bölmədə 3428 material var

Tarix: 03/09/12 “Nokia” şirkəti 5 sentyabrda “partlayış” edəcək

“Nokia” və “Microsoft” şirkətləri sentyabrın 5-də xüsusi konfrans keçirməyə hazırlaşırlar. Çox güman ki, “Lumia” xəttinin yeni smartfonları təqdim olunacaq. “ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, “Nokia” şirkəti “PureView” adlı nəsə təqdim etməyə söz verib.

Tarix: 01/09/12 Prosessorsuz noutbuk istehsal olunub

Koreyanın "Korea Telecom" şirkəti Almaniyada keçirilən "IFA 2012" sərgisində prosessora, əməli yaddaşa və əməliyyat sisteminə malik olmayan noutbuk təqdim edib. "Spider Laptop" adlı qurğu bir növ müasir smartfonlar üçün cihaz rolunu yerinə yetirir. “ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by”

Tarix: 01/09/12 Telefon və riderin hibridi təqdim edilib

"E Ink Corporation" şirkəti Berlində keçirilən "IFA" sərgisində iki ekrana malik smartfon nümunəsi təqdim edib. Ekranın biri ön paneldə, ikincisi, aparatın arxa panelində yerləşir. “ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, ekranlardan biri ənənəvi maye kristal ekrandır, digəri isə birrəngli və "elektron mürəkkəb" texnologiyası üzrə hazırlanıb.

Tarix: 01/09/12 Rentgen lazeri almazın içərisindəki elektronları görməyə imkan verir

Fiziklər almazın kristalındakı karbon atomlarının ətrafında dövr edən ayrı- ayrı elektronların ilk fotogörüntülərini əldə etmək üçün LCLS- güclü rentgen lazerindən istifadə ediblər. Əldə edilən nəticələr “Nature” jurnalında dərc edilib . Kaliforniyanın SLAC ABŞ Milli sürətləndirici laboratoriyasında

Tarix: 31/08/12 “Panasonic” şirkəti rekord təsvir ölçüsünə malik 145 düymlü televizor yaradıb

Yaponiyanın “Panasonic” şirkəti Almaniyada keçirilən “IFA 2012” sərgisində 7680×4320 təsvir ölçüsünə (30 milyon piksel deməkdir) malik 145 düymlü plazma televizor təqdim edib. Bu format, həmçinin “8K” adlanır. “ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki,

Tarix: 31/08/12 Robot-at yaradıldı

İtaliya Texnologiya İnstitutunda robot-at yaradıblar. Robot-atın dörd ayağında səkkizi hidravlika, üçü isə elektromotorlar vasitəsilə hərəkət edən 12 oynaq mövcuddur. Ümumi çəkisi 90 kiloqram olan robot saatda 15 kilometrə qədər sürətlə qaça bilir. İstehsalçılar yaratdıqları robotu stereokamera və lazerli məsafəölçən baş,

Tarix: 30/08/12 Xüsusi eynək tələb etməyən ən böyük “3D” ekran hazırlanıb

Yaponiyanın “Panasonic Corp.” korporasiyası xüsusi eynək tələb etməyən ən böyük “3D” ekran hazırlayıb. “ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, yeni plazma panelin diaqonalı 103 düym təşkil edir. Ekran, həmçinin sensor panellə təchiz edilib.

Tarix: 30/08/12 “Galaxy Note” smartfonunun yeni modeli təqdim edilib

“Samsung” şirkəti avqustun 29-da Berlində keçirilən “IFA” sərgisi çərçivəsində “Galaxy Note II” smartfonunu təqdim edib. “ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, yeni “Galaxy Note” əvvəlki modellə müqayisədə daha nazikdir, akkumulyator batareyasının tutumu 3100 milliamper/saat təşkil edir.

Tarix: 30/08/12 “Samsung” şirkəti “Android” platforması ilə işləyən fotoaparat istehsal edəcək

“Samsung” şirkəti Berlində keçirilən tədbirdə “Galaxy Camera” fotoaparatını təqdim edib.“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, fotoaparat 16 meqapikselli matrisə malikdir, həm üçüncü və dördüncü nəsil, həm də “Wi-Fi” şəbəkələrinə qoşula bilər.

Tarix: 30/08/12 “Windows Phone 8” platformasında ilk smartfon təqdim edilib

“Samsung” şirkəti Berlində keçirilən tədbirdə “Windows Phone 8” (WP8) əməliyyat sistemində (ƏS) işləyən “ATIV S” adlı birinci smartfonu təqdim edib. “ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, qurğunun korpusu alüminiumdan hazırlanıb və “Super AMOLED” texnologiyası üzrə hazırlanmış 4,8 düymlü ekranla təchiz edilib.

Tarix: 30/08/12 Azərbaycanda “Ağıllı ev” sisteminin tətbiqinə başlanılıb

Dünyanın inkişaf etmiş ölkələrində geniş yayılan “Ağıllı ev” (Smart House) texnologiyası artıq Azərbaycanda da tətbiq olunmağa başlanılıb. Beləliklə, artıq Azərbaycan vətəndaşları da bu müasir texnologiyanın üstünlüklərindən faydalana biləcəklər. “Ağıllı ev” avtomatlaşdırmanın yüksək

Tarix: 29/08/12 1080p təsvir ölçüsünə malik 5 düymlü displey yaradılıb

Tayvanın “Chimei Innolux” maye kristal panel istehsalçısı 1080p təsvir ölçüsünə malik 5 düymlü sensor ekran yaradıb. Piksellərin sıxlığı 1 düymdə 443 ppi təşkil edir. Model ilk növbədə smartfonlarda istifadə üçün nəzərdə tutulub. “ICTnews.az” elektron xəbər xidməti “onliner.by” saytına istinadən bildirir ki,

Tarix: 29/08/12 “Neftqaztikinti” yeni texnologiyanın tətbiqinə başlayıb

ARDNŞ-də yeni texnika və texnologiyaların tətbiqi daim diqqət mərkəzindədir. Şirkətin “Neftqaztikinti” tresti də bu istiqamətdə fəaliyyətini uğurla davam etdirir. “ICTnews” elektron xəbər xidmətinin şirkətə istinadən verdiyi məlumata görə, trestin 2 saylı Tikinti Quraşdırma İdarəsi hazırda “Azneft” İB-nin sifarişi əsasında

Tarix: 29/08/12 Energetika kürəsi kompyuter arxasında daha az vaxt keçirməkdə yardımçı olacaq (VİDEO)

Münhen Universitetində təhsil alan almaniyalı iki tələbə "fərdi energetika kürəsi" hazırlayıblar. Energetika kürəsi insanların kompyuterdən az istifadəsi və daha çox gəzintilərdə vaxt keçirməsi üçün nəzərdə tutulub. Qurğunun istehsalçıları Yanko Hofman və Fabian Fammer

Tarix: 28/08/12 “LG” şirkəti “Optimus G” smartfonunu təqdim edib

Koreya şirkəti “Optimus G” smartfonunu təqdim edib.“ICTnews.az” elektron xəbər xidməti “onliner.by” saytına istinadən bildirir ki, qurğu 1280×768 piksel təsvir ölçüsünə malik 4,7 düymlü “True HD IPS+” ekranla təchiz edilib. Sensor qat birbaşa “Optimus G” smartfonunun ekranına quraşdırılıb.








22 Noyabr 2024

21 11 2024