bölmədə 3428 material var

Tarix: 13/01/14 Bükük “OLED” televizorları təqdim edilib

Çinin “Haier” şirkəti ötən həftə Los-Ancelesdə işini yekunlaşdırmış “CES 2014” sərgisi çərçivəsində 55-65 düym diaqonallı bükük ekran formasına malik və “Full HD” təsvir ölçüsünü dəstəkləyən iki televizor modelini nümayiş etdirib.

Tarix: 11/01/14 Çin istehsalçıları hərbi kvant kompüteri üzərində işləyir

Ötən həftə gündəmə ABŞ-ın Milli Təhlükəsizlik Agentliyində kvant kompüter istehsal edəcəyi haqda məlumat yayıldı, bu gün isə oxşar xəbər Çindən gəlib.

Tarix: 10/01/14 “LG” şirkəti “OLED” televizorların çeşidini genişləndirəcək

 “LG” şirkəti “OLED” (üzvi işıq diodlu) texnologiyalı televizorların çeşidini genişləndirəcəyini açıqlayıb. Belə ki, “CES 2014” beynəlxalq sərgisi çərçivəsində keçirilən mətbuat konfransında Cənubi Koreya şirkəti cari ildə bu növ modellərin sayının 5-dək artırılacağı barədə məlumat verib.

Tarix: 10/01/14 Yeni diş fırçası smartfona qoşula biləcək

Fransanın “Kolibree” şirkətinin ABŞ-ın Las-Veqas ştatında keçirilən “CES” sərgisində nümayiş etdirdiyi diş fırçasını smartfona qoşmaq olar.

Tarix: 10/01/14 “Nokia” smartfonlarının sahiblərinə qovluq yaratmağa icazə verilib

“Nokia” şirkəti “Windows Phone 8” ilə işləyən “Lumia” smartfonları üçün “Lumia Black” adlı yeniləmə çıxarıb. Onu quraşdırdıqdan sonra istifadəçilər aparatın iş masasında qovluq yaratmaq imkanına malik olacaqlar.

Tarix: 09/01/14 “Ağıllı” çarpayı təqdim olunub

“Sleep Number” şirkəti “CES 2014” sərgisində “x12” adlı yüksəktexnologiyalı çarpayı nümayiş etdirib. Çarpayı yuxu zamanı istifadəçinin vəziyyəti haqqında məlumatları toplayır və onları serverə yükləyir. Bundan sonra toplanılmış informasiya ilə tanış olaraq yuxunun mərhələləri və istirahət effektivliyi haqqında öyrənmək olar.

Tarix: 09/01/14 Konstruktor kompüter təqdim edilib

“Razer” şirkəti yanvarın 7-də Las-Veqas şəhərində keçirilən “CES” sərgisində “Project Christine” oyun kompüterini təqdim edib. Press-relizdə vurğulanıb ki, qurğunun əsas xüsusiyyəti modulyar arxitekturaya malik olmasıdır.

Tarix: 08/01/14 “LG” şirkəti “WebOS” platforması ilə işləyən smart televizorlarını nümayiş etdirib

Koreyanın “LG Electronics” şirkəti “2014 International CES” sərgisində “WebOS” əməliyyat sistemi ilə işləyən ilk smart televizorlarını nümayiş etdirib. Şirkətdən bildirilib ki, yeni proqram içliyi hesabına televizorları idarə etmək daha asandır və smart qurğular özləri isə müxtəlif məzmunu daha sürətli və aydın göstərir.

Tarix: 08/01/14 “Huawei” şirkəti yeni smartfonunu təqdim edib

“Huawei” şirkəti “CES 2014” sərgisində “LTE” şəbəkələrini dəstəkləyən “Ascend Mate 2” smartfonunu təqdim edib. Qurğu 1280x720 nöqtə (241 ppi) təsvir ölçülü 6,1 düymlük IPS ekran, 1.6 QHs takt tezlikli “Snapdragon 400” prosessoru, 2 QB əməli və 16 QB daxili yaddaşla (microSD kartının köməyi ilə 64 qiqabayta qədər artırmaq olar) təchiz edilib.

Tarix: 08/01/14 Fransız şirkəti sürücüsüz hərəkət edən avtomobil təqdim edib

2014 International CES” sərgisində Fransanın “Induct” şirkəti sürücüsüz hərəkət edən avtomobilin kommersiya modelini təqdim edib. 2014-cü ildə ABŞ və Avropada adı çəkilən maşının satışlarına başlanılacaq.

Tarix: 08/01/14 “Samsung” 12,2 düymlük “Galaxy Note Pro” planşetini təqdim edib

Cənubi Koreyanın “Samsung” şirkəti Las-Veqasda keçirilən “CES 2014” sərgisində 2560x1600 təsvir ölçüsünə malik 12,2 düym diaqonallı sensor displeylə təchiz edilən “Galaxy Note Pro” planşet kompüterini nümayiş edib. Bu, Cənubi Koreya istehsalçısının “TabPRO 12.2” modeli ilə birlikdə bu cür ekran ölçüsündə təqdim etdiyi ilk planşetlərindən biridir.   

Tarix: 07/01/14 Avtomobillər “Android” platforması ilə işləyəcək

“Google” şirkəti "Açıq avtomobil ittifaqı" təşkilatının yaradılmasını elan edib. “Android” əməliyyat sistemi əsasında işləyən avtomobil sistemlərinin yaradılması və populyarlaşmasına kömək etmək təşkilatın vəzifəsidir.

Tarix: 07/01/14 “Samsung” şirkəti “CES 2014” əyilən televizor modelini təqdim edib

Cənubi Koreyanın “Samsung” şirkəti “CES 2014” sərgisində yeni 85 düym (216 santimetr) diaqonallı elastik “Samsung Bendable TV” məhsulunu təqdim edib.

Tarix: 07/01/14 “Sharp” eynək tələb etməyən “8K” formatlı “3D”-televizor nümayiş etdirib

 “Sharp” şirkəti artıq uzun illərdir “8К” təsvir ölçüsünə malik (7680х4320 piksel) maye-kristal displeylər nümayiş etdirir. Məsələn, bu formatlı 85 düym diaqonallı panel “CES 2012” sərgisində nümayiş olunub.   
Bu dəfə isə “Sharp” Las-Veqasda keçirilən "CES 2014” sərgisində seyr etmək üçün eynək tələb etməyən üçölçülü təsvirə malik (3D) dünyanın ilk “8K” standartlı 85 düymlü displeyini təqdim edib.

Tarix: 07/01/14 “Samsung” şirkəti “CES 2014” əyilən televizor modelini təqdim edib

Cənubi Koreyanın “Samsung” şirkəti “CES 2014” sərgisində yeni 85 düym (216 santimetr) diaqonallı elastik “Samsung Bendable TV” məhsulunu təqdim edib.








22 Noyabr 2024

21 11 2024