bölmədə 5632 material var

Tarix: 16/08/12 “Apple” və “Samsung”a sonuncu şans verilib

Hakim Lüsi Kox “Apple” və “Samsung” rəhbərlərinin bir-birlərinə qarşı olan iddialarını sülh yolu ilə həll etməyə çağırıb. O qeyd edib ki, hər iki şirkətin direktoru ən azı telefon danışıqları apara bilərlər. "Sülh bağlamaq vaxtı artıq çatıb" – Lüsi Kox əmindir.

Tarix: 16/08/12 Onlayn videoxidməti Skandinaviyada da fəaliyyətə başlayacaq

İndiyə qədər Şimali və Latın Amerikası, həmçinin Böyük Britaniya və İrlandiya istifadəçiləri üçün əlçatan olan “Netflix” onlayn videoxidməti 2012-ci ilin sonunadək Skandinaviyada da fəaliyyətə başlayacaq.

Tarix: 15/08/12 İnternet nəhəngi məşhur aşpazın 100 illik yubileyini qeyd edib

“Google” internet şirkəti məşhur amerikalı baş aşpaz Culiya Çayldın anadan olmasının 100 illiyini bayram loqosu ilə qeyd edib. “ICTnews.az” elektron xəbər xidməti “digit.ru” saytına istinadən bildirir ki, axtarış sisteminin əsas səhifəsindəki loqo qadın-aşpazın təsviri ilə əvəz edilib.

Tarix: 15/08/12 XİN-in internet səhifəsində abunə sistemi yaradılıb

Xarici İşlər Nazirliyinin (XİN) internet səhifəsində abunə sistemi çalışmağa başlayıb. Bu barədə "ICTnews" elektron xəbər xidmətinə XİN-dən məlumat verilib.

Tarix: 15/08/12 “Google” yeni Misir piramidalarını tapmaqda yardımçı olub

Misirdə iki yeni piramida kompleksi aşkar edilib. Britaniyanın “Daily Mail” nəşri bildirib ki, komplekslər amerikalı arxeoloq Ancela Mikol tərəfindən aşkar olunub.

Tarix: 15/08/12 “Facebook” dünyanın ən böyük oyun meydançasına çevrilir

“Facebook”dan verilən məlumata görə, dünyanın ən böyük sosial şəbəkəsi həm də dünyanın ən böyük oyun meydançasına çevrilir. Şirkətin məlumatına əsasən, hazırda 235 milyondan çox insan “Facebook”dan oyun oynamaq üçün istifadə edir.

Tarix: 14/08/12 “Google+” sosial şəbəkəsində qısa URL-lər istifadəyə verilib

“Google” şirkətinə məxsus olan “Google+” sosial şəbəkəsində “Facebook”, “Twitter”də olduğu kimi, sadə və asan oxunan qısaldılmış URL ünvan imkanı istifadəyə veriləcək. plus.google.com/u / 0/108046983767591733841 ünvanı ilə müqayisədə, qısaldılmış istinadları yadda saxlamaq və ünvan sətrinə daxil etmək daha asandır.

Tarix: 14/08/12 “Facebook” istifadəçiləri doğulacaq uşaqları haqqında məlumat verə biləcəklər

Artıq istifadəçilər doğulacaq uşaqları haqqında xronikada məlumat verə biləcəklər. Hazırda funksiya bütün istifadəçilər üçün əlçatan deyil. “Facebook” yeni funksiyanın tətbiqini tədricən həyata keçirir.

Tarix: 14/08/12 Rezidenturaya hazırlaşanlar sınaq imtahanları üçün internet vasitəsi ilə qeydiyyatdan keçməlidirlər

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rezidenturaya hazırlaşan namizədlərə kömək məqsədilə 25 avqustda baza fənləri üzrə, 26 avqustda isə ixtisas fənlərindən sınaq imtahanları keçirəcək. İmtahanda iştirak etmək istəyən namizədlər artıq internet vasitəsi ilə qeydiyyatdan keçməlidirlər.

Tarix: 14/08/12 Azərbaycanda elektron qaydada qeydiyyata alınmış fiziki şəxslərin sayı 36 mini ötüb

Yanvar-iyul aylarında respublika üzrə qeydiyyatdan keçmiş vergi ödəyicilərinin ümumi sayı 43 min 429, 2011-ci ilin iyul ayının 1-dən cari ilin avqust ayının 1-dək elektron qaydada qeydiyyata alınmış fiziki şəxslərin sayı 36 min 668 olub.

Tarix: 14/08/12 “Twitter” yeni statistika dərc edib

“Twitter” administrasiyası Londonda keçirilmiş yay Olimpiya oyunlarında bu populyar mikrobloqlar xidmətinin istifadəçilərinin fəallığı haqqında yeni statistika dərc edib.

Tarix: 14/08/12 Soydaşlarımızın yığcam yaşadığı regionlarda “Azərbaycan diasporu informasiya mərkəzi” yaradılacaq

Xarici ölkələrdə azərbaycanlıların yığcam yaşadığı regionlarda şəbəkələrə malik “Azərbaycan diasporu informasiya mərkəzi”nin yaradılması təklif olunur. Təklif bu günlərdə Türkiyənin Bodrum şəhərində “Xarici ölkələrdə yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyası: mövcud vəziyyət və perspektiv gözləntilər” mövzusunda keçirilən forumun IV panel iclasında qərara alınıb

Tarix: 14/08/12 Mərkəzi Elmi Kitabxana istifadəçilərinə “polpred.com”-dan istifadə imkanı yaradır

Mərkəzi Elmi Kitabxana (MEK) istifadəçilərinə “polpred.com”-dan istifadə imkanı yaradır. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Mərkəzi Elmi Kitabxanadan (MEK) məlumat verilib. Kitabxanadan bildirilib ki, “polpred.com” KİV-in əsas nəşrlərinin arxivi, rus dilində verilənlər bazasıdır.

Tarix: 13/08/12 Elektron xidmətlər sayəsində ƏDV depozit hesabına köçürülən vəsaitlər artıb

Cari ilin birinci yarısında Vergilər Nazirliyi tərəfindən ödəyicilərə göstərilən elektron xidmətlərin istifadə səviyyəsi bu sahədə müsbət dinamikanın artdığını göstərir.

Tarix: 13/08/12 Ekologiya və təbii sərvətlər sahəsində “Elektron hökumət” portalına inteqrasiya edilən e-xidmətlərin sayı 4-ə çatıb

Artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən təqdim olunan 4 elektron xidmət “Elektron Hökumət” Dövlət İnformasiya Sisteminə (EHDİS) inteqrasiya edilib.








19 Mart 2024

18 03 2024