bölmədə 5632 material var

Tarix: 11/02/14 Dünyanın ən bahalı şirkəti hansıdır?

“France-Presse” agentliyi yazıb ki, “Google” internet şirkəti bazar kapitallaşdırmasının həcminə görə dünyanın ən böyük korporasiyaları siyahısında “ExxonMobil” neft şirkətini ikinci yerdən sıxışdırıb çıxarıb. Qeyd edək ki, “Google” bazar kapitallaşdırmasına görə dünyanın ən bahalı şirkətləri siyahısında tarixində birinci dəfə ikinci yerdə qərarlaşıb.

Tarix: 10/02/14 “Elektron hökumət” portalının “Facebook” səhifəsi istifadəçilərinin sayı 120 min nəfərə çatıb

“Elektron hökumət” portalının rəsmi “Facebook” səhifəsinə (www.facebook.com/egov.az)  maraq günü-gündən artır. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, hazırda səhifə istifadəçilərinin sayı 120 min nəfər təşkil edir.

Tarix: 10/02/14 Əli Abbasov: “Hazırda Azərbaycan internetinin xaricə çıxış sürəti 200gb/saniyədir”

“Son illər Azərbaycanda internet bir çox göstəricilərinə görə regionda liderlik mövqeyi tutur. Ən əsası isə 

Tarix: 10/02/14 Hakerlər Dubay polisinin “Twitter” hesabını ələ keçiriblər

Hakerlər qrupu fevralın 9-da Dubay polisinin rəsmi “Twitter” hesabını ələ keçirib.

Tarix: 07/02/14 2018-ci ilədək mobil trafikin həcmi 11 dəfə artacaq

“Cisco Vizual şəbəkə texnologiyalarının inkişaf indeksi: 2013-2018-ci illərdə qlobal mobil trafikin inkişaf proqnozu"na əsasən, yaxın 4 ildə qlobal mobil trafikin həcmi 11 dəfə artacaq və 2018-ci ildə 190 ekzabayt həcmində ola bilər.

Tarix: 07/02/14 “LinkedIn” şirkətinin gəliri artıb

“LinkedIn” peşəkar sosial şəbəkəsi dördüncü rübün yekununa görə müsbət nəticə əldə etdiyini deyib, lakin investorları cari rüb üçün zəif proqnozla məyus edib ki, bu da şirkətin səhmlərinin qiymətini 8% azaldıb.

Tarix: 07/02/14 Daha bir yerli resurs Azərbaycanda “Android” qurğularının sahibləri arasında ən populyar saytlar siyahısına daxil olub

“Opera” şirkəti 2013-cü ilin dördüncü rübünün nəticələrinə əsasən “State of the Mobile Web” hesabatını hazırlayıb.

Tarix: 07/02/14 “YouTube” saxta baxış sayları ilə mübarizəyə başlayıb

“YouTube” portalının aylıq unikal istifadəçi sayı 1 milyardı ötür. Rəsmi statistikaya görə, bu istifadəçilər 6 milyard saatlıq video izləyirlər, lakin  onların hamısı insan deyil.

Tarix: 07/02/14 “NETTY” yubileyə hazırlaşır

“NETTY-2014” Azərbaycan Milli İnternet mükafatının 10-cu yubileyinin keçirilməsi ilə bağlı  hazırlıq işlərinə başlanılıb.

Tarix: 06/02/14 “Twitter” öz arxivlərini alimlər üçün açıq edəcək

“Twitter” mikrobloqlar xidməti öz arxivlərini alimlər üçün açıq edəcək. Bu haqda fevralın 5-də sosial şəbəkənin rəsmi bloqunda yazılıb.

Tarix: 06/02/14 Türkiyədə saytlar məhkəmənin icazəsi olmadan bağlana bilər

Türkiyə Böyük Millət Məclisi hakimiyyətin internet üzərində nəzarət sahəsində səlahiyyətlərini xeyli genişləndirən qanun layihəsini qəbul edib.

Tarix: 06/02/14 “Twitter” istifadəçilərinin sayı 240 milyonu ötüb

“Twitter” mikrobloqlar servisinin aylıq istifadəçilərinin sayı 241 milyon təşkil edib, 2013-cü ilin oktyabrından servisin auditoriyası 9 milyon artıb. Bu barədə şirkətin saytındakı məlumatda deyilir.

Tarix: 06/02/14 “YouTube”un rəhbəri dəyişəcək

“Bloomberg” agentliyinin yaydığı məlumata əsasən, “Google”un baş vitse-prezidenti Süzan Voysiski yaxın vaxtlarda “YouTube” videohostinqinə  başçılıq edəcək

Tarix: 05/02/14 ABŞ-da “Facebook” istifadəçilərinin 10%-i gündəlik statusunu yeniləyir

ABŞ-da “Facebook” sosial şəbəkəsi istifadəçilərinin təxminən 10%-i  hər gün öz statusunu yeniləyir. Bu haqda “Pew Research Center” şirkətinin “Facebook”un 10 illiyinə həsr edilmiş tədqiqatında deyilir.

Tarix: 05/02/14 Mark Zukerberq: “Necə oldu ki, mən ”Facebook”u yaratdım?!”

“Facebook” öz onilliyinə həsr olunmuş  istifadəçilərinin sosial şəbəkədə ilk məşhur postlarını əks etdirən “Look back” (geriyə nəzər sal) səhifəsini yaradıb.








19 Mart 2024

18 03 2024