bölmədə 3428 material var

Tarix: 05/01/12 Prosessorla işləyən smartfonlar

“İntel” və “LG Electronics” şirkətləri “CES 2012” (Las-Veqas, Nevada, ABŞ) sərgisində “Atom” prosessorları ilə işləyən smartfonları təqdim edəcəklər. Bu barədə şirkətin nümayəndələrinin bəyanatlarına istinadən “Korea Times” xəbər verib. Bu dəfə sərgidə “İntel Medfield” platformasında olan smartfonlar təqdim ediləcək.

Tarix: 30/12/11 2012-ci ildə dünyada ən böyük teleskop hazırlanacaq

Çili ərazisində yerləşən Cənubi Avropa rəsədxanasından bildiriblər ki, 2012-ci ildə dünyada ən böyük yerüstü teleskopun – “The European Extremely Large Telescope” tikintisinə başlanılacaq. Bu möhtəşəm elmi qurğunun tikinti planı artıq təsdiq edilib, maliyyə məsələləri də həll olunub.

Tarix: 30/12/11 “AMD” şirkəti güclü stolüstü kompyuterlər üçün prosessor istehsal edib

“AMD” şirkəti stolüstü kompyuterlər üçün “Bulldozer” arxitekturasında “FX-6200” prosessoru istehsal edib.32 nanometr texnoloji proses üzrə hazırlanmış çip 6 nüvədən ibarətdir. Nominal takt tezliyi 3,8 QHz təşkil edir; “Turbo Core” sistemi yüksək yüklənmə zamanı bu göstəricinin 4,1 QHz-ə qədər avtomatik artırılmasını təmin edir.

Tarix: 30/12/11 Robot jurnalist (VİDEO)

ABŞ-da hazırlanmış robot küçələri gəzərək yoldan keçənlərdən müsahibə götürür və onları videoya çəkir. “Boxie” adlı robot Massaçusets Texniki İnstitutunun (MIT) “Media Lab” qrupunun əməkdaşı Aleksandr Reben tərəfindən hazırlanıb. “Boxie” robotu tamamilə təhlükəsizdir. Robotun ölçüsü kiçikdir, korpusu kartondandır. “Boxie” robotu küçədə ultrasəs vasitəsi ilə maneələrdən keçərək hərəkət edir,

Tarix: 29/12/11 Yeni nəsil mobil yaddaş modulları

Yaponiyanın “Elpida” şirkəti “Wide IO Mobile RAM” və “LPDDR3” yaddaşının nümunə tədarüklərinə başlayıb.“Wide IO Mobile RAM” məmulatları 30 nanometr texnoloji proses üzrə istehsal edilir. Onların “DDR2 Mobile RAM” (LPDDR2) modulları ilə müqayisədə 4 dəfə daha yüksək ötürmə sürəti (12.8 Qb/s ) təmin etdiyi iddia edilir.

Tarix: 29/12/11 İki ekranlı noutbuk (VİDEO)

“NajmTek” şirkəti klaviaturası olmayan noutbuk yaradıb. Belə ki, klaviatura virtualdır. Qurğu Universal Notebook (U-Book) adlanır. Korpusun digər yarısında sensor ekran yerləşdirilib. Bu ekranda istənilən düzülüşlə olan virtual klaviatura əks oluna bilər.

Tarix: 29/12/11 84 düymlü televizor

“LG Electronics” şirkəti “Ultra Definition” (UD) TV televizorunu təqdim edib. O, 3840 x 2160 piksel kəskinlikli 84 düymlü panelə malikdir. Qurğunu yanvar ayının əvvəllərində keçiriləcək “CES” sərgisində təqdim etmək planlaşdırılır. Yenilik “3D” texnologiyasını dəstəkləyir, stereoeffekti idarə etməyə və “2D”-ni “3D”-yə konvert etməyə imkan verir.

Tarix: 29/12/11 “PandaBoard ES”: mobil qurğu istehsalçıları üçün sistem lövhəsi

Smartfon, planşet və digər portativ qurğular üçün proqram təminatı tərtibatçılarına istiqamətlənmiş “PandaBoard ES” sistem lövhəsi satışa çıxarılıb. “PandaBoard ES” sistem lövhəsi 1,2 QHz takt tezliyində işləyən “Tİ OMAP 4460” prosessoru ilə təchiz edilib. “DDR2” yaddaşının tutumu 1 Qbayta bərabərdir;

Tarix: 29/12/11 Mikroarxitekturalı prosessorların relizi apreldə baş tutacaq

Tayvanın “DigiTimes” nəşri iddia edir ki, 2012-ci il aprel ayının 8-də “İntel” şirkəti “İvy Bridge” mikroarxitekturalı prosessorları istehsal edəcək. Cəmi 25 modelin istehsalı planlaşdırılıb. Bütün çiplər 22 nanometr texnoloji proses üzrə hazırlanacaqlar.

Tarix: 27/12/11 “Stream TV Networks” yeni nəsil “3D” texnologiyasını təqdim edəcək

“Stream TV Networks” şirkəti stereoskopik təsvirin formalaşması üçün nəzərdə tutulmuş “Ultra-D” texnologiyasını hazırlayıb. Yeniliyi “CES 2012” sərgisində təqdim edəcəklər. Texnologiya “3D” şəkli formalaşdırmağa imkan verir və ona baxmaq üçün xüsusi eynək lazım deyil. Bu halda, istehsalçı iddia edir ki,

Tarix: 27/12/11 “Samsung Galaxy S III” smartfonunu təqdim edəcək

“ETNews” nəşrinin məlumatına əsasən, dördnüvəli prosessorla təchiz edilmiş “Samsung Galaxy S III” smartfonu 2012-ci ilin fevral ayında “MWC” sərgisində təqdim ediləcək. “Galaxy S III” smartfonunun texniki xüsusiyyətləri haqqında informasiya hələ keçən yazda çıxıb. İddia edilirdi ki, smartfon 4,6 və ya 4,7

Tarix: 27/12/11 “Thunderbolt” texnologiyasını dəstəkləyən “Windows” fərdi kompyuterləri 2012-ci ilin aprel ayında çıxa bilər

“İntel” və “Apple” korporasiyası tərəfindən hazırlanmış verilənlərin yüksək sürətlə ötürülməsi protokolu “Thunderbolt” texnologiyasının tezliklə “Windows” əməliyyat sistemi ilə işləyən kompyuterlərdə tətbiq olunacağı haqqında informasiya artıq KİV-də (Kütləvi İnformasiya Vasitələri)

Tarix: 27/12/11 “Prospero” - dünyada ilk robot-fermer

Robot texnikasının müasir inkişaf səviyyəsi müxtəlif robotlar yaratmağa imkan verir. Məsələn, ABŞ-da tamamilə avtonom “Prospero” robot-fermeri yaradılıb. O, toxum səpməyi bacarır. “Prospero” fermerinin yaradıcısı Ayova ştatında yaşayan Amerika ixtiraçısı Devid Dorxautdur. O iddia edir ki, robot-fermer proqram təminatının əmrlərinə əsaslanaraq,

Tarix: 26/12/11 “Hibrid AMD” prosessoru ilə olan noutbuk

“ASUS” şirkəti portativ kompyuterlər xəttinə 11,6 düymlü ekranla təchiz edilmiş “Eee PC 1225B” modeli də əlavə edib. Maksimal konfiqurasiyada noutbuk “AMD E-450” hibrid çipi ilə təchiz edilib. Çip 1,65 QHs takt tezliyi ilə işləyən 2 ədəd “Bobcat” hesablama nüvəsinə,

Tarix: 26/12/11 “TSMC” 2015-ci ildə 450 mm-lik silisium lövhələrdə çiplərin istehsalına başlayacaq

“Taiwan Semiconductor Manufacturing Company” (TSMC) 2013-2014-cü illərdə 450 mm-lik silisium lövhələrdə çiplərin test istehsalına başlayacaq. Hal-hazırda istehsalçılar 300 mm silisium lövhələrdən istifadə edirlər. Daha böyük ölçülü lövhəyə keçid mikrosxem istehsalının maya dəyərini azaltmağa,








24 Noyabr 2024

23 11 2024