bölmədə 5632 material var

Tarix: 06/11/13 “Online fikir bankı” yaradılır

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi (GİN) gənclər üçün yeni və unikal bir layihəni başlayır.

Tarix: 06/11/13 Braziliyanın dövlət orqanları öz kommunikasiya şəbəkəsini yaradır

Gələn ilin martından etibarən Braziliyanın dövlət orqanları arasında rabitə əlaqəsi müstəsna olaraq öz şəbəkəsi daxilində həyata keçiriləcək. Bu barədə ölkə prezidenti Dilma Russefin imzaladığı sərəncamda deyilir. 

Tarix: 06/11/13 Los-Anceles sakinləri ödənişsiz internetlə təmin olunacaqlar

ABŞ-ın Los-Anceles şəhərinin rəhbərliyi bütün sakinləri və şirkətləri yüksəksürətli internetlə təmin etmək niyyətindədir. Ödəniş etmək istəməyənlər texniki imkanlardan asılı olaraq 2-5 Mbit/s sürətlə təmin olunacaqlar, ödənişli halda isə qiqabitlik kanallar əlçatan olacaq.

Tarix: 06/11/13 “Google” şirkəti Finlandiyada yerləşən Data mərkəzinə 607 milyon dollar dəyərində sərmayə yatıracaq

“Röyters” agentliyinin yaydığı məlumata əsasən, “Google” şirkəti Finlandiyada yerləşən Data mərkəzinə 607 milyon dollar dəyərində əlavə sərmayə yatıracaq.

Tarix: 05/11/13 Castin Biber yeniyetmələr üçün sosial şəbəkəyə 1 milyon dollar ayırıb

Kanada müğənnisi Castin Biber yeniyetmələr üçün yeni sosial şəbəkəyə 1,1 milyon dollar həcmində sərmayə yatırıb. Bu haqda noyabrın 4-də  “CNN” telekanalının saytındakı “Fortune” bloqunda xəbər dərc edilib.

Tarix: 05/11/13 “Google” şirkəti “Coca-Cola” butulkasının müəllifini yad edib

Bu gün “Google” axtarış sisteminin əsas səhifəsində hərtərəfli mütəxəssis, bir çox tanınmış şirkətlərin loqolarının müəllifi və sənaye dizaynı ustası Raymond Luinin 120 illiyi münasibətilə loqo yerləşdirilib.

Tarix: 05/11/13 Məlumat-sorğu mərkəzi yeni xidmət növü təqdim edib

“118” Məlumat-sorğu mərkəzi Yönləndirilmiş (Outsourced) Telefon Mərkəzi xidmətini istifadəyə verib.
“118” xidmətindən verilən məlumata görə, mərkəzin təqdim etdiyi Yönləndirilmiş (Outsourced) Telefon Mərkəzi xidməti bu tipli mərkəz yaratmaq və ona nəzarət etmək imkanı olmayan korporativ müştərilər üçün nəzərdə tutulub.

Tarix: 04/11/13 Yaxın vaxtlarda bütün məktəblər yüksəksürətli internetə qoşulacaqlar

Yaxın vaxtlarda hazırlanacaq proqrama əsasən bütün təhsil müəssisələri yüksəksürətli internetə qoşulacaqlar.

Tarix: 04/11/13 Azərbaycanlı istifadəçilər ən çox hansı saytlarla maraqlanır?

Azərbaycanda “Opera Mini” brauzerinin istifadəçiləri arasında ən çox müraciət edilən saytların onluqları müəyyən edilib.

Tarix: 04/11/13 Keti Perri “Twitter”də dostlarının sayına görə Castin Biberi ötüb

Amerika müğənnisi Keti Perri “Twitter”də izləyicilərinin sayına görə Kanada müğənnisi Castin Biberi ötüb.

Tarix: 04/11/13 “Chrome” brauzerində zərərli yükləmələri bloklayan funksiya istifadəyə veriləcək

“Chrome” brauzeri yeni təhlükəsizlik funksiyası ilə təchiz ediləcək. Bundan sonra brauzer zərərli yükləmələri aşkar edərək bloklaya biləcək.

Tarix: 04/11/13 Ölkənin internet xidmətləri bazarında hansı provayder liderdir?

Azərbaycan internet xidmətləri bazarında dövlət provayderi “Aztelekom”un payı artmaqda davam edir.
“Delta Telecom” şirkətinin saytında yerləşdirilmiş ölkədə fəaliyyət göstərən internet provayderlərin interaktiv qrafikinə əsasən, genişzolaqlı internet xidmətləri bazarında “Bakinternet”in payı 1% azalaraq 21,6 %  təşkil edib, lakin buna baxmayaraq dövlət provayderi liderliyini saxlamaqda davam edir.

Tarix: 04/11/13 Azərbaycanda daxil olan trafikin orta sürəti 5 Mbit/s-yə yaxınlaşıb

“Ookla” şirkəti “Speedtest.net” xidmətinin məlumatlarına, həmçinin istifadəçilərin sorğularına əsaslanaraq internetin orta sürətinə dair növbəti reytinq tərtib edib.

Tarix: 02/11/13 “Google” daha bir xidmətinin işini dayandırıb

“Google” şirkəti gəlirsiz layihələrini bağlamağa davam edir. Biznesin optimallaşdırılması üzrə növbəti “qurban” kifayət qədər populyar “iGoogle” xidməti olub.

Tarix: 02/11/13 “ICANN” ABŞ-ın tabeliyindən çıxmaq istəyir

“ICANN” domen tənzimləyicisi ABŞ-ın tabeliyindən çıxmaq istəyir. Domen tənzimləyicinin bu istəyinin səbəbi Snoudenin ifşasıdır.








19 Mart 2024

18 03 2024