bölmədə 3428 material var

Tarix: 17/09/13 Dünyanın ən sürətli yaddaş kartı nümayiş etdirilib

“SanDisk” şirkəti “Extreme Pro CFast 2.0” yaddaş kartını təqdim edib. İstehsalçının iddiasına əsasən, o, dünyanın ən sürətli yaddaş kartıdır.

Tarix: 17/09/13 Amerikalılar robotları kömək istəməyi öyrədiblər

Massaçusets Texnoloji İnstitutunun (MIT) mühəndisləri robotları kömək istəməyi öyrədirlər. Tədris üçün “IKEA” mebellərinin yığılması üçün nəzərdə tutulan manipulyatorlu “youBot” mobil robotlarından istifadə olunur.

Tarix: 16/09/13 29 dollarlıq telefon təqdim olunub

Finlandiyanın “Nokia” şirkəti “Nokia 108” telefonunu təqdim edib. İstehsalçı yebni cihazı “çox ucuz kamerofon” adlandırıb. Sözügedən model 0,3 meqapiksellik kamera ilə təchiz edilib və qiyməti 29 dollar təşkil edəcək.

Tarix: 16/09/13 “Android 4.4” əməliyyat sistemi oktyabrın 14-də çıxarılacaq?!

İnternetdə dərc edilmiş qeyri-rəsmi informasiyaya əsasən, “Google” şirkəti artıq oktyabrın 14-də “Android 4.4” mobil əməliyyat sisteminin yeni versiyasını çıxara bilər. Xatırladaq ki, yeni versiya “KitKat” adlandırılıb.
 

Tarix: 13/09/13 Dünyanın ən böyük yaddaş kartı istehsal ediləcək

“SanDisk” şirkəti dünyada tutumu 256 QB olan ilk “CompactFlash” formatlı yaddaş kartı təqdim edib. Yeni hazırlama “UltraHD” və ya “4K” formatında videolar çəkən videokameralar üçün nəzərdə tutulub.

Tarix: 13/09/13 Spirtlə işləyən prosessor

İstehsalçılar üçün konfransda “Intel” korporasiyası qeyri-adi prosessor prototipi nümayiş etdirib. Təqdim edilmiş çipin işləməsi üçün bir qədəh şərab kifayətdir,  prosessor iki elektrodun köməkliyi ilə ordan enerji  əldə edir.

Tarix: 12/09/13 Alimlər təsadüfən 2 atom qalınlığında şüşə hazırlayıblar

Kornel Universitetində işləyən alimlər ABŞ-da dünyanın ən nazik şüşəsini hazırlayıblar, onun qalınlığı cəmisi 2 atom təşkil edir. Bu barədə 2014-cü ildə “Ginnessin Rekordlar Kitabı”nın yeni nəşrində qeyd olunacaq. Yeni material xalis qrafenin yaradılması üzrə təcrübələr zamanı əldə edilib.

Tarix: 12/09/13 Daha bir uşaq planşeti təqdim edilib

Müxtəlif elektronika istehsalçıları tərəfindən istehsal edilən “uşaq” planşetləri siyahısına yeni cihaz əlavə ediləcək. Amerikanın “Toys R US” şirkəti bildirib ki, oktyabrda “Tabeo e2” planşetinin satışlarına başlayacaq.

Tarix: 12/09/13 Yeni simsiz adapter qurğusu 10 metrədək məsafədə işləyir

Daha bir İT startap iddia edir ki, elektrikin simsiz ötürülməsi sahəsində irəliləyişə nail olub. Belə ki, “Ossia” şirkəti cihazı 10 metrədək məsafədən enerji ilə doldurmağa “qadir” 2.4 QHs-lik ötürücü aparatın yaradılması haqqında danışıb. Yenilik “TechCrunch Disrupt” konfransında nümayiş olunub.

Tarix: 11/09/13 Monitorlu kompüterlər tarixə qarışır

“Google” monitora ehtiyac duyulmayan kompüterlər hazırlamaq fikrindədir. İlk baxışdan ağlasığmaz olsa da, yeni layihə yaxın gələcəkdə monitorları arxa plana atacaq.

Tarix: 11/09/13 “Nokia” 6 düymlük ekrana malik “Lumia 1520” smartfonunu hazırlayacaq

Məlumata əsasən, “Nokia” şirkətinin mühəndisləri hazırda “Lumia 1520” adlı yeni smartfon modeli üzərində işləyirlər.

Tarix: 11/09/13 Bu da yeni “iPhone 5 S” (FOTOLAR)

“Apple” şirkəti dünən iki yeni smartfonunu (“iPhone 5S” və “iPhone 5C”) təqdim edib.

Tarix: 10/09/13 “LG Display” monitorlar üçün “WiDi”-ni dəstəkləyən dünyanın ilk maye-kristal panelini nümayiş etdirib

“LG Display” şirkəti televizorlar və kompüterlər üçün “WiDi” texnologiyasını dəstəkləyən dünyanın ilk maye-kristal (LCD) panelinin yaradılmasını bəyan edib.

Tarix: 09/09/13 “Nissan” şirkəti “ağıllı” “Nismo” konseptini nümayiş etdirib

“Nissan” şirkətinin təqdim etdiyi “Nismo” adlı “ağıllı” saat konsepti, hər şeydən əvvəl bu şirkətin avtomobil sahibləri üçün nəzərdə tutulub.

Tarix: 09/09/13 Yeni diş sensoru insanın sağlamlığına nəzarət edəcək

Tayvan Milli Universitetinin əməkdaşlarının yaratdığı unikal kiçik ölçülü sensor həllini diş tacına quraşdırmaq olar. Sensor ağız boşluğunda ən müxtəlif göstəricilərə 94% dəqiqliklə nəzarət etməyə qadirdir.








22 Noyabr 2024

21 11 2024