bölmədə 3428 material var

Tarix: 16/12/14 İlin texnoloji uğursuzluqları

Britaniyanın “The Mirror” qəzeti ilin texnoloji uğursuzluq reytinqini tərtib edib. İkinci və üçüncü pillələrdə qərarlaşmış Rusiyanın “YotaPhone 2” smartfonu və “Apple iOS 8” mobil əməliyyat sistemi bu siyahıya əlavə edilib.

Tarix: 16/12/14 “LG” şirkəti hibrid planşetini nümayiş etdirib

Cənubi Koreyanın “LG” elektronika istehsalçısı “Tab Book Duo” hibrid planşet kompüterini nümayiş etdirib. Bu qurğu simsiz klaviatura sayəsində noutbuk kimi də işlədilə bilər.

Tarix: 15/12/14 “Motorola” Hindistan bazarı üçün ucuz “4G” smarfonlarının istehsalına başlayıb

Amerikanın “Motorola” korporasiyası yaxın zamanda hindistanlı smartfon istifadəçilərinə yeni yüksək texnoloji qurğusunu təqdim etməyə hazırlaşır.

Tarix: 15/12/14 “Microsoft” ucuz “Lumia 435” smartfonunu hazırlayıb

Yeni “Microsoft Lumia 435” smartfonunun təsviri və texniki xarakteristikaları internetdə dərc edilib.

Tarix: 15/12/14 “Sony Xperia E4” smartfonunun ilk “casus” şəkilləri (FOTOLAR)

Yaponiyanın “Sony” şirkəti bu ilin sentyabr ayında istehsal edilən “Xperia E3”-ün ardınca hazırlanan smartfonunun üzərində işləri başa çatdırır. Belə ki, Polşanın   “Teleguru” resursu “Xperia E4” təsvir edilən ilk şəkilləri ictimaiyyətə təqdim edib.

Tarix: 15/12/14 ABŞ-da üzün tanınması funksiyasına malik bankomatın sınağı keçirilir

ABŞ-ın Baltimor şəhərində müştəriləri üzün tanınması funksiyası vasitəsilə identifikasiya edəcək bankomatın sınağı keçirilir.

Tarix: 15/12/14 “Sony” şirkəti “ağıllı” qıfıl istehsal edəcək

Son zamanlar Yaponiyanın “Sony” şirkəti itkilərlə üzləşib. Buna görə şirkət diqqətini innovativ  məhsullar istehsalına yönəldib.

Tarix: 13/12/14 Dünyanın ən yüngül smartfonu nümayiş etdirilib

Hindistanın “Xolo” şirkəti “Q900s Plus” smartfonunu nümayiş etdirib. İstehsalçı bu aparatı dünyanın ən yüngül qurğusu elan edib: cihazın çəkisi 100 qram təşkil edir.

Tarix: 11/12/14 “Wi-Fi” çaydan istehsal edilib

“Polaris” şirkəti “PWK 1792CGL” adlı “Wi-Fi” çaydan buraxıb. “iOS” və “Android” platformaları ilə işləyən smartfon və ya planşetin köməyi ilə bu çaydanı uzaq məsafədən idarə etmək olar.

Tarix: 11/12/14 Dünyanın ən nazik smartfonu rəsmən nümayiş etdirilib

Çinin “Vivo” şirkəti dünyanın ən nazik smartfonunu nümayiş etdirib. Qurğu “Vivo X5 Max” adlanır.
Smartfonun korpusunun qalınlığı 4,75 mm təşkil edir ki, bu da əvvəlki rekordu (“Oppo R5” smartfonunda korpusun qalınlığı 4,85 mm) yeniləyib. Cihaz 1920x1080 piksel təsvir ölçülü 5.5 düymlük “Super AMOLED” ekranı ilə təchiz edilib.

Tarix: 10/12/14 Telefona soyuducudakı istifadəyə yararsız qida haqda bildiriş göndərən ötürücü yaradılıb

Massaçusets Texnologiya Universitetində çalışan alimlərin hazırladığı ötürücü soyuducudakı qida xarab olmağa başladıqda smartfona bu haqda bildiriş göndərə bilir.
 

Tarix: 10/12/14 Avropa İttifaqı Hindistan hakimiyyətini Finlandiya şirkətinin fabrikini bağlamaqda günahlandırıb

Avropa İttifaqı (Aİ) Finlandiyanın “Nokia” şirkətinin Tamiland ştatında yerləşən iri fabrikinin fəaliyyətinin dayandırılmasına görə məsuliyyəti Hindistan hakimiyyətinin daşımasını açıqlayıb.

Tarix: 10/12/14 Hər iki fotomodulu 13 meqapiksel olan “Micromax Canvas Selfie” nümayiş etdirilib

Hindistanın “Micromax” smartfon istehsalçısı “selfi” həvəskarları üçün smartfonunu nümayiş etdirib. Yeni qurğu “Canvas Selfie” adlanır.

Tarix: 06/12/14 Rusiyada “YotaPhone2” smartfonunun satışlarına başlanılıb

Dekabrda Rusiyada “YotaPhone” smartfonunun ikinci versiyasının satışlarına başlanır.
“YotaPhone 2” smartfonunun birinci tədarükünün həcmi 150 min qurğu təşkil edir.

Tarix: 06/12/14 ABŞ-da dünyanın ən yüksəktezlikli kamerası yaradılıb

Sent-Luisdə yerləşən Vaşinqton Universitetinin alimlər qrupu dünyanın ən yüksəktezlikli çəkilişə malik kamerasını hazırlayıb. 2D qurğu saniyədə 100 milyard kadr çəkmək imkanına malikdir.








22 Noyabr 2024

21 11 2024