bölmədə 3428 material var

Tarix: 26/04/13 Elastik ekranlı telefonlar istehsal ediləcək

“LG” elastik “OLED” ekranla təchiz edilmiş smartfon istehsal edəcək. Dünyanın ən böyük mobil telefon istehsalçısı “Samsung” şirkəti sözügedən cihazı 1 il əvvəl istehsal etmək niyyətində olub.

Tarix: 25/04/13 2016-cı ilədək “ağıllı” eynəklərin tədarük həcmi 9.4 milyon olacaq

“Google Glass” adlanan “ağıllı” eynəklərin istehlak versiyasının çıxışına hələ təxminən 1 il qalmasına baxmayaraq, “IHS iSuppli” şirkətinin analitikləri sözügedən bazarla bağlı proqnoz veriblər.

Tarix: 25/04/13 "Iphone 6" belə olacaq (VİDEO)

Çoxlarının sevimli markasına çevrilmiş dünyanın ən yenilikçi şirkəti olan "Apple"ın hər yeni məhsulu böyük marağa səbəb olur. Şirkət konsepsiyasına uyğun olaraq demeək olar ki, hər il "iphone" seriyasından yeni smartfonları müştərilərinə təqdim edir.

Tarix: 24/04/13 Görmə qabiliyyətindən məhrum olmuş insanlar üçün smartfon hazırlanıb

Tezliklə görmə qabiliyyətindən məhrum olan insanlar yalnız telefonla zəng deyil, hətta mesaj, məktub oxuya biləcəklər. Hindistanlı istehsalçılar ekranda informasiyanı “Brayl” şrifti ilə əks etdirən unikal qurğu hazırlayıblar.

Tarix: 23/04/13 “Firefox OS” əməliyyat sistemi ilə işləyən smartfonların satışlarına başlanılıb

İspaniyanın “Geeksphone” şirkəti “Firefox OS” əməliyyat sistemi ilə işləyən ilk smartfonların satışlarına başlayıb. Daha sadə model olan “Keon” smartfonunu 119 dollara sifariş etmək olar. O, 3.5 düymlü “HVGA” displeyi, 1 QHs-lik “Snapdragon S1” prosessoru, 3 meqapiksellik kamera, 512 MB əməli yaddaş və 4 QB daxili yaddaşla təchiz olunub. Aparat “microSD” yaddaş kartını dəstəkləyir.

Tarix: 23/04/13 Unitaz da ağıllandı

21-ci əsrin həyatımıza gətirdiyi yeniliklər sırasında ən maraqlısı əşyaların insan zəkasına sahib olmaq qabiliyyətidir desək, yanılmarıq. Bu gün artıq məişət əşyalarının - televizor, paltaryuyan maşın və s. bu kimi qurğuların “ağılı” az qala bizi təəccübləndirmir. Bu trend unitazdan da yan keçməyib.

Tarix: 22/04/13 Dördnüvəli prosessorla təchiz edilmiş mikrokompüter təqdim olunub

Yaxın vaxtlarda “Android 4.1 Jelly Bean” əməliyyat sistemi ilə işləyən “Tronsmart MK908” adlanan miniatür kompüterin satışlarına başlanılacaq. “ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, fləş-brelok ölçüsündə qurğu 1,6 QHs takt tezlikli dördnüvəli “ARM Cortex-A9” arxitekturalı “Rockchip RK3188” prosessoru ilə təchiz edilib.

Tarix: 22/04/13 Hörümçək robot ən ekstremal vəziyyətdə də işləyə bilər

Britaniyanın “Micromagic Systems” şirkəti dünyada avtomatik hərəkət edən ən böyük sənaye robotu hazırlayıb. 1900 kiloqram çəkisində olan robot nəhəng hörümçəyi xatırladır. Altı “ayağı” var. Şirkətdən verilən məlumata əsasən, məhz buna görə onların istehsal etdikləri robot istənilən səthdə hərəkət edə və ən ekstremal vəziyyətdə işləyə bilər.

Tarix: 22/04/13 Mobil tətbiq vasitəsilə süni əli idarə etmək olacaq

“Touch Bionics”in istehsalı olan “i-Limb” adlanan süni əl yalnız insan əzələlərinin siqnalları ilə deyil, həm də “iPhone” smartfonundan verilən əmrlərlə işləyir.

Tarix: 22/04/13 Dünyada ilk “ağıllı” çəngəl təqdim olunub

“Kickstarter” saytında "ağıllı" “HAPIfork” çəngəli üçün vəsait toplanılmasına başlanılıb. “HAPILABS” startapının təsisçilərinin sözlərinə görə, müasir dünyada həyat tempi çox sürətlidir və buna görə insanların düzgün qidalanması üçün, demək olar ki, vaxt qalmır.

Tarix: 20/04/13 Ev robot texnikası bazarının həcmi 6,5 milyard dollaradək artacaq

"Ağıllı" robotlar bazarının həcmi 2017-ci ilədək təxminən 4 dəfə artaraq 6,5 milyard dollar təşkil edəcək. "ABI Research" analitik şirkətinin hesabatına əsasən, adıçəkilən bazarın həcmi hazırda 1.6 milyard həcmində qiymətləndirilir.

Tarix: 20/04/13 "iPad 5" planşeti daha nazik olacaq

Analitiklər hesab edir ki, "iPad" planşetinin növbəti versiyası daha nazik və yüngül olacaq. "KGI Securities" broker şirkətinin qeydinə əsasən, "iPad 5" planşetinin yeni versiyası "iPad 4"-dən təxminən 15% daha nazik və 25% yüngül olacaq.

Tarix: 19/04/13 İlin ikinci yarısında əyilmiş ekrana malik televizorların satışına başlanılacaq

“LG” şirkəti bu ilin yanvarında keçirilmiş “CES 2013” sərgisində əyilmiş “OLED” displeyə malik televizorlar nümayiş etdirib. O zaman qurğunun yalnız konsepti təqdim edilmişdi. Hazırda isə əyilmiş ekranla təchiz edilmiş “LG” televizorları artıq bu il satışa çıxarılacaq.

Tarix: 16/04/13 "Google” artırılmış reallıq eynəyinin xüsusiyyətləri açıqlanıb

“Google” şirkəti “Glass Explorer Edition” adlanan reallıq eynəyinin xüsusiyyətlərini dərc edib. Şirkət bildirib ki, eynəyin çərçivəsi istənilən üzə uyğun gələcək. Eynəyin displeyinin təsvir ölçüsü 640x360 nöqtə təşkil edir. Ekran gözə çox yaxın yerləşdiyinə görə istifadəçi onu 2.4 metr məsafədə yerləşən 25 düymlü displey kimi qəbul edir.

Tarix: 16/04/13 Reallıq eynəyinin satışlarına başlandı

"Google" şirkəti reallıq eynəyinin satışlarına başlayıb. Adıçəkilən şirkət 2 min qurğudan ibarət ilk partiyanı 1500 dollar qiymətinə satmağa hazırdır. Şirkətdən verilən məlumata əsasən, bu gündən qurğunu sifariş etmək olar.








22 Noyabr 2024

21 11 2024