bölmədə 3428 material var

Tarix: 13/12/12 Geyimlər öz rəngini və formasını dəyişdirə biləcək (VİDEO)

“Lacoste” markasının düşündüyü geyim istifadəçinin istəyindən asılı olaraq öz rəngini və stilini dəyişəcək. Polo köynəyinin 80 illiyi münasibətilə şirkət “Mnstr” reklam agentliyi ilə birgə gələcəyin dəbinə həsr edilmiş videoçarx təqdim edib.

Tarix: 13/12/12 “Find 5” "superfon"u ABŞ bazarına çıxarılıb

Çinin “Oppo” şirkəti “Find 5” smartfonunu Amerika bazarına çıxarıb. Smartfon “Full HD” (1920x1080) formatlı 5 düymlü ekran, 1.5 QHs (qiqahers) takt tezliyində işləyən dördnüvəli “Qualcomm” prosessoru və 13 meqapikselli kamera ilə təchiz olunub.

Tarix: 11/12/12 “RIM BlackBerry 9620” smartfonu təqdim edilib

“Nextel Mexico” və “Research In Motion” (RIM) şirkətləri monoblok korpusda hazırlanmış “BlackBerry 9620” smartfonunu təqdim ediblər. “ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, aparat 1,2 QHs takt tezliyində işləyən “Qualcomm” prosessoru, 768 MB əməli yaddaş və 2 QB tutumunda fləş-modulla təchiz edilib.

Tarix: 11/12/12 Dünyada ən kiçik tranzistor yaradılıb

Massaçusets Texnologiya İnstitutunda çalışan amerikalı alimlər müasir elektronika qurğularının kiçilmə potensialının hələ tükənmədiyini sübut ediblər. Belə ki, onlar cəmisi 22 nanometr ölçüsündə işlək tranzistor yarada biliblər.

Tarix: 10/12/12 Oyun planşeti istehsal edilib

 Fransanın “Archos” yığcam elektron qurğular istehsalçısı “GamePad” adlı oyun planşeti istehsal edib. Cihaz hazırda “EMEA” bazarına tədarük edilir və şirkət qurğunu 2013-cü ilin birinci rübündə dünya bazarına tədarük etməyi planlaşdırır

Tarix: 10/12/12 Kontakt linzalar “LCD” displeylə təchiz ediləcək (VİDEO)

Belçikalı alimlər “LCD” displeylə təchiz edilmiş kontakt linzalar hazırlayıblar. Gent Universitetində çalışan ixtiraçılar bildiriblər ki, yeni linzalardan kosmetik və müalicəvi məqsədlər üçün istifadə etmək olar.

Tarix: 10/12/12 “IBM” tezliklə nanofoton prosessor istehsalına başlayacaq

“IBM” korporasiyası mikroprosessorun yeni nümunəsinin hazırlanması haqqında bəyan edib. O, verilənlərin ötürülməsində elektrikdən deyil, işıq şüalarından istifadə edir.

Tarix: 10/12/12 AES-də baş vermiş qəzaların nəticələrini aradan qaldırmaq üçün robot hazırlanıb (VİDEO)

“Mitsubishi”nin sənaye bölməsi baş vermiş radiasiya qəzalarının nəticələrinin aradan qaldırılması üçün nəzərdə tutulmuş robotunu təqdim edib.Xatırladaq ki, “Toyota” şirkəti də bir neçə gün əvvəl öz radiasiya robotunu təqdim etmişdi. “ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, yeni

Tarix: 07/12/12 Huawei” şirkəti nəhəng smartfon hazırlayır

“Huawei” şirkətinin vitse-prezidenti Yuy Çendun bildirib ki, şirkət smartfon və mini-planşet hibridi üzərində çalışır.

Tarix: 06/12/12 “Nokia” şirkəti “Windows Phone 8” platformasında ən ucuz smartfonunu təqdim edib (VİDEO)

Finlandiyanın “Nokia” şirkəti “Windows Phone 8” platformasında ilk büdcəyə uyğun “Lumia 620” smartfonunu təqdim edib. Bu smartfon hazırda “Microsoft”un yeni mobil əməliyyat sistemi ilə işləyən ən ucuz qurğudur.

Tarix: 06/12/12 Robot Sakit okeanda 9000 mildən çox məsafə qət edib

Avtonom robot San-Fransisko sahillərindən Avstraliyaya qədər 9000 dəniz mili və ya 16668 kilometr məsafə qət etməklə səyahətini başa vurub. Robotu hazırlamış “Liquid Robotics” şirkətinin verdiyi məlumata əsasən, aparat üzmə prosesində Sakit okeanın temperaturu, suyun duzluluğu və bütövlükdə ekosistem haqqında məlumat toplayıb.

Tarix: 05/12/12 “LG” şirkəti “ağıllı” çaxır soyuducusu istehsal edib

Koreyanın “LG Electronics” şirkəti “ağıllı” çaxır soyuducusu hazırlayıb və bu həll üçün patent alıb. “ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, şirkətdən verilən məlumata görə, yeni hazırlama soyuducu üçün bütün ənənəvi imkanlara malikdir.

Tarix: 05/12/12 Kompüter neyrokontrolleri 2013-cü ilin yazında satışa çıxarılacaq

“InteraXon” şirkəti bəyan edib ki, “Muse” neyrokontrolleri 2013-cü ilin yazında satışa çıxarılacaq. Kompüteri düşüncənin gücü ilə idarə etməyə imkan verən qurğunun qiyməti 199 dollar təşkil edir. “Muse” neyrokontrolleri kompüterə “Bluetooth” modulu vasitəsilə qoşulur.

Tarix: 05/12/12 Qış depressiyasından xilas edən cihaz ixtira edilib

Finlandiyalılar İT dünyasında “Nokia” şirkəti və “Angry Birds” oyunlar seriyası ilə məşhurdurlar. Çox güman ki yaxınlarda bu siyahıya qeyri-adi startap da əlavə olunacaq.

Tarix: 03/12/12 Sönmüş vulkanların 3D modeli qurulacaq

AMEA Geologiya İnstitutunun əməkdaşları ölkə ərazisində palçıq vulkanlarının monitorinqini keçirir. “ICTnews” elektron xəbər xidmətinə bu barədə institutdan məlumat verilib.








22 Noyabr 2024

21 11 2024