bölmədə 5632 material var

Tarix: 27/05/14 Vüqar Əliyev: “Sosial şəbəkələrdə məsuliyyət hissinin minimum standartlara da cavab vermədiyi müşahidə edilir”

“Biz artıq sosial şəbəkələrdə məsuliyyət hissinin minimum standartlara da cavab vermədiyini müşahidə edirik. Bu, təkcə Azərbaycanda deyil, bütün dünyada belədir”.

Tarix: 27/05/14 Prezident Kitabxanası “Azərbaycan Xalq Cümhuriyyəti” adlı elektron resursu internet istifadəçilərinə təqdim edib

Prezident Kitabxanasında “Virtual Azərbaycan tarixi” layihəsi çərçivəsində Azərbaycan, rus və ingilis dillərində tərtib edilən bu resurs müsəlman Şərqində ilk dünyəvi və demokratik dövlət olan, dövlətçilik tariximizə parlaq səhifələr yazan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) tarixi irsini öyrənənlər üçün dəyərli bir mənbədir.

Tarix: 27/05/14 Virtual aləmdə baş verən neqativ hallarla mübarizə yolları müzakirə olunub

 “Jurnalistlər Ekstremal Şəraitdə” İctimai Birliyinin təşkilatçılığı ilə Mingəçevir Media Mərkəzində “Virtual aləmdə baş verən neqativ halların aradan qaldırılması yolları” mövzusunda tədbir keçirilib.

Tarix: 26/05/14 “LADEE” layihəsi uğurla həyata keçirilir

ABŞ Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyi (NACA) ötən ilin sentyabrından həyata keçirilən “Lunar Laser Communication Demonstration” (LLCD) layihəsi çərçivəsində lazer rabitə sistemini Ayın ətrafında dövr edən “Lunar Atmosphere and Dust Environment Explorer” (LADEE) tədqiqat peyki ilə sınağını keçirir

Tarix: 26/05/14 Roma Papası “Facebook” səhifəsindən imtina edəcək

“The Independent” yazır ki, Roma Papası Fransisk “Facebook”da hesab açmayacaq, belə ki, kardinallar narahatdırlar ki, səhifədə çoxlu təhqir olacaq.

Tarix: 24/05/14 Dünyanın ən sürətli robotu üçün vəsait toplanışına başlanılıb

Florida ştatının mühəndisləri smartfondan distansiyalı radioidarəetmə funksiyalı dünyanın ən sürətli robotu üçün vəsait toplanışına başlayıb. Mexanizm “OutRunner” adlanır və 32 km/saat sürətədək hərəkət edə bilir.

Tarix: 24/05/14 Çin təhlükəsizlik yoxlamasından keçməyən İT məhsullarının satışını qadağan etmək niyyətindədir

Çin Dövlət İnternet İnformasiya İdarəsi informasiya texnologiyaları sahəsində milli təhlükəsizlik və ya ictimai maraqlara aid mal və xidmətlərdə gizli müşahidə və dinləmə funksiyalarının aşkarlanmasına yönələn icbari yoxlanışın tətbiq ediləcəyini bəyan edib.

Tarix: 24/05/14 İranda “Instagram”dan istifadə qadağan edilə bilər

İran məhkəməsi ölkə ərazisində “Facebook” sosial şəbəkəsinə məxsus “Instagram” foto paylaşım resursunu bloklamaq qərarı çıxarıb.

Tarix: 23/05/14 Azərbaycanda daha bir telekommunikasiya şirkəti İPTV xidmətini işə salıb

“Avirtel” MMC İPTV xidmətinin tətbiqinə başlayıb.

Tarix: 23/05/14 “Google” şirkəti “3D” vizuallaşdırma imkanına malik 7 düymlük planşetini hazırlayır

“The Wall Street Journal” (WSJ) mənbələrə istinadən yazır ki, “Google” korporasiyası üçölçülü vizuallaşdırma imkanına malik “Project Tango” planşetini hazırlayır.

Tarix: 22/05/14 Ekranın ölçüsü və kamera “iPhone” alıcılarını az maraqlandırır

“IDC” analitik şirkətinin analitikləri mobil qurğu sahiblərinin hansı aspektlərə diqqət yetirdiklərini aydınlaşdırıb. Layihədə 25 ölkədən 50 min insan iştirak edib. Məlum olub ki, bütün hallarda avtonom iş vaxtı ən mühüm parametrdir.

Tarix: 22/05/14 Təhsil Nazirliyi: “Ötən illərdən fərqli olaraq sənəd qəbulu tam elektron qaydada həyata keçiriləcək”

Təhsil Nazirliyi tərəfindən 2014-2015-ci tədris ili üçün "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na elan edilən müsabiqəyə sənəd qəbulu başlanılıb.

Tarix: 22/05/14 Beş il sonra “Wi-Fi” üzrə çıxış nöqtələrinin sayı 10 milyonu ötəcək

Ötən ilin əvvəlində mobil və stasionar rabitə operatorları tərəfindən planetdə 4,2 milyon şəbəkəyə simsiz çıxış nöqtəsi istifadəyə verilib.

Tarix: 21/05/14 “Facebook” virusa yoluxmuş cihazların sahiblərinə ödənişsiz antivirus təklif edəcək

“Facebook Security” rəsmi bloqunda dərc edilmiş xəbərə əsasən, tezliklə virusa yoluxmuş kompüter və ya mobil qurğulardan sosial şəbəkəyə daxil olan istifadəçilərə iki pulsuz antivirus proqramından birini quraşdırmaq təklif ediləcək.

Tarix: 21/05/14 “eBay” bütün istifadəçilərdən parollarını dəyişməyi xahiş edib

“EBay” şirkəti bütün istifadəçilərdən öz parollarını dəyişdirməyi xahiş edib. Bu mesaj “eBay” şirkətinə məxsus “PayPal” elektron ödəniş sisteminin saytında dərc edilib.
 








19 Mart 2024

18 03 2024