bölmədə 5632 material var

Tarix: 01/08/14 “Facebook” Afrika sakinlərinə pulsuz internetə çıxış imkanı yaradıb

“Facebook” şirkəti “Facebook” sosial şəbəkəsi, “Google” axtarış sistemi, “Wikipedia” onlayn ensiklopediyası və digər servislərə pulsuz çıxışa imkan verən “Internet.org” əlavəsini istifadəyə verib. Yeni proqramdan hazırda yalnız Afrikanın kasıb ölkəsi hesab edilən Zambiya ərazisində istifadə etmək mümkündür.

Tarix: 31/07/14 Azərbaycan Dövlət İqtisad Universitetinin internet resursunun mobil əlavəsi hazırlanacaq

Azərbaycan Dövlət İqtisad Universitetinin “www.aseu.az” saytı müasir və yüksək təhlükəsizlik standartlarına uyğunlaşdırılacaq və mobil əlavəsi hazırlanacaq.
 

Tarix: 31/07/14 ABŞ “Tor” anonim şəbəkəsinə xərcləri 47 faiz artırıb

İnternet istifadəçilərinə olduqları yeri gizlətməyə imkan verən “Tor” proqram təminatının hazırlanması ilə məşğul olan "The Tor Project” şirkəti ABŞ büdcəsindən öz ehtiyacı üçün xərcləri 47 faiz artırıb. Bu barədə şirkətin 2013-cü il üçün dərc edilən maliyyə hesabatında deyilir.

Tarix: 31/07/14 Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin saytı yenilənib

Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin rəsmi internet resursu (cert.gov.az) yenilənib.

Tarix: 30/07/14 Bu ilin 6 ayı ərzində elektron ticarət portalından istifadə edənlərin sayı 10 mini ötüb

Cari ilin yanvar-iyun ayları ərzində Azərbaycanın ilk elektron ticarət portalı olan “www.b2b.az”ın xidmətlərindən 10000-dən çox istifadəçi yararlanıb.

Tarix: 30/07/14 “Instagram” da messencer istifadəyə verdi

“Instagram” “Snapchat” messenceri kimi işləyən və fotoşəkil və video ilə mübadiləyə icazə verən “Bolt” messencerini nümayiş etdirib.

Tarix: 30/07/14 2013-cü ildə Rusiyada 90 milyon abunəçi mobil internetdən istifadə edib

2013-cü ilin sonunda Rusiyada 90 milyon mobil rabitə abunəçisi qeydə alınıb ki, bu da ötən illə müqayisədə 17% yüksəkdir. Bu haqda “J'son & Partners Consulting” konsaltinq şirkətinin mobil internet üzrə analitik tədqiqatında bildirilib.

Tarix: 30/07/14 Axtarış sistemi maliyyə böhranlarını proqnozlaşdıra bilir

“Google” axtarış sisteminin məlumatlarından dünya fond birjasının gözlənilən uğursuzluğunun təhlükəli əlamətlərini aşkar etmək üçün istifadə oluna bilər

Tarix: 30/07/14 ABŞ Nümayəndələr Palatasına “Wikipedia”da redaktələr etmək qadağan olunub

“Wikipediya” İnternet-ensiklopediyasının administrasiyası ABŞ Nümayəndələr Palatasına səhifələrdə redaktələrin olunmasını qadağan edib. “cybersecurity.ru” saytının yazdığına görə, qadağaya səbəb materialların dəfələrlə əsaslı redaktəsinə cəhd olub.

Tarix: 30/07/14 “Elektron hökumət” portalında formalaşdırılacaq şəxsi kabinet istifadəçilərin işini asanlaşdıracaq

“Elektron hökumət” portalında şəxsi kabinet sistemi formalaşdırılır.

Tarix: 30/07/14 2020-ci ildə Avropada “5G” şəbəkəsi istifadəyə veriləcək

Böyük Britaniya istifadəçiləri altı ildən sonra mobil şəbəkələrdə filmləri bir neçə saniyəyə yükləyə biləcək. Londonda yüksəksürətli şəbəkənin qurulması ilə bağlı planları şəhər meri Boris Conson açıqlayıb.

Tarix: 26/07/14 Zukerberq daha da varlanıb

“Mashable” nəşri yazır ki, Mark Zukerberq “Google” şirkətinin həmtəsisçilərindən (Serqey Brin və Larri Peyc) daha zəngin olub.

Tarix: 25/07/14 “Google” videooyunların translyasiyası ilə məşğul olacaq

“Google” korporasiyası “Twitch” videooyunların translyasiyası xidmətini 1 milyard dollara satın almaq haqda platformanın rəhbərliyi ilə razılığa gəlib.
 

Tarix: 25/07/14 Gəncədə genişzolaqlı internet istifadəçilərinin sayı artıb

Gəncədə genişzolaqlı internet istifadəçilərinin sayı artıb. Bu barədə Gəncə  Telekommunikasiya İdarəsinin rəisi Əbülfəz Orucov məlumat verib.
 

Tarix: 25/07/14 Azərbaycan dilində kompüterlərdəki boşluqların qiymətləndirilməsi üçün platforma yaradılıb

Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (CERT.GOV.AZ) Yaponiyanın informasiya texnologiyaları mütəxəssisləri ilə birlikdə yeni kompüterlərdəki boşluqların qiymətləndirilməsi üçün platformanın (Metriks) azərbaycandilli versiyasını hazırlayıblar.








19 Mart 2024

18 03 2024