bölmədə 3428 material var

Tarix: 02/09/13 Nəhəng konstruksiyaların “3D” çapı üçün robotlar hazırlanır

ABŞ Milli Aeronavtika və Kosmik İdarəetmə Agentliyi (NASA) bilavasitə yerətrafı məkanda nəhəng konstruksiyaları “çap etməyə” imkan verən orbital sistemin yaradılması üzrə layihənin həyata keçirilməsi üçün 500 min dollar ayırıb.

Tarix: 02/09/13 “DARPA” “universal əsgər” proqramının inkişafında yeni mərhələyə qədəm qoyub

ABŞ Qabaqcıl Müdafiə Elmi Tədqiqat İşləmələri Agentliyi (DARPA) əsasən əsgərlər üçün nəzərdə tutulan “Warrior Web” proqramının inkişafı üzrə ikinci mərhələyə keçməyə hazır olduğunu rəsmən bəyan edib.

Tarix: 31/08/13 4000 milliamper/saat tutumunda akkumulyatorla təchiz edilmiş smartfon təqdim edilib

"Fly IQ4403 Energie 3" smartfonu 4000 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib. Buna baxmayaraq, smartfonun korpusu nazik  və yığcam qalıb.

Tarix: 31/08/13 "ChargeCard" adlı cib enerjidoldurma qurğusu təqdim edilib

Akkumulyator batareyasının enerji çatışmazlığı smartfon və planşetlər üçün həmişə problemdir.

Tarix: 30/08/13 “Huawei” şirkəti yeni sukeçirməz smartfonunu təqdim edib

“Huawei” şirkəti “Honor 3” sukeçirməz smartfonunu təqdim edib.

Tarix: 30/08/13 “Intel” şirkəti yeni prosessorlar təqdim edəcək

“Intel” korporasiyası sabah “Haswell” prosessorlarının, stolüstü kompüterlərdə istifadə üçün nəzərdə tutulmuş yeni xəttini təqdim  etməyə hazırlaşır.

Tarix: 30/08/13 “Dell” iki yeni planşet təqdim etməyə hazırlaşır

“Dell” şirkəti “Windows” platforması əsasında işləyən 8 düymlük planşet hazırlayır və eyni zamanda 10,6 düym diaqonallı ekrana malik olan buraxılmasını müzakirə edir.

Tarix: 30/08/13 ABŞ-da yaşlı istifadəçilər üçün smartfon çıxarılıb

Amerikanın “GreatCall” şirkəti yaşlı istifadəçilər üçün yeni smartfon çıxaracaq. “Jitterbug Touch 2” adlı model kifayət qədər sadə texniki xüsusiyyətlərə malikdir və 140 dollar qiymətinə satılır.

Tarix: 30/08/13 “iPhone” vasitəsilə "ağıllı" ev idarə ediləcək

“Apple” şirkəti “iPhone” smartfonunun "ağıllı" evi məsafədən idarə etməyə imkan verən sistemi patentləyib. Bu ixtiranın müəllifi Alan Kannistrarodur.

Tarix: 29/08/13 ABŞ-da 10x10 millimetr ölçüsündə 110 nüvəli prosessor yaradılıb

Massaçusets Texnologiya İnstitutunun mühəndisləri 110 hesablama nüvəsindən ibarət prosessor həllini təqdim ediblər.

Tarix: 29/08/13 “Nokia” yeni klassik “Nokia 515” mobil telefonunu elan edib

“Nokia” bu gün baza funksiyalar toplusu ilə təchiz edilmiş yeni klassik “Nokia 515” mobil telefonunu elan edib.

Tarix: 29/08/13 Daha tutumlu batareya ilə təchiz edilmiş smartfon təqdim edilib

“Philips” şirkəti “Xenium” xəttinə məxsus yeni smartfonunu təqdim edib. Qeyd edək ki, sözügedən xəttə məxsus aparatların əsas özəlliyi avtonom iş müddəti ilə bağlıdır. Model “W8510” adlanır.

Tarix: 28/08/13 “Ağıllı” saatlar Berlində nümayiş olunacaq

“Samsung” şirkəti “Galaxy Gear” adlı “ağıllı” saatını sentyabrın 4-də Berlində keçiriləcək tədbirdə nümayiş etdirəcək. Bu barədə “The Korea Times” nəşrinə verdiyi müsahibədə “Samsung”un mobil bölməsinin icraçı vitse-prezidenti Li Yen Xi deyib.

Tarix: 28/08/13 Məktəblilər üçün planşet istehsal edilir

Məktəb mövsümünün başlanması ərəfəsində internetdə uşaq auditoriyası üçün nəzərdə tutulmuş yeni “Galaxy Tab 3 Kids” (SM-T2105-in) planşeti haqqında informasiya yerləşdirilib.

Tarix: 27/08/13 Mobil telefonlar üçün ekran satışlarının həcmi 55% artacaq

Sensor funksiyaları dəstəkləyən və yüksək təsvir ölçüsünə malik böyük ölçülü smartfonlara artan tələbat mobil telefonlar üçün ekran bazarında gəlir artımına imkan yaradır.








24 Noyabr 2024

23 11 2024