bölmədə 3428 material var

Tarix: 18/02/14 “LG” şirkəti “4.4 Android” ilə işləyən üç ədəd yeni smartfon təqdim edib

Cənubi Koreyanın “LG Electronics” şirkəti “L” seriyasının ucuz smartfonlarının üçüncü nəslini təqdim edib.

Tarix: 18/02/14 Verilənlərin əbədi saxlanacağı sapfir disklərin kütləvi istehsalına başlanacaq

Ukrayna Milli Elmlər Akademiyasının İnformasiyanın Qeydiyyatı Problemləri İnstitutu və Monokristallar İnstitutunun alimləri informasiyanın 10 minlərlə il ərzində saxlanması mümkün olan sapfir optik disk hazırlayıblar.

Tarix: 17/02/14 Dünyanın aparıcı universitetləri on ilə insan beyninin molekulyar modelini yaratmaq niyyətindədir

Dünyanın səksən aparıcı universiteti yaxın on il ərzində insan beyninin tam molekulyar modelini yaratmaq üçün səylərinin birləşdirib.

Tarix: 17/02/14 İxtisaslı mütəxəssislərin çatışmaması Avropada “5G” şəbəkəsinin inkişafını yubada bilər

Çinin “Huawei” şirkətinin Avropa bölməsinin ictimaiyyətlə əlaqələr şöbəsinin vitse-prezidenti Antonio Qrasionun sözlərinə görə, beşinci nəsil mobil şəbəkəsi daha böyük buraxılış qabiliyyətinə malik olacaq və internetə qoşulan milyardlarla qurğular arasında əlaqəni təmin edəcək.

Tarix: 17/02/14 Yeni lazer rabitə sistemi irihəcmli məlumatları bir saniyədə ötürməyə imkan verir

Lazer rabitə vasitələrindən irihəcmli informasiyaların böyük məsafələrə ötürülməsi üçün istifadə yaxın vaxtlaradək elmi fantastika hesab edilsə də, “NASA”-nın reaktiv hərəkət laboratoriyasının tədqiqatçıları ötən həftə Kaliforniyada lazer şüaları əsasında işləyən və məlumatları yüksək sürətlə ötürən sistemin prototipini nümayiş etdiriblər.

Tarix: 15/02/14 2014-cü ildə internetə çıxışa malik yeni qurğuların sayı 6 milyardı ötəcək

“IHS Technology” analitik şirkətinin qiymətləndirməsinə görə, cari ildə dünyada internetə çıxış imkanına malik 6 milyarddan çox yeni qurğu buraxılacaq. 

Tarix: 15/02/14 “Microsoft” Cənubi Koreyada məlumat emalı mərkəzi inşa edəcək

“Microsoft” korporasiyası Cənubi Koreyada 9 milyard dollar dəyərində məlumat emalı mərkəzinin inşası ilə bağlı planlarını açıqlayıb. Bu, beynəlxalq texnoloji korporasiyanın tarixində ən irihəcmli investisiya olacaq.

 

Tarix: 15/02/14 “iPad 2” planşet kompüteri satışdan çıxarılacaq

“Apple”ın ən populyar planşetlərindən biri “iPad 2” artıq üç ildir istehsal edilir və satılır. Lakin “AppleInsider.com” saytı öz mənbələrinə istinadən bildirib ki, şirkət "veteran"ın istehsalına son vermək qərarına gəlib.

Tarix: 15/02/14 Vyetnamın internet mağazası “Nokia”nın “Android”lə işləyən smartfonunun qiymətini açıqlayıb

“WMPoweruser” nəşri yazır ki, Vyetnamın “MaiNguyen.vn” internet mağazası “Nokia”nın “Android” əməliyyat sistemi ilə işləyəcək smartfonunu öz kataloquna əlavə edib.

Tarix: 14/02/14 ABŞ-da ən böyük günəş elektrik stansiyası istismara verilib

Amerikanın Moxave səhrasında, Nevada və Kaliforniya ştatlarının sərhədində dünyanın ən böyük günəş elektrik stansiyası istismara verilib.

Tarix: 13/02/14 2014-cü ildə "ağıllı" qolbaqların tədarük həcmi 17 milyon olacaq

“Canalys” analitik şirkətinin hesabatına əsasən, 2014-cü ildə "ağıllı" qolbaqların dünya bazarına tədarük həcmi 17 milyonadək artacaq.

Tarix: 12/02/14 Universal enerji toplayıcısının yaradılması reallığa çevrilir

Simsiz enerji toplama sahəsində standartlar hazırlayan iki nəhəng təşkilat – “Alliance for Wireless Power” (A4WP) və “Power Matters Alliance” (PMA) əməkdaşlıq haqqında razılığa gələrək bir-birinin texniki spesifikasiyasını qəbul edib.

Tarix: 11/02/14 “DARPA” çoxdəfəli pilotsuz kosmik aparat hazırlayır

ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Müdafiə Elmi Tədqiqat İşləmələri Agentliyi (DARPA) çoxdəfəli istifadə üçün nəzərdə tutulan yeni hipersəsli pilotsuz kosmik aparat yaratmaq niyyətində olduğunu bəyan edib.

Tarix: 11/02/14 Böyük Britaniyada simsiz enerjidoldurma ilə təchiz edilmiş elektrik avtobusları istifadəyə verilib

Londondan 72 km şimalda Milton-Kins şəhərciyində istifadəyə verilmiş avtobus marşrutunda işləyəcək elektroavtobuslar asfalta quraşdırılmış induksiya makarası ilə enerji toplayır.

Tarix: 10/02/14 “Dyson” robot texnikasına investisiya yatıracaq

Böyük Britaniyanın kondisioner, tozsoran və digər məişət texnikası istehsalçısı “Dyson” şirkəti London İmperiya Universiteti yanında robot texnikasının yaradılmasına 8 milyon avro yatıracaq. Yeni laboratoriyada aparılacaq tədqiqatlar gələcək robotlar üçün videosistemlərin yaradılmasına yönəldiləcək.








22 Noyabr 2024

21 11 2024