bölmədə 5632 material var

Tarix: 27/03/14 “Instagram” sosial xidmətinin auditoriyası 200 milyonu ötüb

Populyar “Instagram” sosial xidmətindən bildirilib ki, onun istifadəçilərinin sayı 200 milyonu ötüb. “Facebook” şirkətinə məxsus “Instagram”ın nümayəndələri, həmçinin deyib ki, istifadəçilər onun meydançasının köməyi ilə ümumilikdə 20 milyarddan çox fotoşəkil paylaşıblar.

Tarix: 19/03/14 “Bakinternet ” “İPv6” standartını dəstəkləyən platforma əsasında işləyəcək

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi “Bakinternet II” provayderini yaratmaq niyyətindədir.

Tarix: 19/03/14 TQDK-nın göstərdiyi elektron xidmətlərinin sayı artırılıb

Azərbaycan Nazirlər Kabineti “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişikliklər edib.

Tarix: 19/03/14 Gənc sahibkarlar üçün yeni internet portalı istifadəyə verilib

Azərbaycanda Gənclərin Sahibkarlıq Proqramı (“Youth Inc”) çərçivəsində gənc sahibkarlar üçün internet portalı – “www.youthinc.az” istifadəyə verilib.

Tarix: 19/03/14 Azərbaycanda “*.baku” yuxarı səviyyəli domeninin “ICANN”-da qeydiyyatdan keçirilməsi məsələsinə gələn il baxıla bilər

Azərbaycanın milli “*.az” domeni administratoru olan “Intrans” şirkəti “*.baku” domeninin “ICANN” (internetdə domen adları və zonaların verilməsini həyata keçirən təşkilat – Internet Corporation for Assigned Names and Numbers) korporasiyasının  qeydiyyatdan keçirilməsi məsələsinə 2015-ci ildə baxmasını istisna etmir.

Tarix: 19/03/14 2018-ci ilədək 130 milyon istifadəçi videozənglərdən istifadə edəcək

“Juniper Research” analitiklərinin proqnozuna əsasən, 2018-ci ilədək videozənglər etməyə imkan verən xidmətlərin istifadəçilərinin sayı 130 milyona çatacaq.

Tarix: 18/03/14 “Facebook” sifətin tanınması sistemini mükəmmələşdirib

“The Independent” nəşri yazır ki, “Facebook” sosial şəbəkəsinin mütəxəssisləri sifətin tanınması sistemini təkmilləşdiriblər. Yeni proqram təminatı “DeepFace” adlandırılıb. Proqram sistem iki fotoşəkildə eyni insanın təsvir olunmasını 97,25 faiz dəqiqliyi ilə müəyyən edə bilir. İnsanlarda bu göstərici 97,5 faiz təşkil edir.

Tarix: 18/03/14 Xəbərin Başlığı

Новости Объявление

Tarix: 17/03/14 “WhatsApp”da səsli zənglər istifadəyə veriləcək

“iPhoneItalia” bloqu yazır ki, “WhatsApp” şirkəti eyni adlı messencerinin yeni versiyasını hazırlayır: “VoIP” zənglər dəstəklənəcək. Resurs tətbiqin yeni beta-versiyasının ekran görüntüsü bloqda yerləşdirilib.

Tarix: 17/03/14 “Huawei” 400 qiqabitlik “Ethernet” həll hazırlayıb

Çinin “Huawei Technologies” şirkəti “Xilinx” çip istehsalçısı ilə birgə sahə mütəxəssislərinə 400 Qbit-lik “Ethernet” nümunələrini nümayiş etdirib. Lakin sözügedən texnologiyanın standartlaşdırılması üçün ən azı bir neçə il vaxt lazımdır.

Tarix: 15/03/14 ABŞ polisi “FirstNet” xidmət şəbəkəsini yaradır

ABŞ-da polis, yanğınsöndürmə xidməti və digər dövlət idarələrinin ehtiyacı üçün bütün ölkə ərazisini əhatə edəcək “FirstNet” daxili kommunikasiya şəbəkəsinin yaradılması ilə bağlı plan hazırlanıb.

Tarix: 15/03/14 İnternetdə birinci domen qeydiyyatdan keçirilib

Bu gün ".com" domen zonası ad gününü "bayram edir". "Symbolics.com" birinci internet domeni 1985-ci il martın 15-də qeydiyyatdan keçirilib. Həmin il, həmçinin daha 5 domen adı qeydiyyatdan keçirilib.
"Netscape" şirkətinin "Mosaic" brauzerini istifadəyə verməsi internet adlarının populyarlaşmasında dönüş nöqtəsi olub.

Tarix: 15/03/14 Bill Qeyts: “Microsoft” da “WhatsApp” messencerini satın almaq istəyirdi

Bill Qeyts “Rolling Stone” jurnalına müsahibəsində deyib ki, “Microsoft” korporasiyası “WhatsApp” messencerini satın almaq istəyirdi.

Tarix: 15/03/14 ABŞ hakimiyyəti internet üzərində birbaşa nəzarətdən imtina etmək qərarına gəlib

ABŞ hakimiyyəti qlobal internet şəbəkəsinin idarə edilməsi üzərində birbaşa nəzarətdən həmişəlik imtina etmək qərarına gəlib. Bu barədə “The Washington Post” qəzeti ABŞ Ticarət Nazirliyinin nümayəndəsi Lourens Striklinqin sözlərinə istinadən məlumat verib. Məqalədə qeyd olunur ki, internetin Birləşmiş Millətlər Təşkilatının (BMT) nəzarəti altına verilməsi tam istisna edilir.

Tarix: 15/03/14 “MSpy” şirkəti casus smartfonların satışına başlayıb

“MSpy” şirkəti sahibindən xəbərsiz əvvəlcədən casus proqramlar quraşdırılmış smartfon modellərinin satışlarına başlayıb. Bu qurğuların əsas auditoriyası öz əməkdaşlarını izləmək istəyən işə götürənlər, uşağı haqqında hər şeydən xəbərdar olmaq istəyən valideynlər, həmçinin həyat yoldaşlarıdır.








19 Mart 2024

18 03 2024