bölmədə 5632 material var

Tarix: 30/08/13 “YouTube” loqosunu dəyişdi

“YouTube” videohostinqi yeni loqo təqdim edib. Loqo sözügedən videohostinq xidmətinin rəsmi “Facebook” və “Twitter” səhifələrində yerləşdirilib.

Tarix: 29/08/13 Türkiyənin rəqəmsal televiziyası "Digitürk" Azərbaycanda

Türkiyənin rəqəmsal televiziya yayımı sahəsində ilk və lider şirkəti olan “Digitürk” sentyabr ayından etibarən Azərbaycanda fəaliyyət göstərməyə başlayacaq.

Tarix: 29/08/13 Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan sayt Azərbaycan mədəniyyətini beynəlxalq səviyyədə təbliğ edir

Mayın 31-də “55-ci Ümumdünya təsviri incəsənət sərgisi” Venetsiya Biennalesində Azərbaycan pavilyonunun rəsmi açılış mərasimi keçirilib.

Tarix: 29/08/13 Sentyabrın 12-dən “YouTube” saytından videocavablar yığışdırılacaq

“Google” şirkətinə məxsus “YouTube” videohostinqinin tərtibatçıları mühüm dəyişiklik haqqında bildiriblər: belə ki, sentyabrın 12-dən etibarən istifadəçilərə videocavablar funksiyası əlçatan olmayacaq. Hazırda istifadəçilər bu funksiya vasitəsilə bir çarxa cavab kimi öz kanalından digər videoya istinad yerləşdirə bilərlər.

Tarix: 29/08/13 Ehtiyatlı olun: “Facebook”un 800 min istifadəçisi yeni virusun qurbanı oldu

“Facebook” sosial şəbəkəsində yeni virus yayılıb. Rusiya mətbuatının verdiyi məlumata görə, bu virus özünü dostlar tərəfindən paylaşılmış video kimi təqdim edir.

Tarix: 29/08/13 “Huawei” 2020-ci ilədək “5G” avadanlığını təqdim etməyi planlaşdırır

“Huawei Technologies” şirkəti 2020-ci ilədək “5G” şəbəkələri üçün avadanlığın istehsalına başlamağı planlaşdırır.

Tarix: 29/08/13 Optik lifli şəbəkələr üçün avadanlıq bazarının həcmi rüb ərzində 29% artıb

“Ovum” analitik şirkətinin tədqiqatına əsasən, 2013-cü ilin ikinci rübündə optik lifli şəbəkələr üçün avadanlıq bazarının həcmi ötən rüblə müqayisədə 29% artaraq 4,1 milyard dollar təşkil edib.

Tarix: 28/08/13 Naxçıvanda veb-saytların idarə edilməsinə dair tədris kursu keçirilib

Elektron xidmətlərin göstərilməsi üçün dövlət qulluqçularının informasiya texnologiyalarından istifadə sahəsində hazırlıq səviyyələrinin artırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən avqustun 22-dən 27-dək Naxçıvan Regional Peşə Tədris Mərkəzində  beşgünlük veb-saytların idarə edilməsi üçün tədris kursu keçirilib.

Tarix: 28/08/13 Azərbaycanın “3D” formatında yeni xəritəsi işıq üzü görüb

“Navitel” şirkəti Azərbaycanın, MDB ölkələrinin və bir sıra digər dünya ölkələrinin   yenilənmiş “Q2 2013” xəritəsini təqdim edib.

Tarix: 28/08/13 “Azərbaycan hakimiyyəti internetin əhali arasında daha geniş yayılmasında maraqlıdır”

“Özünü insan haqları müdafiəçisi elan edən Rebekka Vinsentin Azərbaycandakı seçkiqabağı durumla bağlı “Əl-Cəzirə”nin saytında yaydığı və bu gün bəzi müxalif qəzetlər tərəfindən tirajlanan məqaləsi tamamilə böhtan, iftira üzərində qurulub və qərəzli xarakter daşıyır. Rebekka Vinsent bu cür yalanlarla məşğul olduğu üçün utanmalıdır”.

Tarix: 28/08/13 İnternetdə intim saytların sayına görə hansı ölkə liderdir?

Kaliforniyanın “MetaCert” şirkəti 2011-ci ilin sonundan etibarən davam edən tədqiqatının nəticələrini açıqlayıb. Bu tədqiqatın məqsədi pornosaytların sayına görə dünya liderlərini müəyyən etmək olub.

Tarix: 28/08/13 “Google” gözəştə getdi

“Google” İrana qarşı sanksiyaları yüngülləşdirib. “Fars” xəbər agentliyinin verdiyi xəbərə görə, şirkət bu ölkəyə qarşı tətbiq olunmuş bəzi sanksiyaları ləğv edib.

Tarix: 28/08/13 Azərbaycanda NGN şəbəkəsinin tutumu artıb

Azərbaycanda NGN şəbəkəsinin tutumu ümumi istifadəli telefon şəbəkəsinin 37,4%-ni təşkil edir. “ICTnews” xəbər xidmətinin məlumatına əsasən, ümumi istifadəli telefon şəbəkəsinin tutumu ötən il ərzində 18,2% artaraq 1 779 500 nömrə təşkil edib.

Tarix: 28/08/13 “Facebook”: “Xüsusi xidmət orqanları 38 min istifadəçi haqqında məlumat istəyib”

ABŞ-ın “Facebook” sosial şəbəkəsi ilk dəfə olaraq müxtəlif ölkələrin hüquq-mühafizə orqanları tərəfindən istifadəçi məlumatları haqqında verilən sorğuların sayını açıqlayıb.

Tarix: 28/08/13 Yeni texnologiya vasitəsi ilə qlobal şəbəkədə izlənmə ilə mübarizə aparılacaq

Nəhəng internet tərtibatçıları ABŞ və Böyük Britaniya tərəfindən istifadə olunan izləmə proqramlarına qarşı mübarizə aparmaq niyyətindədir.








23 Noyabr 2024

22 11 2024