bölmədə 5632 material var

Tarix: 16/04/13 Azərbaycanda “Fiber to Home” konsepsiyası üzrə işlər paralel şəkildə bütün ölkəni əhatə edəcək

Genişzolaqlı internetin infrastrukturunun "Fiber to home" konsepsiyasına uyğun inkişaf etdiriləcək regionları müəyyən edilib. Layihə çərçivəsində işlər paralel şəkildə Bakıda, regionlarda və eləcə də, Naxçıvan Muxtar Respublikasında aparılacaq.

Tarix: 16/04/13 “Türkpedia” yaradılacaq

Dünya üzrə bütün məlumatların toplandığı “Vikipedia”ya oxşar “Türkpedia” internet saytı yaradılacaq. Bu barədə Türk Tarix Qurumunun sədri Mətin Hülagü məlumat verib.

Tarix: 16/04/13 Bu ölkənin əhalisinə evdə oturaraq “ən sürətli” internetdən istifadə etmək təklif edilir

“Sony” şirkəti tərəfindən dəstəklənən yaponiyalı internet provayder “So-net Entertainment” öz ölkəsindən 2Gbit/s sürətlə evdən internetə çıxış imkanını təqdim edib.

Tarix: 16/04/13 Sosial şəbəkələr haqda şok iddia

“Facebook” dünyanın ən məşhur sosial şəbəkəsidir, 1 milyarddan çox insan ondan istifadə edir. Tədqiqatçı Rassel Kleyton dərc etdiyi araşdırmada sübut edib ki, sosial şəbəkə yalnız sərxoşları özünə cəlb etmir, həm də istifadəçiləri alkoqollu içkilərdən istifadəyə təhrik edir.

Tarix: 16/04/13 Devid Horki: “Azərbaycanın elmi nəşrlərinin “Thomson Reuters” agentliyinin bazasına daxil olunması üçün bütün zəruri tədbirlər görüləcək”

Azərbaycana “Thomson Reuters” agentliyinin məlumat bazasından istifadə hüququnun verilməsi istiqamətində müvafiq sənədlərin hazırlanması üçün bir sıra dövlət qurumları ilə birgə işlər aparılır.

Tarix: 15/04/13 “Google” və “Yahoo!” hökumətin istifadəçi məlumatlarını əldə etməsi haqqında qanun layihəsini dəstəkləyiblər

“Google”, “Yahoo!”, “Microsoft” və başqa şirkətlərin daxil olduğu “TechNet” ticarət assosiasiyası Amerika hakimiyyətinə istifadəçilərin məlumatlarına giriş imkanı yaradan “Cyber Intelligence Sharing and Protection Act” (CISPA) qanun layihəsini dəstəkləyib.

Tarix: 15/04/13 2020-ci ilədək planetin hər bir sakini internetə qoşulacaq

“Google” şirkətinin sədri Erik Şmidtin fikrincə, artıq 2020-ci ilədək planetin hər bir sakini internetə qoşulacaq.

Tarix: 15/04/13 “LinkedIn”dən təmənnasız dəstək

“LinkedIn” sosial şəbəkəsinin sahibi eyniadlı şirkət “Pulse” RSS-aqreqatorunu satın alıb. Bu barədə şirkətin rəsmi bloqunda yazılıb."ICTnews.az" elektron xəbər xidməti "itc.ua" saytına istinadən bildirir ki, hazırda "Pulse" RSS aqreqatorunun 30 milyon istifadəçisi var və onların 40%-i ABŞ-dan kənarda yaşayır.

Tarix: 15/04/13 Azərbaycanda daxil olan trafikin orta sürəti artıb

Azərbaycanda daxil olan trafikin orta sürəti 4.02 Mbit/s-i ötüb. Xatırladaq ki, ötən ay bu göstərici 3,74Mbit/saniyə olub.

Tarix: 15/04/13 Fərdi kompüter istifadəçiləri “Twitter”dən az istifadə edirlər

ABŞ və Avropada “Twitter” istifadəçiləri sosial şəbəkələrdə ünsiyyət qurmaq üçün fərdi kompüterlərin əvəzinə daha çox mobil qurğulardan istifadə edirlər.“Strategy Analytics” şirkətinin 2012-ci ilin sonuna olan hesabatına əsasən, “Twitter” mikrobloqlar xidmətində ünsiyyət qurmaq üçün fərdi kompüterdən istifadə

Tarix: 13/04/13 İtaliyada "Facebook"da prezidenti təhqir edən səhifələr bağlanıb

İnternetdə informasiyaya nəzarət edən İtaliya polisinin xüsusi bölməsi "Facebook"da ölkə başçısı Corc Napolitanonu təhqir edən səhifələri bağlayıblar.

Tarix: 13/04/13 Ən təhlükəsiz axtarış sistemi məlum olub

Almaniyanın "AV-TEST" şirkətinin 18 aylıq araşdırmasının yekununa əsasən, "Microsoft" korporasiyasına məxsus "Bing" axtarış sisteminin nəticələrində "Google" ilə müqayisədə zərərli koda malik saytlara istinad 5 dəfə daha çoxdur.

Tarix: 13/04/13 Yerli bank “MilliÖN” ödəniş sisteminə qoşulub

Artıq “Turan Bank”ın kredit müştəriləri sutkanın istənilən vaxtı, banka gəlmədən öz kredit ödənişlərini həyata keçirə biləcək. “ICTnews” elektron xəbər xidmətinin banka istinadən verdiyi məlumata görə, bu, “Turan Bank”ın “MilliÖN” ödəniş sisteminə qoşulması nəticəsində mümkün olub.

Tarix: 12/04/13 “Azericard” texniki bazasını yeniləyir

Azərbaycanın ilk prosessinq mərkəzi olan “Azericard” texniki bazasının yenilənməsi üzrə işlər həyata keçirir. Prosessinq mərkəzindən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, sistemin yenilənməsi mərkəzin ümumilikdə texniki bazasını əhatə edir.

Tarix: 12/04/13 Dövlət qulluqçuları ilə bağlı xidmət “Elektron hökumət” portalına əlavə edilib

Dövlət qulluqçularının Reyestrindən məlumatların verilməsi xidməti “e-Gov” Elektron Xidmətlər Portalına inteqrasiya edilib. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, sözügedən xidmətin icrası nəticəsində dövlət qulluqçuları özləri haqqında Reyestrdə olan məlumatı, eyni zamanda dövlət orqanlarının kadr qurumları dövlət








19 Mart 2024

18 03 2024