Tarix: 18/12/12 Düşüncənin gücü ilə idarə edilən əl yaradılıb (VİDEO)
Amerikalı alimlər avtomatlaşdırılmış əlin düşüncənin gücü ilə idarə edilməsinə nail olublar. Boyun nahiyəsindən aşağı hissəsi tamamilə iflic olmuş 53 yaşlı Cen Şoyermann qurğunu sınaqdan keçirib. Robot əllərin idarə edilməsində beyin qabığının avtomatlaşdırılmış sahəsinə implantasiya edilmiş 4×4 millimetr ölçüsündə datçikdən istifadə olunur.
Tarix: 18/12/12 “BlackBerry 10” yaxın vaxtlarda təqdim ediləcək
Kanadanın “Research in Motion” şirkəti “BlackBerry 10” əməliyyat sisteminin final versiyasının təqdimatına dəvətləri paylamağa başlayıb. “BB10”-un təqdimatı zamanı onun əsasında işləyən 2 yeni smartfon da təqdim ediləcək.
Tarix: 17/12/12 Öz-özünə açılan yeni təhlükəsizlik kəməri
“Fijen TMLS” şirkətində çalışan hollandiyalı mütəxəssislərin avtomobillər üçün hazırladıqları xüsusi təhlükəsizlik kəmərinin dili maşın suya düşdükdə avtomatik açılır. Beləliklə, avtomobil suya düşdükdə sürücü və sərnişinlər onun içərisindən tez çıxa bilər.
Tarix: 17/12/12 “Nokia” şirkəti “Lumia 505” smartfonunu təqdim edib
“Nokia” şirkəti “Lumia” seriyasından ucuz “Windows” smartfon təqdim edib. Şirkətin saytında verilmiş məlumata əsasən, 505 nömrəli model Meksikanın “Telcel” mobil operatoru üçün nəzərdə tutulub. Cihazın əsas üstünlükləri 800x400 təsvir ölçülü keyfiyyətli 3,7 düymlü “AMOLED” ekran və 8 meqapikselli kameradır.
Tarix: 17/12/12 İran avtomatlaşdırılmış kater təqdim edib
İran hərbçiləri müxtəlif tapşırıqlar yerinə yetirə bilən “Ariana” adlı avtonom avtomatlaşdırılmış kater təqdim ediblər. İran mütəxəssislərinin sözlərinə görə, aparat yüksək manevr qabiliyyəti ilə fərqlənir. O, təsvirləri real zaman rejimində ötürməyə “qadirdir”.
Tarix: 17/12/12 Akkumulyator və günəş batareyasına malik enerjidoldurma qurğusu yaradılıb
”Kickstarter” kollektiv maliyyələşdirmə sistemi vasitəsilə “WakaWaka Power” yığcam enerjidoldurma qurğusunun istehsalı üçün vəsait toplanılmasına start verilib.
Tarix: 17/12/12 Yaponiyada smartfonla idarə olunan unitaz təqdim edilib
Yaponlar qəribə həll təqdim ediblər. Onların təqdim etdiyi yeni “Inax SATIS” texnoloji unitazı smartfonla idarə olunur. “ICTnews.az” elektron xəbər xidməti “gizmonews.ru” saytına istinadən bildirir ki, yaponlar uzun müddətdir ki, orqanizmin təbii ehtiyaclarının xaric edilməsinə orijinal yanaşması ilə tanınırlar: onların ideyaları bir qədər qəribə olsa da, lakin həmişə faydalıdır.
Tarix: 17/12/12 Yeni dəbilqə 360 dərəcə baxış bucağını əks etdirə bilir (VİDEO)
Fransalı mütəxəssislərin hazırladığı dəbilqə ekranla təchiz edilib və 360 dərəcə baxış bucağını əks etdirməyə “qadirdir”. Bu o deməkdir ki, belə dəbilqəni başa taxmaqla siz ətrafınızda nə baş verdiyindən xəbərdar olacaqsınız.
Tarix: 17/12/12 Alimlər elastik günəş lifi yaradıblar
Pensilvaniya ştatında yerləşən universitetdə çalışan tədqiqatçılar qrupunun silisium əsasında yaratdıqları elastik liflər fotoelektrik xüsusiyyətlərinə malikdir. Liflərin qalınlığı insan saçından daha nazikdir. Onlardan günəş batareyaları kimi işləyəcək parça hazırlamaq mümkündür
Tarix: 15/12/12 Rasim Cabbarov: «ÇİP texnologiyası yaradılması fundamental elm tutumlu iqtisadiyyatın inkişafına xidmət edir»
«Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nəzdində Yüksək Texnologiyalar üzrə Tədqiqat və İnkişaf Mərkəzinin fəaliyyəti mərkəzin qarşısında duran əsas prioritet istiqamətlərə uyğun olaraq, nanomaterialların yeni A-CVD metodu ilə alınması və tətbiq olunması, energetik texnologiyaların,
Tarix: 14/12/12 “Tesla Motors” Avropa bazarını fəth etmək istəyir
Amerikalı milyarder Elon Maska məxsus olan “Tesla Motors” şirkəti öz elektriklə işləyən avtomobillərinin satış coğrafiyasını genişləndirmək niyyətindədir. “Tesla” şirkətindən verilən məlumata əsasən, onlar tezliklə Avropada elektrik avtomobillərin xidmət və satışı mərkəzini açmaq istəyirlər.
Tarix: 14/12/12 “Galaxy Note”-un ekranı bir qədər böyüdüləcək
Smartfon və planşetin hibridini təşkil edən “Galaxy Note III”-ün ekranı 6,3 düymədək böyüdüləcək. “Korea Times”-in məlumatına görə, “Samsung” şirkəti yeni “OLED” texnologiyası əsasında ekran hazırlayacaq.
Tarix: 14/12/12 Əlcəklər sensor funksiyasına malik olacaq (VİDEO)
Stilusla işləyən sensor ekranlar keçmişdə qaldı. Hazırkı müasir ekranlar yalnız barmaq toxunuşlarına “cavab verir”. Buna görə qış fəslində smartfonda, məsələn, musiqi parçasını dəyişmək üçün hər dəfə əli isti əlcəkdən çıxartmaq lazım gəlir.
Tarix: 13/12/12 Yüksək temperatur və tozlu şəraitdə istifadə üçün nəzərdə tutulmuş ultrabuk istehsal edilib
“Panasonic” şirkəti “Toughbook” ultrabukunu təqdim edib. Bu model aşağı və ya yüksək temperatur, yüksək rütubət, tozlu şəraitdə istifadə üçün nəzərdə tutulmuş ilk ultrabukdur. Cihaz zərbəyə davamlıdır.
Tarix: 13/12/12 Azərbaycanda “Nokia Lumia 920” və “Lumia 820 –Windows Phone 8” ƏS ilə olan ilk smartfonların sifarişinə start verildi
“Nokia” şirkəti Azərbaycanda yeni nəsil smartfonların ” Nokia Lumia 820” və “Lumia 920” modellərinin internet vasitəsi ilə sifarişinə start verdi. Flaqman modeli “Nokia lumia 920”-nin qiyməti 699 AZN, “Lumia 820” modelinin qiyməti 555 AZN təşkil edir.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229