bölmədə 5632 material var

Tarix: 17/04/14 “CERT.GOV.AZ” yeni interaktiv ”Elektron Sorğu Sistemi”ni istifadəyə verdi

Azərbaycanın Xüsusi Dövlət Mühafizə Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi dövlət qurumlari üçün yeni interaktiv ”Elektron Sorğu Sistemi”ni istifadəyə verib.

Tarix: 17/04/14 Almaniyada xüsusi xidmət orqanlarından mühafizə olunan elektron poçt xidməti yaradılıb

Xüsusi xidmət orqanları tərəfindən izlənmədən mühafizə edən “Lavaboom” elektron poçtu “Twitter”dəki səhifəsində fəaliyyətə başladığını elan edib. Xidmət şifrlənmiş məktub göndərmək imkanı təklif edir.

Tarix: 17/04/14 Məktəblilər arasında “Mən Azərbaycanlıyam” onlayn internet müsabiqəsi payızda keçirilə bilər

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Mən Azərbaycanlıyam” onlayn internet müsabiqəsini məktəblilər arasında keçirmək məsələsini müzakirə edir.

Tarix: 17/04/14 “Azərfon” şirkəti AZAL təyyarələrində “Wi-Fi” şəbəkəsinə qoşulma xidmətini təqdim edəcək

Azərbaycanın ilk “3G” mobil rabitə operatoru “Azərfon” şirkəti mobil rabitə xidmətləri ilə yanaşı, AZAL təyyarələrində “Wi-Fi” şəbəkəsinə qoşulma xidmətlərini də təqdim edəcək.

Tarix: 17/04/14 ABŞ Müdafiə Nazirliyi interneti çatdırmaq üçün pilotsuz uçan aparatlardan istifadə edəcək

ABŞ Qabaqcıl Müdafiə Elmi-Tədqiqat İşləmələri Agentliyi (DARPA) internetin çatdırılması üçün pilotsuz uçan aparatlardan istifadə etməyi planlaşdırır.     
 

Tarix: 17/04/14 “Twitter” şirkəti “Gnip” startapını satın alır

“Twitter” mikrobloqlar xidmətinin operatoru olan eyniadlı şirkət sosial şəbəkələrdə məlumatların təhlili üçün proqram alətlərinin hazırlanması üzrə ixtisaslaşmış “Gnip” startapını satın alıb. Sazişin dəyəri açıqlanmayıb.

Tarix: 17/04/14 “Google”un mənfəəti birinci rübdə yalnız 3% artıb

2014-cü ilin birinci rübündə “Google” internet şirkətinin mənfəəti 3% artaraq 3,35 milyard dollar olub ki, bu da ötən illə müqayisədə (3,45 milyard dollar) yüksəkdir.

Tarix: 16/04/14 Rumıniyada ölkəmizdə həyata keçirilən “Elektron hökumət” quruculuğundan danışılıb

Rumıniyanın paytaxtı Buxarest şəhərində Avropa İttifaqı Şərq Tərəfdaşlığı çərçivəsində “Demokratiya, yaxşı idarəçilik və sabitlik üzrə” 1-ci çoxtərəfli platforma nəzdində yaradılmış Dövlət Qulluğu İslahatları Panelinin növbəti işçi görüşü keçirilib.

Tarix: 16/04/14 BTRİB-in xidmət ödənişləri yaxın zamanda “eManat” ödəniş terminallarında qəbul ediləcək

“Modenis” şirkəti Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) ilə “eManat” terminallarında stasionar rabitə xidmətləri üzrə ödənişlərin qəbulunun təşkili ilə bağlı danışıqlar aparır.

Tarix: 16/04/14 Bir ildən sonra 10 qiqabitlik “Wi-Fi” texnologiyası yaradılacaq

“Quantenna  Communications” şirkəti məlumatların saniyədə 10 qiqabit sürətlə ötürülməsini təmin edəcək ilk “Wi-Fi” çipsetinin hazırlanması ilə məşğuldur.

Tarix: 16/04/14 Yeni oyun rekormeni müəyyənləşib

Bloqqer Patrik Skott Patterson xəbər verib ki, Ohayo ştatının sakini Con Solter arkada oyun avtomatında oynayan zaman iki dünya rekorduna birdən imza atıb.

Tarix: 16/04/14 “eManat” şəbəkəsində ödəniş terminallarının sayı 1700-dək artırılacaq

“Modenis” şirkəti bu ilin sonuna kimi “eManat” ödəniş terminallarının şəbəkəsini genişləndirmək niyyətindədir.

Tarix: 16/04/14 “Avropol” aviabilet fırıldaqçılarına qarşı böyük əməliyyat keçirib

Aprelin 8-9-da dünyanın hüquq-mühafizə orqanları Avropa İttifaqının “Avropol” Polis Xidməti yanında Kibercinayətkarlıqla Mübarizə Mərkəzinin (EC3 – European Cybercrime Centre), ABŞ Məxfi Xidmətinin və digər təşkilatların dəstəyi ilə onlayn fırıldaqçılıq və qeyri-qanuni miqrasiyaya qarşı tarixdə ən böyük əməliyyat keçiriblər.

Tarix: 15/04/14 “TripAdvisor” mobil tətbiqi 100 milyon dəfə yüklənilib

Səyahətlər haqqında “TripAdvisor” saytının məlumatına görə, onun “iPhone” və “Android” mobil qurğuları üçün tətbiqi 100 milyon dəfə yüklənilib. Bu halda son ildə yükləmələrin sayı iki dəfədən çox, 2011-ci illə müqayisədə altı dəfə artıb.

Tarix: 15/04/14 Azərbaycanda məktəblərin 39 faizi internet şəbəkəsinə qoşulub

Son bir il müddətində Təhsil Nazirliyi üzrə aparılan işlər əvvəlki dövrə nisbətən öz strukturuna, qiymətinə və keyfiyyətinə görə xeyli optimallaşıb. Bunun hesabına məktəblər üçün daha çox miqdarda zəruri avadanlığın alınması mümkün olub.








19 Mart 2024

18 03 2024