bölmədə 3428 material var

Tarix: 07/01/13 “Toyota” şirkəti “Lexus” avtonom avtomobilini təqdim edəcək

Yaponiyanın avtomobil nəhəngi “Toyota” şirkəti bu həftə başlayacaq “CES 2013” sərgisində avtonom hərəkət edən avtomobil konsepsiyasına öz baxışını ictimaiyyətə təqdim edəcək.

Tarix: 07/01/13 Kağızdan ev hazırlanıb

Söhbət tikintidən gedəndə kağız insanın ağlına gələn birinci material deyil. Bununla belə, memarlar Ben və Daniel Drats tikintidə kağızdan istifadə etməyə qərar verərək emal edilmiş 550 kağız bağlamasından bina qurublar.

Tarix: 07/01/13 “Bluetooth” kepka musiqiyə qulaqlıqsız qulaq asmağa imkan verəcək (VİDEO)

Müxtəlif dizayn, forma, ölçü və rəngdə kepkalar mövcuddur. Hazırda onlar baş geyimi funksiyasını yerinə yetirməklə yanaşı, həm də kiçik kamera, mikrofon və digər cihazlarla təchiz edilə bilər. Bu yaxınlarda təqdim edilmiş xüsusi kepka həm də “Bluetooth” aksesuar funksiyasını yerinə yetirir.

Tarix: 28/12/12 “Toshiba” mobil telefonları “Lytro” kamerasının imkanları ilə təchiz edəcək

“Toshiba” şirkəti “ağıllı” telefon və planşetlər üçün fotomodul hazırlayıb. Tili 1 santimetrə bərabər kubdan ibarət modul mobil qurğuları “Lytro” “postfaktum” kamerasının sahib olduğu imkanlarla təchiz edəcək.

Tarix: 28/12/12 “BlackBerry Z10” smartfonu necə olacaq?

“BGR.com” internet qəzetinin məlumatına əsasən, onlar “BlackBerry Z10” “ağıllı” telefonun xüsusiyyətləri haqqında məlumat əldə edib. Qeyd edək ki, “BlackBerry Z10” 2012-ci il yanvarın 30-da Nyu-Yorkda “BlackBerry 10” əməliyyat sisteminin təqdimatı zamanı nümayiş etdiriləcək.

Tarix: 27/12/12 “Full HD” ekranlı smartfon təqdim edilib

Pekində keçirilmiş mətbuat konfransında Çinin “ZTE” şirkəti “Android” platforması ilə işləyən “Nubia Z5” “ağıllı” telefonunu təqdim edib. Cihaz 5 düymlü “Full HD” ekranı və dördnüvəli “Qualcomm” prosessoru ilə təchiz edilib.

Tarix: 26/12/12 Çində dünyanın ən uzun yüksəksürətli dəmir yolu istifadəyə verilib

Çində yüksəksürətli qatarlar üçün dünyanın ən uzun dəmir yolu istifadəyə verilib. Pekin və Quançjou şəhərlərini birləşdirən “G502” adlı dəmir yolunun uzunluğu 2298 kilometr təşkil edir

Tarix: 26/12/12 “ABBYY” şirkəti “Android” üçün skaner-tərcüməçi istifadəyə verib

“ABBYY” şirkətinin “Android” mobil əməliyyat sistemi üçün istifadəyə verdiyi tətbiq smartfon və ya planşetin kamerası ilə çəkilmiş mətni “tanıya” və onu digər dillərə tərcümə edə bilir.

Tarix: 25/12/12 “Acer” çox ucuz planşet istehsal edəcək

“Acer” şirkəti “Iconia B1” planşetini hazırlayır. “The Wall Street Journal” qəzetinin mənbələrinə əsasən, cihazın qiyməti 100 dollar civarında olacaq. Qəzetin məlumatına görə, “Iconia B1” ekranının diaqonalı 7 düym, onun təsvir ölçüsü 1024x600 nöqtə təşkil edəcək.

Tarix: 25/12/12 Tayvanlı mühəndislər əlillər üçün qurğu yaradıb

Tayvanın “NCKU” Universitetində əlillərə kömək üçün nəzərdə tutulmuş yeni qurğu hazırlanıb. “I-Transport” adlı model insanı qaldıra, onu bir yerdən digər yerə apara və şaquli vəziyyətdə saxlaya bilər.

Tarix: 25/12/12 Alimlər güclü kvant kompüteri yaradıb

Alim-fiziklərdən ibarət beynəlxalq qrup dünyada birinci işlək foton kvant kompüteri yaratmağı bacarıb. Həm də onun məhsuldarlığı müasir ənənəvi kompüterləri dəfələrlə üstələyir.

Tarix: 24/12/12 O, “iPhone” smartfonunun qatilinə çevriləcək

“Wall Street Journal” qəzetinin məlumatına görə, “Google” şirkətinin “Motorola Mobility” bölməsi “iPhone” smartfonunun “X Phone” kod adlı rəqibini hazırlayır. "Motorola”nın hazırladığı smartfon 2013-cü ildə istehsal ediləcək və digər qurğulardan ciddi surətdə fərqlənəcək” - qəzet yazıb. ICTnews.az” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, “X Phone” cihazının

Tarix: 24/12/12 Fransızlar “Retina” ekranla təchiz edilmiş planşet istehsal edəcək

Fransanın “Archos” şirkəti tezliklə “97 Titanium HD” planşetinin satışlarına başlayacaq. Planşetin ekranının diaqonalı 9,7 düym, təsvir ölçüsü 2048x1536 piksel təşkil edir və “IPS” matris mövcuddur: bu xüsusiyyətlər “iPad 4” planşetində quraşdırılmış “Retina” displeylə eynidir.

Tarix: 24/12/12 Daha böyük ekranlı smartfon hazırlanır

“Huawei Ascend Mate” smartfonu 6,1 düymlü ekran və dördnüvəli prosessorla təchiz edilib. “Huawei” şirkəti qurğunu rəsmi şəkildə 2013-cü ilin yanvarında təqdim etməyi planlaşdırır.

Tarix: 24/12/12 Xəstələri uzaq məsafədən müayinə etmək mümkün olacaq (VİDEO)

Təqdim edilmiş yeni cihaz xəstələri uzaq məsafədən müayinə etməyə imkan verəcək. “ICTnews.az” elektron xəbər xidməti “www.gizmonews.ru” saytına istinadən bildirir ki, “Sotera Wireless” şirkətinin hazırladığı “ViSi Mobile” qurğusu sağlamlığa nəzarət edən rəngli ekranla təchiz edilmiş kiçik datçikdir və o, xəstənin əlinə bərkidilə bilər.








22 Noyabr 2024

21 11 2024