ekranda stereoskopik təsvirə baxmaq olar. “Pic3D”-nin iş prinsipi pilləli linzalar sistemindən istifadəyə əsaslanıb.
Tarix: 30/06/11 “Nokia” N9 smartfonu ilə çəkilən fotoları dərc edib
Yeni “Nokia” N9 smartfonunun funksionallığının ən maraqlı detallarından biri 8 meqapikselli fotomoduldur . Şirkət yeni “Nokia”nın mobil qurğular arasında ən yaxşılardan biri olduğunu, həmçinin kameranın çox sürətli işlədiyini bildirib.
Tarix: 30/06/11 Uşaqlar üçün yeni planşet istifadəyə verilib
Oyuncaq istehsalçısı “LeapFrog” “LeapPad Explorer” planşeti istehsal edib. Qurğu 4 yaşdan 9 yaşadək uşaqlar üçün nəzərdə tutulub. Uşaq planşeti 480x272 piksel kəskinlikli 5 düyməli sensor ekranla təchiz olunub və 400 MHz tezlikli
Tarix: 30/06/11 “WiGig” simsiz əlaqə dəstəkli qurğular 2012-ci ildə çıxacaq
“WiGig” (Wireless Gigabit) ittifaqı yaxın hərəkət radiusunun simsiz əlaqə standartının 1.1 spesifikasiyasını elan edib. “WiGig” texnologiyası lisenziyasız “60 QHz” tezlik diapazonundan istifadəni nəzərdə tutur.
Tarix: 29/06/11 “WebOS” planşeti (VİDEO)
“WebOS” ilə işləyəcək “HP TouchPad” planşetinin rəsmi satışları bu cümə günü, iyulun 1-i başlayır. Qeyd edək ki, qurğunu keçən həftədən sifariş etmək olardı.
Tarix: 28/06/11 İnsan barmaqlarının idarə edilməsi üçün qurğu ixtira edilib (VIDEO)
Tokio Universiteti və “Sony” tədqiqat mərkəzinin birgə səyi nəticəsində insanın barmaqlarının hərəkətlərini idarə edən “Possessed Hand” qurğusu hazırlanıb. Bu, ovucun 28 nöqtəsindən birinə kiçik elektrik gərginliyinin verilməsi yolu ilə əldə edilir.
Tarix: 28/06/11 Dünyada ilk dəfə olaraq planşetlər üçün xüsusi sərt disk
“Seagate” şirkəti "dünyada ilk dəfə olaraq planşet və noutbuklar üçün təyin olunmuş xüsusi sərt disk" hazırlayacaq. 2.5 form-faktorunda hazırlanmış “Momentus Thin” daşıyıcıları 7 mm qalınlığa malikdir. Bu, onları ənənəvi fləş modulların əvəzinə incə korpusla mini- kompyuterlərə quraşdırmağa imkan verir.
Tarix: 25/06/11 Noutbuk klaviaturası əl toxunuşu ilə enerji toplaya biləcək
Melbrunda Kral Texniki İnstitutunun tədqiqatçıları (RMIT) noutbukların yüklənməsi üçün barmaqların klaviaturaya toxunuşu ilə yaranan enerjidən istifadə etməyi təklif edib. İdeyanın mahiyyəti klavişləri pyezoelektrik materialdan həddindən çox nazik plyonka ilə örtməkdən ibarətdir.
Tarix: 24/06/11 “Nokia” “Windows Phone 7” əsasında öz ilk smartfonunu təqdim edib
“Nokia” korporasiyasının ilk “WP7” smartfonunu görmək üçün 26 oktyabrı gözləməyə ehtiyac qalmadı. Bu gün şəbəkədə “Windows Phone 7” əməliyyat sistemi ilə işləyən qurğunun şəkil və videosu yerləşdirilib.“Sea Ray” kod adı ilə olan qurğunun texniki xarakteristikaları haqqında məlumat yoxdur. Ehtimal edilir ki, yaxın günlərdə onun haqqında
Tarix: 24/06/11 “Amazon.com”un rəhbərindən qeyri-adi layihə
“Amazon”un yaradıcısı və rəhbəri Ceff Bezos bir gün əvvəl qeyri-adi layihəyə start verib. Layihəyə əsasən "vaxtın özünü testdən keçirməyə" qadir saat hazırlamaq güman edilir.
Tarix: 24/06/11 Yaponlar 5 barmaqlı maus hazırlayıblar (VİDEO)
Yapon şirkəti “Double Research & Development” Amenbo manipulyatorunu təqdim edib. O, əlin beş barmağından istifadə edərək kompyuteri idarə etməyə icazə verir. Amenbo 6 əsas elementdən ibarətdir: ovuc altı dayaqlar və barmaqlar altında dayaqla məftillərlə birləşən beş altlıq.
Tarix: 23/06/11 Dünyanın ən kiçik fotokamerası
“Pentax” şirkəti bu gün12.4 meqapiksel matrislə təchiz edilmiş yeni güzgüsüz fotoaparat barədə məlumat verib. Təqdim edilmiş qurğu “Pentax Q” adını alıb və iddia edilir ki, o, bu gün dünyada dəyişkən optika ilə ən yığcam və yüngül fotokameradır. Fotokameranın ölçüləri 98×58×30 millimetr təşkil edir, çəkisi isə təxminən 200 qramdır.
Tarix: 23/06/11 “Nokia N9” (VİDEO)
Dünən təqdim edilmiş “Nokia N9” “MeeGo”-smartfonunda Android əməliyyat sistemi üçün yazılmış proqramları icra etmək mümkün olacaq. Bu barədə “Alien Dalvik” platformasını hazırlamış “Myriad” şirkətinin nümayəndəsi bildirib. Bu ilin əvvəlində həmin platformanın köməkliyi ilə Android proqramını N900 smartfonunda tətbiq edirdilər.
Tarix: 23/06/11 99 dollara yeni planşet
“Archos” şirkəti Android 2.2 əməliyyat sistemi ilə işləyən ucuz qiymətə Arnova 7 planşetini istifadəyə verib. Qurğunu 99 dollar dəyərində qiymətləndiriblər. Bu pula alıcı yalnız 7 diaqonallı və 800x480 piksel kəskinlikli rezistiv ekran əldə edə bilər.
Tarix: 22/06/11 “iPhone 5”-in xarakteristikası
Bloomberg” informasiya agentliyi “Apple” şirkətinin istifadəyə hazırladığı yeni “iPhone” smartfonunun xarakteristikalarını dərc edib. İnformasiyanı şirkətə yaxın və anonim qalmağı istəyən 2 mənbə verib. Məlumata görə, yeni “iPhone” 2 nüvəli A5 prosessoru əsasında olacaq. Analojı çip “iPad 2” planşetində istifadə olunur.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229