bölmədə 3428 material var

Tarix: 21/01/14 “Microsoft” süni intellekt sisteminə malik lift nümayiş etdirib

“Microsoft” korporasiyasının “Microsoft Research” tədqiqat bölməsi süni intellekt sisteminə malik lift hazırlayıb. “Microsoft Research” bölməsinin rəhbəri Piter Li “Bloomberg TV” telekanalına müsahibəsində deyib ki, sözügedən lift insanı neçənci mərtəbəyə aparacağını təxmin edir.

Tarix: 21/01/14 “Intel” 10 yeni mobil prosessor təqdim edib

“Intel” şirkəti portativ kompüterlərdə istifadə üçün nəzərdə tutulan on yeni mobil prosessor təqdim edib.

Tarix: 18/01/14 “CES 2014” sərgisində təqdim olunan cihazlar (FOTOLAR)

Yanvarın 10-da ABŞ-ın Las-Veqas şəhərində hər il keçirilən “CES” elektronika sərgisi öz işini dayandırıb. İstehsalçıların sərgidə nümayiş etdirdikləri qurğular qarşıdakı on bir ay ərzində satışa çıxarılacaq.

Tarix: 17/01/14 Şəkər xəstələri üçün “ağıllı” linzalar yaradılıb

“Google” şirkəti “Google Glass”a oxşar yeni məhsul prototipini təqdim edib, lakin o, kütləvi və kommersiya istifadəsi üçün nəzərdə tutulmayıb.

Tarix: 16/01/14 “ZTE” bu il 60 milyon smartfon satmaq niyyətindədir

Çinin “ZTE” smartfon istehsalçısı bu il dünya üzrə 60 milyon smartfon satmağı planlaşdırır, halbuki şirkətin ötən il satış həcmi bu rəqəmdən iki dəfə az olub.

Tarix: 16/01/14 215 dollarlıq “Oppo Neo” smartfonu təqdim edilib

“Oppo” şirkəti “Neo” adlı növbəti ucuz smartfonunu təqdim edib. Qiyməti 215 dollardır.

Tarix: 16/01/14 Superkompüter beynin 1 saniyəlik iş modelini hazırlayıb

İnsan beyninin fəaliyyətinin modelləşdirilməsi üzrə ən mürəkkəb və dəqiq sınaqlar Yaponiyanın “K Supercomputer” superkompüterində həyata keçirilib. Beynin fəaliyyətinin 1 saniyəsini təsvir etmək üçün dünyanın ən güclü superkompüterlərindən biri hesab edilən “K Supercomputer” 40 dəqiqəlik hesablama aparıb.

Tarix: 16/01/14 “HP” iki modellə smartfonlar bazarına qayıdıb

ABŞ-ın “HP” şirkəti inkişaf etməkdə olan ölkələrin istehlakçıları üçün nəzərdə tutulan və “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən “HP VoiceTab Slate6” və “HP VoiceTab Slate7” modelləri ilə smartfonlar bazarına qayıdır. Bu barədə şirkətin məlumatında deyilir.

Tarix: 16/01/14 Alimlər robotlar üçün kompüter şəbəkəsi yaradıblar

“BBC” korporasiyasının yaydığı məlumata əsasən, alimlər robotlar üçün “RoboEarth” xüsusi kompüter şəbəkəsi yaradıblar.

Tarix: 16/01/14 “iPhone 5S” və “Samsung Galaxy S4” smartfonları üçün günəş batareyaları ilə təchiz edilmiş çexollar təqdim edilib

“EnerPlex” şirkətinin mütəxəssisləri yaxın vaxtlarda “iPhone 5S” və “Samsung Galaxy S4” smartfonları üçün günəş batareyaları ilə təchiz edilmiş yeni yüksəktexnologiyalı çexollar təqdim ediblər. Bu çexollara inteqrasiya edilmiş batareyalar günəş vasitəsilə enerji toplayırlar.

Tarix: 16/01/14 Bu il fevralın 24-də "təhlükəsiz" “Blackphone” smartfonu təqdim ediləcək

“Silent Circle” və “Geeksphone” şirkətləri fevralın 24-də Barselonada keçiriləcək “Mobile World Congress” sərgisində “təhlükəsiz” “Blackphone” smartfonunu təqdim edəcəklər.

Tarix: 15/01/14 Dünyanın ən sürətli, şəffaf üzvi tranzistorları yaradılıb

“Nature Communications” tədqiqat qrupu dünyanın ən sürətli nazikqatlı üzvi tranzistorlarının (organic thin-film transistors - OTFTs) hazırlanmasını bəyan edib.

Tarix: 14/01/14 "Ağıllı” şəhərlər ölkələrə 1,9 trilyon dollar qazandıra bilər

“Əhatəli internet” sisteminin tətbiqi vətəndaşlarla yanaşı, hökumət üçün də sərfəli ola bilər.

Tarix: 13/01/14 50 dollarlıq smartfon təqdim olunub

Çinin mobil elektronika istehsalçısı “JiaYu” şirkəti 50 dollarlıq “F1” adlı smartfonunu təqdim etməyə hazırlaşır. İstehsalçı bu məbləğə alıcılara zəif də olsa, işlək smartfon təklif etməyə hazırlaşır.

Tarix: 13/01/14 Ən ucuz səkkiznüvəli planşet təqdim edilib

Çin istehsalçıları ciddi surətdə planşet bazarında yer almağa başlayırlar. Bir neçə gün əvvəl “MediaTek MT6592” platformasına əsaslanan 312 dollarlıq “Coolpad Halo” planşeti təqdim edilib.








22 Noyabr 2024

21 11 2024