bölmədə 5632 material var

Tarix: 03/12/15 Azərbaycanda “Dropbox”un analoqu olan “Nar Cloud” texnologiyası təqdim edilib

“Nar” şirkəti “Bakutel 2015” sərgisi çərçivəsində ilk dəfə olaraq “Dropbox”un yerli analoqu olan  yeni “Nar Cloud” texnologiyasını təqdim edib.

Tarix: 03/12/15 “SAZZ 4G” “Bakutel”də “TDD LTE-Advanced” texnologiyasının imkanlarını nümayiş etdirir

Son beş il olduğu kimi, “SAZZ 4G” brendi altında fəaliyyət göstərən “AzQtel” şirkəti də 21-ci “Bakutel 2015” Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi-Konfransında öz stendi ilə iştirak edir.

Tarix: 30/11/15 Avropa İttifaqı fərdi məlumatların emalı sahəsində şəffaflığa çağırır

Özəl şirkətlər istifadəçilərə onların fərdi məlumatlarının emalından imtina üçün imkan yaratmalıdırlar.

Tarix: 27/11/15 Milli İnternet Mükafatının qalibləri dekabrda elan ediləcək

“MilliNet-2015” Milli İnternet Mükafatının qalibləri dekabrın ikinci yarısında elan ediləcək.

Tarix: 27/11/15 «Viber» artıq səhvən göndərilmiş mesajları silməyə imkan verir

Bəzən istifadəçi göndərdiyi mesaja görə sonra peşman olur. Bu, müxtəlif səbəblərdən ola bilər. «Viber» messencerinin son yeniləməsi bu problemi aradan qaldırmağa imkan verir.
 

Tarix: 26/11/15 “5G” şəbəkəsində sınaqlar üçün yeni texnologiya təqdim olunub

Yaponiyanın “NTT DOCOMO” mobil rabitə operatoru İsveçin "Ericsson” şirkətinin yeni “5G Radio Prototypes” məhsullarının köməyi ilə beşinci nəsil rabitə texnologiyasının (5G) ilk sınaqlarına başlayacaq.

Tarix: 26/11/15 Çin hökuməti əhalinin internetə çıxışında maneələr yaradır

Çin hökuməti əhalini "yanlış" xarici saytlardan və internet xidmətlərdən təcrid etmək üçün səylərini artırır.

Tarix: 26/11/15 «Microsoft» «Internet Explorer»in köhnə versiyalarına dəstəyin dayandırılması tarixini açıqladı

«Microsoft» korporasiyası «Internet Explorer» brauzerinin köhnə versiyalarının dəstəyinin dayandırılacağı tarixi açıqlayıb.

Tarix: 26/11/15 Cihazları «Wi-Fi» texnologiyasının köməyilə enerji ilə doldurmaq mümkün olacaq

Vaşinqton Universitetində işləyən alimlər «Wi-Fi»-ın köməyi ilə mobil qurğuları enerji ilə doldurmağa imkan verəcək «Power Over Wi-Fi» texnologiyasını hazırlayıblar.

Tarix: 25/11/15 Yaxın gələcəkdə «işıq interneti» istifadəyə verilə bilər

Məlumatların ötürülməsi üçün işıq mənbələrindən istifadə edən yeni «Li-Fi» texnologiyası ilk dəfə real şəraitdə sınaqdan keçirilib.

Tarix: 25/11/15 «Facebook» Hindistanın ərazisində internet imkanlarını genişləndirib

«Facebook»un «Internet.org» layihəsi çərçivəsində işə salınmış «Free Basics» mobil proqramı indi Hindistanın bütün sakinlərinə əlçatandır. Bu haqda Mark Zukerberq sosial şəbəkədə öz səhifəsində yazıb.
 

Tarix: 25/11/15 “ICANN” informasiya sızması hallarının təhqiqini başa çatdırıb

İnternetdə domen adları və zonaların verilməsini həyata keçirən “Internet Corporation for Assigned Names and Numbers” (ICANN) qeyri-kommersiya təşkilatı bu ilin aprelin sonunda yeni yüksəksəviyyəli domenlər üçün namizədlərin fərdi məlumatlarına qanunsuz müdaxilə hallarının araşdırılmasını başa çatdırıb.
 

Tarix: 25/11/15 «Apple Pay» Çin bazarına çıxmağa hazırlaşır

«Apple» korporasiyası 2016-cı ilin fevralında Çində öz ödəmə sistemini işə salmağı planlaşdırır.

Tarix: 25/11/15 «Google» müəllif hüquqlarını pozan istinadların silinməsi ilə bağlı 62 milyon sorğu alıb

Son ayda hüquq sahibləri tərəfindən «Google» şirkətinə qanunsuz məzmuna malik veb ünvanların silinməsi ilə bağlı 62 milyondan çox sorğu  edilib.

Tarix: 24/11/15 10 il müddətində ölmüş hesab edilən çinli qız internet-kafedən tapılıb

Syanszyan şəhərində yerləşən internet-kafelərin birində 10 il müddətində itkin düşmüş və ölmüş hesab edilən 24 yaşlı çinli qız tapılıb.








19 Mart 2024

18 03 2024