bölmədə 2697 material var

Tarix: 19/11/14 “Azərkosmos” ASC-də qanvermə aksiyası keçirilib

“Azərkosmos” ASC-də cəmiyyətin Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində B.Eyvazov adına Elmi Tədqiqat və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının təşkilatçılığı ilə qanvermə aksiyası keçirilib. Aksiyanın məqsədi qan xəstəliklərindən əziyyət çəkən insanlara təmənnasız kömək etmək olub.

Tarix: 18/11/14 Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təqdim etdiyi vakansiyalara 450 nəfər sənəd verib

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın oktyabrın 17-də dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan etdiyi müsabiqəyə sənəd qəbulu noyabrın 17-də başa çatıb.

Tarix: 17/11/14 “Aztelekom” İB-də gənclərin təklifləri müzakirə olundu

“Aztelekom” İB-də çalışan, intellektual səviyyəsi yüksək gənclərin İKT sahəsinin inkişafına dair yeni bilik və təklifləri ilə bağlı müzakirə keçirilib.

Tarix: 17/11/14 Azərbaycana qarşı kiberhücumların sayında kəskin artım müşahidə olunur

Məlum olduğu kimi, 12 noyabr 2014-cü il tarixində Azərbaycan hava mövqelərini pozan Ermənistana məxsus helikopter zərərsizləşdirilib. Cəbhə xəttində yaranmış bu gərginlik "informasiya müharibəsi"ndə də özünü büruzə verib.

Tarix: 14/11/14 Gənc Mühəndislər “Azərkosmos” ASC-də olublar

 “Gənc Mühəndislərin  İnkişafı” İctimai Birliyinin bir qrup mühəndislik  peşəsinin  ayrı-ayrı ixtisaslarında təhsil  alan üzvləri, eləcə də  əmək fəaliyyəti  ilə məşğul olan  gənc  mühəndislər “Azərkosmos” ASC-nin  Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinə (ƏYPİM) səfər ediblər.
 

Tarix: 14/11/14 “Elektron hökumət” portalına inteqrasiya olunan e-xidmətlərin sayı 1 il ərzində 30 faiz artıb

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) “Elektron hökumət” portalında yerləşdirilmiş elektron xidmətlərə dair 2013-2014-cü illəri əhatə edən statistik göstəriciləri diaqramlar şəklində təqdim edib.

Tarix: 13/11/14 Elektron Təhlükəsizlik Mərkəzinin səlahiyyətləri genişləndirilə bilər

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Elektron Təhlükəsizlik Mərkəzinin səlahiyyətlərini genişləndirmək məsələsinin üzərində işləyir.

Tarix: 13/11/14 “Elektron hökumət” portalına 1 milyondan artıq insan müraciət edib

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) “Elektron hökumət” portalına daxilolmaların növbəti statistikasını təqdim edib.

Tarix: 13/11/14 "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin qərarında dəyişikliklər edilib

"Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

Tarix: 13/11/14 “Elektron hökumət” portalı vasitəsilə ən çox istifadə olunan 20 e-xidmətdən 4-ü RYTN-in payına düşüb

“Elektron hökumət” bülleteninin növbəti sayında  oktyabr ayı ərzində “Elektron hökumət” portalı üzərindən ən çox istifadə olunan 20 elektron xidmətin siyahısı təqdim olunub.

Tarix: 13/11/14 Budapeştdə Macarıstanın “DBH Group” şirkəti ilə biznes və startapların inkişafı haqqında Anlaşma Memorandumu imzalanıb

Cari ilin noyabr ayının 11-də Budapeştdə keçirilən “Azərbaycan - Macarıstan Biznes Forumu” çərçivəsində Macarıstanın biznes və investisiya  xidmətləri göstərən

Tarix: 12/11/14 Azərbaycanda 26 mindən artıq elektron imza əldə olunub

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) elektron imza vəsiqələri barədə oktyabrın 30-u tarixinə olan statistik məlumatı açıqlayıb.
 

Tarix: 12/11/14 “Elektron hökumət” portalına daxil olmaq üçün tələb olunan şifrə istifadəçilərə SMS vasitəsi ilə göndəriləcək

“Elektron hökumət” portalının operatoru Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən daha bir yenilik yaxın vaxtlarda vətəndaşlara təqdim ediləcək.

Tarix: 11/11/14 RYTN-də uşaqların internetdə təhlükəsizliyi müzakirə olundu

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyində  (RYTN) bu gün "Uşaqların internet təhlükəsizliyi" mövzusunda “dəyirmi masa” ətrafında müzakirələr keçirilib.

Tarix: 11/11/14 “Yeni həyat: texnologiyalardan incəsənətə”

“Bakutel” Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisinin 20 illik yubileyi ilə bağlı Yüksək Texnologiyalar Parkında “Yeni həyat: texnologiyalardan incəsənətə” adlı tədbir  keçirilib.








18 Dekabr 2024

17 12 2024