Tarix: 28/10/13 Retina displeyli “iPad Mini” defisit olacaq
Satışlara başlandıqdan sonra Retina displeylə təchiz edilmiş “iPad Mini” planşetini satın almaq, demək olar ki, mümkün olmayacaq. Məsələ ondadır ki, “Apple”ın tərəfdaşları tələb olunan miqdarda yeni planşet yığmağın öhdəsindən gəlmirlər.
Tarix: 28/10/13 “LG”-dən cızıq və əl izlərinə davamlı yeni smartfon
“LG Electronics” şirkəti tərəfindən elan edilmiş texniki spesifikasiyaya əsasən, “LG G Flex” smartfonu 720p təsvir ölçülü 6 düymlük bükük ekranla təchiz ediləcək.
Tarix: 26/10/13 Avropada mobil qurğuları daha çox onlayn alırlar
“ComScore” şirkətinin bu yaxınlarda işıq üzü görən hesabatına əsasən, Avropa İttifaqında onlayn ticarət saytlarına daxil olan smartfon və digər mobil qurğu istifadəçilərinin son 12 ay ərzində sayında 43 faiz artım qeydə alınıb.
Tarix: 25/10/13 4.3 düymlük ekranlı “Sony Xperia Z1S” smartfonunun fotoşəkli dərc edilib
“Sony Viet” saytı “Android” platforması ilə işləyən “Sony Xperia Z1S” smartfonunun fotosunu dərc edib. Qeyd edək ki, aparat hələ elan edilməyib
Tarix: 24/10/13 “LG” şirkəti “Firefox OS” ilə işləyən ilk smartfonunu istehsal edib
“LG” şirkəti “Firefox OS” əməliyyat sistemi ilə işləyən ilk smartfonunu istehsal edib. Cihaz “Fireweb” adlanır.
“ICTnews” elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, təqdim edilmiş model 480x320 nöqtə təsvir ölçülü 4 düymlük sensor TFT ekran və 1 QHs takt tezlikli “Qualcomm” prosessoru ilə təchiz edilib.
Tarix: 23/10/13 “iPad mini” planşeti “Retina” ekranla təchiz ediləcək
“Apple” şirkəti oktyabrın 22-də ikinci nəsil “iPad mini” planşetini təqdim edib.
Sözügedən qurğuda əsas yenilik yüksək təsvir ölçülü (2048x1536 nöqtə ekran və 64 bit prosessordur. Bu prosessor “iPad Air” və “iPhone 5s” qurğularında da tətbiq edilib.
Tarix: 23/10/13 “Windows Phone” sistemli ən böyük smartfonlar nümayiş olunub
“Nokia” şirkəti Əbu-Dabidə keçirilən illik “Nokia World” təqdimat mərasimində “Lumia 1520” və “Lumia 1320” smartfon modellərini nümayiş etdirib. Qeyd edilməlidir ki, 6 düym ekranlı qurğular hazırda “Windows Phone” əməliyyat sisteminin idarəetməsi ilə işləyən ən böyük aparatlar hesab edilir.
Tarix: 23/10/13 “Apple” yeni planşetini təqdim edib
“Apple” şirkəti oktyabrın 22-də “iPad” planşetlərinin yeni nəslini təqdim edib.
Tarix: 21/10/13 Tokioda informasiya eynəyi xarici turistlər üçün bələdçiləri əvəzləyəcək
Tokio şəhər hakimiyyəti xarici turistləri Yaponiya paytaxtının görməli yerləri ilə tanış etmək üçün bələdçi rolunu oynayacaq xüsusi informasiya eynəyini sınaqdan keçirir. Bu barədə yerli KİV məlumat verib.
Tarix: 19/10/13 Velosiped üçün “ağıllı” təkər yaradılıb
Son illər velosipedçilər üçün daha çox yeni qurğu və tətbiqlər yaradılır və nəticədə onunla gəzinti daha əlverişli və maraqlı əyləncəyə çevrilib. Son yeniliklərdən olan smart “FlyKly”-in arxa təkərini istənilən velosipedə sərbəst quraşdırmaq olar.
Tarix: 19/10/13 2560×1440 nöqtə təsvir ölçüsünə malik smartfonun istehsala hazırlanır
“Vivo” ticarət markası ilə smartfonlar istehsal edən Çinin “BBK” şirkəti “Xplay3S” aparatının tizerini internetdə yerləşdirib. Onun əsas üstünlüyü bu cür qurğular üçün rekord təsvir ölçüsünə (2560x1440) malik ekran olacaq. Diaqonal barədə məlumat yoxdur.
Tarix: 18/10/13 “Nexus 5” smartfonu haqqında internetə məlumat sızıb
“Google Play” mağazasında “Nexus 5” smartfonu və onun təsviri haqqında informasiya yerləşdirilib. Bir müddət ötdükdən sonra cihaz haqqında informasiya silinib, lakin jurnalistlər ekran görüntüsünü çəkməyə macal tapıblar.
Tarix: 18/10/13 İlk sabit "mobil" “Ubuntu” təqdim edilib
“Canonical” şirkəti oktyabrın 17-də “Ubuntu 13.10 Saucy Salamander” əməliyyat sisteminin sabit versiyasını çıxarıb. Versiyanın xüsusiyyəti ondan ibarətdir ki, o, yalnız kompüter və serverlərdə deyil, həm də smartfon və planşetlərdə işləmək qabiliyyətinə malikdir.
Tarix: 18/10/13 “Nokia” şirkəti qolbaq formasında kompüteri patentləşdirəcək
“Engadget” yazır ki, “Nokia” şirkətinin ABŞ Patent Qurumuna təqdim etdiyi müraciətdə qolbaq şəklində mobil qurğu təsvir edilib. Qolbağın hər bir həlqəsinə sensor ekran quraşdırılıb.
Tarix: 18/10/13 Smartfonlar üçün qoxu yaradan cihaz
Yaponiyanın “Senti” (Scentee) şirkəti smartfonlar üçün xüsusi başlığı satışa çıxaracaq. Bu barədə Rusiyanın “İTAR TASS” agentliyi məlumat yayıb. Bu kiçik cihazın sayəsində smartfondakı “qadjet” nəinki səsi və videoməlumatı ötürə biləcək, hətta qoxular yarada biləcək.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229