bölmədə 5632 material var

Tarix: 07/08/13 “ICANN” yüksəksəviyyəli domenləri internetin təhlükəsizliyi üçün ciddi təhdid hesab edir

“ICANN” korporasiyası (İnternetdə domen adları və zonaların verilməsini həyata keçirən təşkilat - Internet Corporation for Assigned Names and Numbers) yeni yüksəksəviyyəli domenlərin internetin toxunulmazlığına və təhlükəsizliyinə göstərə biləcək mümkün təsirinə dair hesabat dərc edib.

Tarix: 06/08/13 “Facebook”un ilk marketinq direktoru

Dünyanın nəhəng “Facebook” sosial şəbəkəsi tarixində ilk dəfə əvvəllər “Motorola Mobility” şirkətində analoji vəzifə tutan Qeri Briqqsi marketinq üzrə direktor təyin edib.

Tarix: 06/08/13 İki milyona yaxın onlayn ödəniş edilib

İyul ayında altı illiyini qeyd edən “GoldenPay” şirkəti, daha bir önəmli göstəriciyə nail olmağa hazırlaşır. “Hesab.az” portalında həyata keçirilən onlayn ödənişlərin sayı iki milyona yaxınlaşır.

Tarix: 06/08/13 Azərbaycanda internetə çıxış əldə edən müəssisələrin sayı 20,5% artıb

Azərbaycan Dövlət Statistika Komitəsi 2012-ci ildə ölkədə fəaliyyət göstərən müəssisələrin İKT-dən istifadə səviyyəsini müəyyən edib.

Tarix: 06/08/13 Meymunlar planşet istifadəçiləri olacaq

Vaşinqtonda yerləşən Smitsonov milli zooparkı dünyada “Apps for Apes” proqramına qoşulan 12 ölkədən biridir.

Tarix: 06/08/13 ABŞ-da internet liderliyi ələ keçirib

“eMarketer” analitik şirkətinin məlumatına əsasən, ABŞ-da internet ilk dəfə olaraq vaxt müddətinə görə televiziyanı ötüb.

Tarix: 06/08/13 Azərbaycan Beynəlxalq Bankı “R@ndevu” xidmətini istifadəyə verib

Azərbaycan Beynəlxalq Bankı (ABB) Bakı və Gəncə şəhərlərində xidmət olunan müştərilərinə onların rahatlığı təmin etmək məqsədilə unikal “R@ndevu” xidmətindən yararlanmağı təklif edir.

Tarix: 06/08/13 “Amazon.com”un yaradıcısı Ceff Bezos “Washington Post” qəzetini satın alıb

“Amazon.com” internet mağazasının rəhbəri Ceff Bezos ABŞ-ın nüfuzlu “Washington Post” qəzetini satın alıb. Sazişin qiyməti 250 milyon dollar təşkil edir.

Tarix: 05/08/13 Azərbaycanı “Vikimania”da iki vikipediaçı təmsil edəcək

7-11 avqust tarixlərində Honkonqda “Vikimania 2013” beynəlxalq konfransı keçiriləcək. Builki konfransda Azərbaycan dilində olan “Vikipedia”nı idarəçilər, Rövşən Ramizoğlu və Elgün Atalıyev təmsil edəcəklər.

Tarix: 05/08/13 “Yahoo!” şirkəti “RockMelt” brauzerini satın alıb

“Yahoo!” şirkəti “RockMelt” sosial veb-brauzer şirkətini satın alıb. Sövdələşmənin şərtləri haqqında məlumat verilməsə də, “Reuters” agentliyinin məlumatına görə, alış korporasiyaya 50-80 milyon dollara başa gəlib.

Tarix: 05/08/13 “Twitter”də təhqiramiz şərhləri şikayət etmək mümkün oldu

“Twitter” mikrobloqlar servisi təhqiramiz şərhlər üçün şikayət düyməsini işə salıb. Düymə bilavasitə məlumatların altında yerləşir və “Twitter” istifadəçilərinin artıq servis inzibatçısına şikayət etməyə imkan verdiyi dəstək servisini tamamlayır. Bu barədə şirkətin məlumatında deyilir.

Tarix: 05/08/13 Daha bir bankın müştəriləri “hesab.az” portalında kreditlərini ödəyə bilərlər

“GoldenPay” şirkəti “Turanbank”ı onlayn ödəmə sisteminə qoşub. Artıq bankın saytı vasitəsilə (turanbank.az), həmçinin Azərbaycanın ən böyük onlayn xidmətlər portalı olan “hesab.az” vasitəsilə “Turanbank” ASC-nin kreditlərini ödəmək olar.

Tarix: 05/08/13 “Aztelekom”un internet xidmətləri bazarında payı artıb

Azərbaycan internet xidmətləri bazarında ilin əvvəlindən bu günə kimi vəziyyət, demək olar ki, dəyişməyib. “Delta Telecom” şirkətinin saytında yerləşdirilmiş ölkədə fəaliyyət göstərən internet provayderlərin interaktiv qrafikinə əsasən, genişzolaqlı internet xidmətləri bazarında “Bakinternet”in payı 0,5% azalaraq 25% təşkil edib.

Tarix: 05/08/13 Tərtərdə rabitə xidmətlərinin səviyyəsi yüksəlir

Tərtər rayonunda əhaliyə göstərilən rabitə xidmətinin səviyyəsi yüksəlir.

Tarix: 05/08/13 Azərbaycanda internet istifadəçilərinin 41.2 faizi 24 yaşadək olan gənclərdir

2013-cü ilin əvvəlinə əhalinin hər 100 nəfərindən 70-i internet istifadəçisi olub. İstifadəçilərin 40.9 faizi yaşadığı evdə (mənzildə), 7.7 faizi internet-klublarda, 21.7 faizi iş yerində, 9.5 faizi təhsil müəssisəsində, 0.6 faizi kitabxanada, 19.6 faizi isə digər yerlərdə internet şəbəkəsinə qoşulub








19 Mart 2024

18 03 2024