bölmədə 5632 material var

Tarix: 05/08/11 Xocavənd Rayon İcra Hakimiyyətinin internet saytının

Xocavəndli məcburi köçkünlər üçün Beyləqan rayonu ərazisində salınmış Xocavənd qəsəbəsinin mədəniyyət evində Xocavənd Rayon İcra Hakimiyyətinin rəsmi internet saytının (www.xocavend-ih.gov.az) təqdimatı olub. Rayon ictimaiyyətinin, ziyalıların və gənc nəslin nümayəndələrinin iştirak etdikləri tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov internet saytının istifadəyə verilməsi münasibətilə rayon sakinlərini təbrik edib.

Tarix: 05/08/11 “Mail.ru” elektron poçtunun dizaynını yeniləyib

“Mail.ru” portalı avqust ayının 4-də poçt xidmətinin yeni interfeysini təqdim edib. Yeni interfeys köhnədən sadə tərtibatla fərqlənir. İnterfeysin bəzi elementlərindən imtina edilib.

Tarix: 05/08/11 “Wikipedia”ya maraq azalıb

“Wikipedia” onlayn ensiklopediyası layihəyə marağın azaldığını bildirib. “Associated Press” agentliyinə dünən verdiyi müsahibədə layihənin banisi və rəhbəri Cimmi Uels bildirib ki, köhnə redaktorları saxlamaq və yenilərini toplamaq “Wikipedia” üçün ciddi problemə çevrilib. Həmçinin, o bildirib ki, artıq yaxın vaxtlarda layihə yeni, daha sadə şablon

Tarix: 04/08/11 “Microsoft”, “Oracle” və “Apple” “Google”-a qarşı

“Google” şirkətinin korporativ inkişaf üzrə vitse-prezidenti və əsas hüquqşünası Devid Drammond “Android” platformasının inkişafına mane olan rəqibləri açıq surətdə tənqid etmək üçün rəsmi bloqdan istifadə edib.

Tarix: 04/08/11 Reklam verənlər sosial şəbəkələrə üstünlük verirlər

Sosial şəbəkələr reklam şirkətləri üçün mal və ya xidmətlərin reklamı üçün əlverişli plotdormadır. Hal-hazırda təxminən 80% şirkət marketinq hədəfləri üçün bu internet mühitdən istifadə edir. Son statistika məlumatına əsasən, xeyli sayda şirkət sosial şəbəkələrdə pullu reklam və elanlardan istifadəyə keçir.

Tarix: 04/08/11 “Web.com” şirkəti “Network Solutions” domen operatorunu alır

“Web.com” onlayn marketinq və xidmət şirkəti internetdə ən böyük domen operatorlarından biri olan “Network Solutions”i nağd və səhmlərlə 560 milyon dollara alır. Razılaşma şərtlərinə əsasən, “Web.com” 405 milyon dolları nağd və digər hissəsini isə səhmlərlə ödəyəcək.

Tarix: 04/08/11 “Facebook”un tətbiq etdiyi biometrik sistem qanunlara ziddir

Hamburqda yerləşən İnformasiya müdafiəsi üzrə idarə qərara alıb ki, “Facebook”un fotolarda istifadəçilərin üzlərini tanımaqla bağlı tətbiq etdiyi sistem Almaniya qanunvericiliyinə ziddir. Bu barədə “The Financial Times” yazıb.

Tarix: 04/08/11 Artıq “Gmail”dən bütün istifadəçilər zəng edə bilərlər

Məşhur “Gmail” poçt xidmətinin istifadəçiləri “Google”-dan növbəti yeniliyi yoxlaya bilərlər. ABŞ və Kanada istifadəçiləri üçün “Gmail” veb-interfeysindən stasionar və mobil telefonla zəng etmək imkanı əlavə edildikdən 1 il sonra bu funksiya, həmçinin bütün dünya istifadəçilərinin xidmətinə verilib.

Tarix: 03/08/11 “Twitter”i bağlayacaqlar

“Twitter” mikrobloqlar xidməti saytın köhnə versiyasından birdəfəlik imtina edəcək. Bu, həftə ərzində olacaq.

Tarix: 03/08/11 “Facebook”dan rəqəmsal kitablar

“Facebook” sosial şəbəkəsi “Push Pop Press” startapını əldə etməyi ilə bağlı məlumat verib. Sazişin maliyyə şərtləri açıqlanmır.

Tarix: 03/08/11 “Google” axtarış sistemi planşetlər üçün optimallaşdırılıb

Öz mobil platforması olan “Android”i daim inkişaf etdirən “Google” şirkəti, həmçinin axtarış sisteminin interfeysini planşet və smartfonlar üçün optimallaşdırır. Planşetlər üçün optimallaşdırılmış “Google” axtarış sistemi axtarışın sadələşdirilmiş nəticələrini, mətn,

Tarix: 03/08/11 “Google" şirkəti "Chrome” səyyahının 13-cü sabit versiyasını istifadəyə verir

“Google” bu gün öz “Chrome” səyyahında təxminən 30 boşluğu (bug) aradan qaldırıb və aşkar edilmiş səhvlər haqqında bildirən istifadəçilərə yüksək mükafatlar ödəyib. Bu gün şirkət kütləvi istifadə üçün tövsiyə edilən “Chrome” səyyahının 13-cü sabit versiyasını təqdim edib.

Tarix: 03/08/11 “Google+” xidməti 1 ay ərzində 25 milyon istifadəçi cəlb edə bilib

“ComScore” şirkətinin monitorinq məlumatlarına əsasən, bir ay əvvəl istifadəyə verilmiş yeni “Google+” sosial xidməti işlədiyi 1 ay ərzində təxminən 25 milyon istifadəçi cəlb edə bilib. Bu göstərici isə “Facebook” və “MySpace” göstəricilərini əhəmiyyətli dərəcədə ötür.

Tarix: 03/08/11 “iPad” üçün “Skype” proqramı yenidən “App Store” internet mağazasında yerləşdirilib

“iPad” planşetləri üçün “Skype” proqramı yenidən “App Store” internet mağazasında yerləşdirilib.

Tarix: 02/08/11 “Windows” və “Mac” üçün yeni “Firefox” dizaynı

“Mozilla” şirkəti “Firefox” səyyahı interfeysinin yeni versiyasının eskizlərini nümayiş etdirib. Maket səyyahın indiki versiyası ilə müqayisədə bir sıra








19 Mart 2024

18 03 2024