bölmədə 3428 material var

Tarix: 11/11/14 Zərgərlik şirkəti ikinci nəsil qızıl "Putinfon" nümayiş etdirib

“Caviar” zərgərlik brendi “iPhone 6” və “iPhone 6 Plus” əsasında hazırlanmış qızıl "Putinfon"un yeni versiyasını nümayiş etdirib. “Supremo Putin II” qurğularının istehsal xəttində qızıl və titan “iPhone 6”, həmçinin “iPhone 6 Plus” smartfonunun titan versiyası təqdim edilib.

Tarix: 11/11/14 Çin 2016-cı ildə kvant şəbəkəsini istifadəyə verəcək

Çin texnologiya yarışında kiçik qələbə qazanaraq planetdə 100 milyon dollar məbləğində ən uzun kvant şəbəkəsi quraşdıracaq birinci ölkə olacaq.

Tarix: 11/11/14 ABŞ korporasiyası “Nokia” brendsiz ilk smartfonunu təqdim edib

ABŞ-ın “Microsoft” korporasiyası adında “Nokia” sözü olmayan ilk "Lumia 535” smartfon modelini təqdim edib. Model 1,2 giqahers takt tezlikli dördnüvəli prosessor, 1 giqabayt tutumlu operativ yaddaş və 8 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz edilib. Qurğu həmçinin 960 х 540 piksel təsvir ölçülü 5 düymlük maye-kristal panelə malikdir.

Tarix: 07/11/14 “Lenovo” öz yeni cihazında “Apple”a sevgisini etiraf edib

“Lenovo” şirkəti 720p (1280x720 nöqtə) təsvir ölçülü 5 düymlük “Super Amoled” sensor ekranı ilə təchiz edilmiş “Sisley S90” smartfonunu nümayiş etdirib. Asiyanın nüfuzlu istehsalçısının həlli son nəsil “iPhone” smartfonlarının dizaynına çox oxşayır.

Tarix: 06/11/14 “HP” 1500 dollarlıq güclü “Omen” noutbukunu nümayiş etdirib

“HP”-nin rəsmi saytında “Omen” adlı noutbukla bağlı səhifə açılıb. Yeni qurğu oyun həvəskarları üçün nəzərdə tutulub, ancaq güclü oyun sistemləri ilə müqayisədə qiyməti nisbətən ucuzdur.

Tarix: 06/11/14 “LG” şirkəti “G2 Lite” və “L Prime” smartfonlarını nümayiş etdirib (FOTO)

Dünyanın aparıcı mobil telefon istehsalçılarından biri “LG Electronics” şirkəti ilkin səviyyəli iki yeni smartfonunu (“G2 Lite” və “L Prime” modelləri) nümayiş etdirib.

Tarix: 06/11/14 2014-cü ilin üçüncü rübündə qlobal çip bazarında gəlir 87 milyard dollara çatıb

Yarımkeçiricilər Sənayesi Assosiasiyasının məlumatına əsasən, 2014-cü ilin iyul-sentyabr aylarında qlobal yarımkeçiricilər bazarında gəlir 87 milyard ABŞ dollarına çatıb ki, bu da ötən rüblə müqayisədə 5,7% yüksəkdir.

Tarix: 06/11/14 “Samsung” açılıb-bağlanan smartfonunu nümayiş etdirib

“Samsung” şirkəti Cənubi Koreyada açılıb-bağlanan formada “Master Dual” smartfonunu nümayiş etdirib. Telefon 3 və 2.2 düymlük daxili və xarici ekranla təchiz edilib, həmçinin “Android” əməliyyat sistemi quraşdırılıb. Bundan başqa, 3 və 1,3 meqapiksellik iki kamera, GPS və FM radio var.

Tarix: 06/11/14 “Jawbone” böyük sayda datçiklə təchiz edilmiş qolbaq nümayiş etdirib

“Jawbone” şirkətinin nümayiş etdirdiyi “UP3” qolbağı yığcam ölçüsünə baxmayaraq, böyük sayda daxili sensora malikdir.

Tarix: 05/11/14 “HTC” şirkəti 64 bit “Desire 820s” smartfonunu təqdim edib

Tayvanın “HTC” şirkəti sentyabrda “IFA 2014” sərgisində səkkiznüvəli 64 bit “Qualcomm Snapdragon 615” çipi ilə təchiz edilmiş “Desire 820” smartfonunu nümayiş etdirib.

Tarix: 05/11/14 “NoPhone”: smartfon asılılığından xilas olmaq üçün “smartfon”

“NoPhone” "smartfon" layihəsi “Kickstarter”da tələb olunan 5 min dollardan 4 dəfə daha çox pul toplayıb. Elektron içliksiz “NoPhone” smartfon asılılığından qurtulmaq üçün nəzərdə tutulub.

Tarix: 03/11/14 “HP” şirkəti “ağıllı” saatını nümayiş etdirib

“HP” şirkəti “Chronowing” “ağıllı” saatını nümayiş etdirib. Qurğunun görünüşünü amerikalı dizayner Maykl Bastian hazırlayıb. Saatın dairəvi korpusu paslanmayan poladdan hazırlanıb.

Tarix: 03/11/14 Yaponiyada qatlanan 8,7 düymlük sensor ekranını nümayiş etdirib (VİDEO)

“Semiconductor Energy Laboratory” (SEL) şirkəti İokoqama şəhərində keçirilən “Display Innovation 2014” sərgisində üç dəfə qalana bilən 8,7 düymlük sensor ekranını nümayiş etdirib. Ekran təsviri “Full HD” (254 ppi) formatında göstərir.

Tarix: 03/11/14 Dünyanın ən sürətli prosessoru hazırlanıb

ABŞ Silahlı Qüvvələri üçün ən yeni texnologiyaların hazırlanmasına cavabdeh olan Qabaqcıl Müdafiə Elmi-Tədqiqat İşləmələri Agentliyinin  mühəndisləri bir terahers takt tezliyində trilyon əməliyyatı yerinə yetirə bilən dünyanın ən sürətli prosessorunu yaratmaqla rekorda imza atıblar.

Tarix: 03/11/14 2016-cı ildə Afrikada səsdən sürətli ilk pilotsuz təyyarə əlçatan olacaq

Əlcəzair və CAR-dan olan mütəxəssislər arasında elmi-texniki əməkdaşlıq çərçivəsində 2016-cı ildə Afrikanın səsdən sürətli ilk pilotsuz təyyarəsi istehsal ediləcək.








22 Noyabr 2024

21 11 2024