bölmədə 5632 material var

Tarix: 14/06/14 “Google Maps” əlavəsi 1 milyard dəfədən çox yüklənib

“Google” şirkəti “Google Maps” kartoqrafik əlavəsinin 1 milyard dəfədən çox yüklənən ikinci əlavə olduğunu açıqlayıb.

Tarix: 14/06/14 Mobil şəbəkədə “LTE” standartının yeni modifikasiyasının sınağı keçirilib

Finlandiyanın “Nokia” şirkəti və Cənubi Koreyanın “SK Telecom” mobil rabitə operatoru mobil şəbəkədə 5 qiqabayt tutumlu faylı 11 saniyəyə ötürməyə imkan verən “LTE” standartının yeni modifikasiyasının sınağını keçirib.

Tarix: 13/06/14 “Azericard” prosessinq mərkəzi potensial müştərilərinə birdəfəlik SMS parolu - yeni alternativ qeydiyyat növünü təqdim edir

“Azericard” prosessinq mərkəzi potensial müştərilərinə birdəfəlik SMS parolu - "Internet Banking" və “3D Secure” xidmətləri üçün yeni alternativ qeydiyyat növünü təqdim edir.

Tarix: 13/06/14 “Amazon” şirkəti “Prime Music” onlayn radiosunu istifadəyə verib

“Amazon” şirkəti “Prime Music” musiqi xidmətini işə salıb. “Prime” xidmətinin abunəçiləri ildə 99 dollar ödəməklə videoservis, “Kindle” kitabxanasına, həmçinin internet mağazada alış-verişlərin çatdırılması üzrə genişləndirilmiş xidmətlərə giriş əldə edə bilərlər.

Tarix: 13/06/14 Təhsil müəssisələrinin İKT avadanlıqları ilə təminatı vəziyyəti açıqlanıb

2013-2014-cü tədris ilində təhsil müəssisələri 3,695 ədəd kompüter, 4,853 ədəd notebook, 1,971 ədəd proyektor, 2,600 ədəd elektron lövhə ilə təmin edilib.

Tarix: 13/06/14 “Twitter”in əməliyyat direktoru öz postunu tərk edib

“Twitter” mikrobloqlar xidmətinin əməliyyat direktoru Əli Rovqani öz postunu tərk edib və şirkət onu əvəz edəcək şəxsi axtarmağı planlaşdırmır. Bu haqda “Twitter” tərəfindən ABŞ Qiymətli Kağızlar Birjalar Komissiyasına təqdim edilmiş sənəddə deyilir.

Tarix: 12/06/14 4-cü “Mobillik qrantı”nın qalibi olan “Azərkosmos” ASC-nin əməkdaşı ABŞ-da qısamüddətli elmi təcrübə keçəcək

Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübəkeçmədə iştirakı əhatə edən və 2014-cü ildə keçirilmiş 4-cü “Mobillik qrantı” müsabiqəsinin nəticələri elan olunub.

Tarix: 12/06/14 Dünya küçə incəsənəti xəritəsi yaradılıb

“Google” şirkəti küçə incəsənətinə həsr olunan "Google Art” layihəsini istifadəyə verib. Servisin xəritəsində küçə incəsənətinin məşhur yerləri qeyd olunub. İşarələməklə təsvirlərin fotoşəkillərini, divar üzərindəki şəkilləri və instalyasiyaları görmək mümkündür.

Tarix: 11/06/14 2018-ci ilədək dünya internet trafikinin həcmi üç dəfə yüksələcək

“Cisco” şirkətinin illik proqnozuna görə, yaxın beş ildə dünya internet trafikinin həcmi internet istifadəçilərinin və mobil qurğuların sayının, şəbəkələrin buraxılış qabiliyyətinin və videokontentə baxışın artması sayəsində üç dəfə yüksələcək.

Tarix: 11/06/14 Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi: “Bu sistem “ Elektron hökumət” portalına yüklənəndən sonra bir sıra problemlər aradan qalxacaq”

Qayda pozuntusuna yol verən sürücülərin cərimələnməsi sistemi mərkəzləşəndən və bu sistem “Elektron hökumət” portalına yüklənəndən sonra hazırda yaşanan bir sıra problemlər aradan qalxacaq.

Tarix: 11/06/14 Kompüter oyunları üzrə 6-cı dünya çempionatının rəsmi oyun siyahısı genişləndirilib və mükafatların məbləği açıqlanıb

Bu ilin noyabr ayında Bakıda keçiriləcək Kompüter oyunları üzrə 6-cı dünya çempionatının (6th e-Sports World Championship BAKU 2014) rəsmi oyun siyahısı genişləndirilib.

Tarix: 11/06/14 İnformatika müəllimləri arasında “Ən yaxşı videotədris resursu - 2014” müsabiqəsinə start verilir

İnformatika müəllimləri arasında “Ən yaxşı videotədris resursu - 2014” müsabiqəsinə start verilir.

Tarix: 11/06/14 “Google” “Skybox” şirkətini 500 milyon dollara satın alır

Xarici mətbuatda yayılmış informasiyaya əsasən, “Google” şirkəti “Google Maps” kartoqrafiya xidməti üçün peyk şəkillərinin yeni tədarükçüsü – “Skybox Imaging” şirkətini 500 milyon dollara satın alıb.

Tarix: 11/06/14 “Amazon” şəxsi ödəniş sistemini işə salıb

“Reuters” agentliyinin yaydığı məlumata əsasən, ABŞ-ın “Amazon” şirkəti internetdə “Amazon Payments” şəxsi ödəniş sistemini işə salıb.

Tarix: 10/06/14 Azərbaycan florası üzrə məlumat bazalarının yaradılması istiqamətində əməkdaşlıq genişləndirilir

Azərbaycan florası üzrə yeni formatlı məlumat bazası yaradılacaq. Eyni zamanda AMEA Botanika İnstitutu ilə “Succov Fondu” arasında yeni layihələr həyata keçiriləcək.








19 Mart 2024

18 03 2024