bölmədə 5632 material var

Tarix: 07/01/14 Azərbaycanda daxil olan trafikin orta sürəti 5.18 Mbit/s olub

“Ookla” şirkəti “Speedtest.net” xidmətinin məlumatlarına, həmçinin istifadəçilərin sorğularına əsaslanaraq internetin orta sürətinə dair növbəti reytinq tərtib edib. Şirkətin "NetIndex" reytinqinə əsasən, Azərbaycanda daxil olan trafikin orta sürəti 5.18 Mbit/s təşkil edir. Xatırladaq ki, ötən ay bu göstərici 4.82 Mbit/saniyə olub.

Tarix: 07/01/14 Qlobal şəbəkədə saytların sayı 861 milyonu ötüb

“Netcraft” analitik şirkətinin məlumatlarına əsasən, yanvarın 1-nə   internetdə 861379152 sayt və şəxsi bloq fəaliyyət göstərib ki, bu  da ötən ayla müqayisədə 355935 resurs daha çoxdur.

Tarix: 07/01/14 “NAVITEL” şirkəti dağ-xizək kurortları üçün xəritə paketlərini təqdim edib

“Naviqasiya Texnologiyaları Mərkəzi” şirkəti aktiv qış istirahətinə üstünlük verən xüsusi naviqasiya xəritələri paketlərini təqdim edib.

Tarix: 29/12/13 Azərbaycanda dağınıq skleroz xəstələrinin elektron registri yaradılıb

Azərbaycanda dağınıq skleroz xəstələrinin elektron registri yaradılıb. Səhiyyə Nazirliyinin 2013-cü ilin yekun hesabatlarına həsr olunmuş kollegiya iclasında bu barədə məlumat verən Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladovun sözlərinə görə, ötən müddətdə onkoloji yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazası da yaxşılaşdırılıb.

Tarix: 29/12/13 “Nintendo Network” milad trafikinə dayana bilmədi

Yaponiyanın “Nintendo” şirkəti Qlobal Avropa-Amerika  istirahət günü problemi ilə üzləşib.
“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına əsasən, şirkətin oyun şəbəkəsi artıq ikinci gündür ki, problemlər yaşayır, bu gün isə bir çox qeymerlər üçün əlçatmaz olub.

Tarix: 29/12/13 Milli Arxiv İdarəsinin “Elektron xidmət” portalı yaradılıb

Azərbaycan Milli Arxiv İdarəsinin “Elektron xidmət” portalı istifadəyə verilib. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, portal vasitəsilə istifadəçilərə “Arxiv arayışı, arxiv çıxarışı, arxiv sənədlərinin surətinin verilməsi üçün e-sorğu” və “Elmi tədqiqat və digər məqsədlərlə arxiv sənədlərindən istifadə edilməsi üçün e-müraciət” xidmətlərindən yararlanmaq imkanı təqdim olunub.

Tarix: 29/12/13 Milli domen zonasında qeydiyyatdan keçmiş domenlərin sayı 20 mini ötüb

Azərbaycanın yuxarı səviyyəli milli domen zonasında (.az) qeydiyyatdan keçən domenlərin sayı artmağa davam edir.

Tarix: 28/12/13 Ünvan Reyestri İnformasiya Sistemi “Elektron hökumət”in tələblərini yerinə yetirəcək

Ünvan Reyestri İnformasiya Sistemi digər informasiya sistemlərinə daşınmaz əmlak obyektinin ünvan məlumatlarını çatdırmaqla “Elektron Hökumət”in tələblərini yerinə yetirəcək və “Elektron Hökumət”in qurulmasına öz töhfəsini vermiş olacaq.

Tarix: 28/12/13 Britaniyalılar kütləvi şəkildə Milada bağışlanan “iPad”lərdən canlarını qurtarırlar

Miladdan bir gün sonra Britaniyanın “eBay” saytında 1000 ədəd yeni “Apple” planşeti satışa çıxarılıb.
“ICTnews” xəbər xidmətinin “www.therunet.com” saytına istinadən verdiyi məlumata əsasən, “eBay” növbəti günlərdə 100 min tələbatsız hədiyyəni saytda satışdan çıxaracaq.

Tarix: 28/12/13 “NeWo” Azərbaycan startuplarının tərtibatçıları kamera ilə işləyə bilən lüğət təqdim ediblər

“EnWo” adı ilə bazara təqdim edilən proqram əlavə edilmiş reallıq elementini istifadə edərək internetə qoşulmadan beş dildən (Azərbaycan, rus, türk, çin və ispan) sözləri tərcümə edə bilər.

Tarix: 28/12/13 Bu gün "Linux" əməliyyat sisteminin yaradıcısının anadan olduğu gündür

1969-cu il dekabrın 28-də Finlandiyada "Linux" əməliyyat sisteminin (ƏS) yaradıcısı Linus Torvalds anadan olub.

Tarix: 28/12/13 Bu il “Google” KİV-də ən çox müzakirə olunan şirkət olub

“Dow Jones” portalı 2013-cü ildə “Google”un KİV-də ən çox müzakirə edilən şirkət olması barədə məlumat verib. Belə ki, beynəlxalq ingilisdilli mətbuat ABŞ şirkətinin adını cari il ərzində 123 769 dəfə qeyd edib.

Tarix: 27/12/13 Saytdakı nasazlığa görə biletləri on dəfə ucuz qiymətə aldılar

“Endirimli bilet satışı” iki saat davam edib. Aviaşirkət bu vaxt ərzində satılmış biletləri ləğv etməyib.

Tarix: 27/12/13 Azərbaycan internet xidmətləri bazarında özəl provayderlərin payı artır

Azərbaycan internet xidmətləri bazarında özəl provayderlərin payının artmasına baxmayaraq, dövlət provayderləri liderliyi qoruyub saxlayır.

Tarix: 27/12/13 Kibervalyutanı bu yolla məşhur edirlər

"Bitcoin Grant” şirkəti müxtəlif təşkilatlara “bitcoin”lərlə onlarla və yüz minlərlə dollara ekvivalent məbləğlərdə qrantlar paylayır.








19 Mart 2024

18 03 2024