bölmədə 3428 material var

Tarix: 05/08/13 “Vertu” 16 min dollarlıq “Ti Ferrari” smartfonunu təqdim edib

“Vertu” şirkəti “Android 4.0” platforması ilə işləyən “Ti Ferrari” smartfonlarına sifarişlərin qəbulunu başlayıb. “ICTnews.az” elektron xəbər xidməti “1news.az” saytına istinadən bildirir ki, cihazın korpusu titan materialdan işlənib hazırlanıb.

Tarix: 05/08/13 Kosmosa danışan robot da göndərildi

Avqustun 4-də Yaponiya Beynəlxalq Kosmik Stansiya üçün nəzərdə tutulan “HTV4” yük gəmisini yüklə birlikdə orbitə çıxarıb.

Tarix: 03/08/13 Yeni cihaz heyvanları düşüncənin gücü ilə idarə etməyə imkan verəcək

Harvard Universitetinin əməkdaşlarının hazırladıqları unikal cihaz düşüncənin gücü ilə heyvanların davranışını idarə etməyə imkan verəcək.

Tarix: 02/08/13 “3D Tile” formatı “Mpeg4” standartına daxil edilib

Beynəlxalq Standartlaşma Komitəsi “Triaxes” və “Elecard” şirkətlərində çalışan rusiyalı rezidentlərin üzərində işlədikləri “3D Tile” formatını rəsmi olaraq bütün dünyada rəqəmli televiziya yayımı üçün istifadə edilən (AVC/H.264/MPEG4 – Part 10) yayım standartına daxil edib.

Tarix: 02/08/13 Böyük Britaniya sükan arxasında "Google Glass" eynəklərindən istifadəyə qadağa qoyub

Böyük Britaniya sükan arxasında "Google Glass” eynəklərindən istifadəyə qadağa qoyub. Yerli KİV bildirib ki, sözügedən qadağanı pozanlar 60 funt (təxminən 90 dollar) dəyərində cərimələnəcək və cərimə balları artırılacaq.

Tarix: 02/08/13 “iPhone” və “Galaxy S4”-ə rəqib

“Google” və “Motorola” şirkətləri “iPhone” və “Galaxy S4” smartfonlarına rəqib təqdim ediblər. Əvvəllər “Moto X” kimi tanınan “Motorola X8” aparatı “Android 4.2.2 Jelly Bean” mobil əməliyyat sistemi ilə işləyir və tamamilə ABŞ-da istehsal edilir.

Tarix: 01/08/13 130 dollarlıq smartfon

“Xiaomi” şirkəti “Red Rice” smartfonunu təqdim edib. 312 ppi piksel sıxlığına malik 4.7 düymlük “HD” formatlı ekranla təchiz edilmiş aparatın satışlarına avqustun 12-də başlanılacaq.

Tarix: 01/08/13 Cənubi Koreya dərin sularda faydalı qazıntıların çıxarılması üçün ilk robotun sınağını uğurla keçirib

Koreya Respublikası dərin sularda faydalı qazıntıların çıxarılması üçün ilk robotun sınağını uğurla keçirib. Bu uğur ölkə hökumətinə artıq 2015-ci ildə Sakit okean dibində dəyəri 1 milyard dollar qiymətləndirilən sualtı yataqların mənimsənilməsinə başlamağa imkan verir.

Tarix: 31/07/13 “Dell” fləş-kart ölçüsündə kompüter istehsal edir

“Dell” şirkəti “Android” platforması ilə işləyən “Ophelia” qurğusu üzərində sınaqların keçirilməsinə başlayıb. “Ophelia” adlanan qurğu monitor və ya televizora “HDMI” girişi vasitəsilə qoşulur və ekranı fərdi kompüterə çevirir. Sözügedən qurğunun qiyməti təxminən 100 dollar təşkil edəcək.

Tarix: 31/07/13 Yüksək Texnologiyalar üzrə Tədqiqat və İnkişaf Mərkəzində yeni araşdırmaya start verilib

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nəzdində fəaliyyət göstərən Yüksək Texnologiyalar üzrə Tədqiqat və İnkişaf Mərkəzində yeni bir araşdırmaya start verilib. Bu barədə “ICTnews” xəbər xidmətinə mərkəzin Elmi tədqiqat şöbəsinin müdiri Rasim Cabbarov məlumat verib.

Tarix: 31/07/13 “Samsung” televizorlarında təsvir daha aydın və parlaq olacaq

“Bloomberg News” portalı yazıb ki, Cənubi Koreyanın “Samsung” korporasiyası yaxın vaxtlarda Almaniyanın “Novaled AG” şirkətini 200 milyon dollara satın almağı planlaşdırır.

Tarix: 31/07/13 Dişə implantasiya edilmiş sensor həkimə sizin hərəkətləriniz barədə dəqiq məlumatlar ötürəcək

Həkim xəstədən gündə neçə dəfə siqaret çəkdiyi, qidalandığı və sairə barədə soruşa bilər. Çox güman ki, xəstə həkimə dəqiq informasiya verə bilməyəcək və nəticədə həkim səhv müalicə kursu yazacaq.

Tarix: 30/07/13 Smartfonlar üçün səkkiznüvəli çip təqdim edilib

“MediaTek” şirkəti mobil qurğular üçün səkkiznüvəli prosessor təqdim edib. Tayvan şirkəti tərəfindən hazırlanmış prosessorda bütün hesablama nüvələri “Samsung Exynos 5 Octa” prosessorunda olduğu kimi hissələr üzrə deyil, eyni zamanda işləyir.

Tarix: 30/07/13 “Sony” və “Panasonic” şirkətləri 300 QB-lıq “DVD” disk yaradacaqlar

Yaponiyanın “Sony” və “Panasonic” şirkətləri 300 QB-lıq DVD həlli üzərində birgə işləməyə başlayıblar. Sözügedən həll daha öncə peşəkarlar üçün nəzərdə tutulacaq, istehsalçılar hesab edir ki, daha sonra adi istifadəçilərə də lazım ola bilər.

Tarix: 29/07/13 Ultranazik folqa hazırlanıb

Yaponiya alimləri tibdə və digər əksər sahələrdə geniş tətbiq ediləcək ultranazik və çox yüngül folqa icad ediblər. Tokio Universitetinin alimləri Takao Someya və Martin Kaltenbrunner materialın xüsusiyyətləri və imkanları haqqında məlumat veriblər.








22 Noyabr 2024

21 11 2024