bölmədə 3428 material var

Tarix: 29/08/14 “Samsung” nazik ekranlı televizorlar bazarında bu ilin ikinci rübünün nəticələrinə görə liderlik edir

“Samsung” şirkəti nazik ekranlı televizorlar bazarında  2014-cü ilin ikinci rübünün nəticələrinə əsasən rekorda imza atıb.

Tarix: 29/08/14 Norveçlilər partlayışa davamlı smartfon istehsal edib

Norveçin “Pixavi” şirkəti ekstremal şərait üçün nəzərdə tutulmuş “Impact X” smartfonunu buraxıb. Aparat “ATEX” və “IECEx” təlimatlarına uyğun sertifikatlaşdırılıb, qurğunun işçi temperatur diapazonu mənfi 20°C-dən müsbət 45°C-dək təşkil edir. Smartfonun ölçüləri 150×65×12 mm, çəkisi 200 qr-dır.
 

Tarix: 29/08/14 Rəsmi: sentyabrın 9-da “iPhone” smartfonu nümayiş etdiriləcək

“Apple” şirkəti sentyabrın 9-da keçiriləcək tədbirə jurnalistləri dəvət edib. Tədbirdə yeni nəsil “iPhone” smartfonlarının təqdim ediləcəyi gözlənilir.

Tarix: 29/08/14 “LG” şirkəti dairəvi ekranlı “ağıllı” saatını nümayiş etdirib

“LG” şirkəti dairəvi siferblata malik “LG G Watch R” “ağıllı” saatını nümayiş etdirib.

Tarix: 28/08/14 Britaniya mağazalarında “ağıllı” manekenlər quraşdırılacaq

Britaniyanın bəzi pərakəndə mağazaları potensial alıcıların mobil qurğularına məhsul, xüsusi təklif, qiymət və aksiyalar haqda informasiya ötürə bilən "ağıllı" manekenlər quraşdırmağa başlayıblar.

Tarix: 28/08/14 “Samsung” şirkəti 3G telefon funksiyasına malik “ağıllı” saatlarını nümayiş etdirib

“Samsung” şirkəti 3G mobil rabitə dəstəyi və bükük ekrana malik “Gear S” smart saatını nümayiş etdirib.

Tarix: 28/08/14 “Archos” “Windows 8.1” ilə işləyən “WP” smartfon və planşetini nümayiş etdirib

Berlində keçiriləcək “IFA 2014” sərgisinə az müddət qalmış “Archos” şirkəti bir neçə yeni aparatını (“Windows Phone 8.1” platforması ilə işləyən “Archos 40 Cesium” smartfonu və “Windows Phone 8.1” platforması ilə işləyən “Archos 80 Cesium Tablet” planşeti) nümayiş etdirib.

Tarix: 27/08/14 “Desire 510” smartfonu nümayiş etdirilib

“HTC” şirkəti “Desire 510” smartfonunu nümayiş etdirib: ucuz aparat LTE şəbəkəsini dəstəkləyir, həmçinin 1,2 QHs takt tezlikli dördnüvəli 64 bitlik “Qualcomm Snapdragon 410” çipi ilə təchiz edilib.

Tarix: 27/08/14 “Asus” şirkəti sentyabrın 3-də “ağıllı” saatlarını nümayiş etdirəcək

Bir həftə sonra Berlində start götürəcək “IFA 2014” sərgisində “Asus” şirkəti ilk smart saatını nümayiş etdirəcək.

Tarix: 27/08/14 “Huawei” ucuz “Honor 3C Play” smartfonunu nümayiş etdirib

Çinin “Huawei” şirkəti ucuz “Honor 3C Play” smartfonunu nümayiş etdirib. Aparat HD formatlı 5 düymlük ekran, 1.3 QHs takt tezlikli dördnüvəli “MediaTek MT6582” çipi, 1 QB əməli və 16 QB daxili yaddaşla təchiz edilib, həmçinin “microSD” üçün slot var.

Tarix: 26/08/14 Kaliforniyada "ölüm düyməsi" ilə təchiz edilmiş smartfonların satışı haqqında qanun qəbul edilib

Kaliforniyanın qubernatoru Cerri Braun pərakəndə satış nöqtələri, operator və istehsalçıları ştatda yalnız uzaq məsafədən bloklanma funksiyasına malik smartfonları satmağa məcbur edən qanun layihəsini imzalayıb.

Tarix: 26/08/14 “LG” şirkəti HD təsvir ölçülü ekranlı “G3 Stylus” smartfonunu nümayiş etdirib

“LG” şirkəti Berlində keçiriləcək “IFA 2014” sərgisinin keçirilməsinə az qalmış “G3 Stylus” smartfonunu nümayiş etdirib. Aparatın ekranının diaqonalı 5,5 düym, təsvir ölçüsü 540×960 nöqtə təşkil edir.

Tarix: 26/08/14 27 milyon Cənubi Koreya sakininin məlumatı hakerlərin əlinə keçib

Cənubi Koreyanın yüksəkvəzifəli şəxslərinin məlumatına görə, ölkə hökuməti 27 milyon vətəndaşın qurbanının olduğu genişmiqyaslı məlumat sızmasının araşdırılması ilə bağlı hadisənin bəzi detallarını açıqlayıb.

Tarix: 25/08/14 “Google”un modulyar smartfonu Çin prosessoru ilə təchiz ediləcək

“Google”un “Project Ara” modulyar smartfon prototiplərinin üçüncü nəsli xüsusi hazırlanmış prosessorlarla təchiz ediləcək. “Ara” komandası Çinin “Rockchip” şirkətini özünə tərəfdaş seçib.

Tarix: 25/08/14 38 dollarlıq “Firefox” smartfonu

Hindistanda “Firefox OS” əməliyyat sistemi ilə işləyən ucuz smartfonun satışlarına başlanılıb. “Spice Fire One Mi-FX 1” modeli 320×480 nöqtə təsvir ölçülü 3,5 düymlük ekran, 1 QHs takt tezlikli prosessor, 2 meqapiksellik əsas və 1,3 meqapiksellik ön kameralar, “Wi-Fi” modulu ilə təchiz olunub və iki SİM kart dəstəyinə malikdir.








22 Noyabr 2024

21 11 2024