bölmədə 5632 material var

Tarix: 25/06/11 “Facebook”u yenidən məhkəməyə veriblər

“Facebook” rəhbərliyi Vinklvossov qardaşlarının Mark Sukerberq ilə ABŞ Ali Məhkəməsində sonrakı mübahisələrdən imtina etmək qərarına nahaq sevinib. Dünən bu xəbər çıxdıqda onlar öz qərarlarının səbəbini izah etmədilər, ancaq vəziyyət bu gün aydınlaşıb. Məlum olub ki, əkizlər mübahisəni Boston Federal Məhkəməsinə keçiriblər.

Tarix: 24/06/11 “Facebook” müştərilərilə birgə yeni reklam ideyaları fikirləşəcək

“Facebook” sosial şəbəkəsi öz müştərilərini yeni marketinq və reklam kampaniyalarının hazırlanması üçün cəlb etməyə qərar verib. Bu barədə “The Marketing Week” portalı yazıb. “Facebook”da mal və xidmətlərin satışı üçün yeni ideyaları təklif edəcək "müştərilər şurası"na “Coca-Cola” şirkətinin rəhbəri Uendi Klark və “McCann Worldgroup” reklam agentliyinin icraçı direktoru Nik Brini cəlb edilib.

Tarix: 24/06/11 “Mozilla” şirkəti “Firefox 4”-dən üz döndərdi?

Məlumata görə, “Mozilla” şirkəti “Firefox 4” səyyahı üçün müxtəlif növ boşluqları aradan qaldıran yeniləmə çıxartmayacaq. Hətta əgər veb-səyyahda kritik səhvlər aşkar edilsə belə, istifadəçilər “Firefox 5” səyyahına keçməli olacaqlar.

Tarix: 23/06/11 Online Lisenziyalaşdırma Mərkəzi yaradılır

Müəllif Hüquqları Agentliyinin (MHA) nəzdində Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi və Hüquqların Rəqəmli İdarəolunması üzrə Online Lisenziyalaşdırma Mərkəzinin yaradılması nəzərdə tutulub.

Tarix: 23/06/11 “Fotobank.az” saytı

Azərbaycanda kommersiya məqsədi daşımayan “Fotobank.az” adlı yeni portal fəaliyyətə başlayıb. Portalın yaradılmasında məqsəd müxtəlif elm sahələri üzrə araşdırıcılara, çeşidli informasiya qaynaqlarına və sadə vətəndaşlara fotolarla yardımçı olmaq niyyətidir. Fotoların əksəriyyətini bu saytdan başqa ikinci bir qaynaqdan tapmaq qeyri-mümkündür.

Tarix: 23/06/11 Azərbaycanda sosial internet ideyaları müsabiqəsi keçiriləcək

İyul ayında Azərbaycanda sosial internet ideyaları müsabiqəsi keçiriləcək. Sosial Yeniliklər Düşərgəsi (SYD) adlanan bu müsabiqənin məqsədi - əhalinin sosial problemlərini həll edəcək və ya əhalinin sosial tələbatlarına cavab verəcək ən yaxşı internet əsaslı layihələri müəyyən etməkdir.

Tarix: 23/06/11 Mark Sukerberqə barışıq elan edilib

Dünyada ən böyük sosial şəbəkənin ideya və proqram kodunun oğurluğunda “Facebook” rəhbəri Mark Sukerberqi ittiham etmiş Uinklvoss əkizləri məhkəmə iddiasını dayandırmağa qərar veriblər. Əkizlər aşağı instansiyaların qərarından ABŞ-ın Ali Məhkəməsinə apelyasiya verməməyə qərar veriblər.

Tarix: 23/06/11 Sosial şəbəkələri qadağan edən şirkətlərin sayı artıb

Rusiya şirkətlərinin 63%-i iş yerlərində "ВКонтакте", "Одноклассники" və “Facebook” kimi sosial şəbəkələrdən isifadəni qadağan edib. Bu barədə “Superjob” şirkətinin tədqiqatında bildirilib. Beləliklə, son üç il ərzində öz əməkdaşlarına sosial şəbəkədə olmağı qadağan edən işə götürənlərin payı 10 faizdən çox artıb.

Tarix: 23/06/11 Azərbaycanın internet bazarı Asiya bazarının ümumi həcminin 0,4 faizini təşkil edir

İnternet İstifadəçilərinin Beynəlxalq Statistika Təşkilatı (İnternet World Stats) qlobal şəbəkənin istifadəçilərinin sayı ilə bağlı növbəti hesabatını dərc edib. “İnternet World Stats”ın (IWS) yeni hesabatına görə, Azərbaycanda internet istifadəçilərinin sayı 3,689 milyon nəfərə çatır.

Tarix: 23/06/11 Azərbaycanda istifadəçilər üçün internetin qiymətində növbəti azalma gözlənilir

Azərbaycanda internet-xidmət provayderləri üçün beynəlxalq kanalların icarə qiymətinin azaldılması onların son istifadəçi üçün təklif etdikləri qiymətlərin növbəti dəfə ucuzlaşmasına təsir edə bilər. Bu barədə Trend-ə "Delta Telecom" şirkətinin baş direktoru Ramazan Vəliyev məlumat verib.

Tarix: 22/06/11 II rüb “Adobe” üçün gözlənildiyindən daha yaxşı olub

Qrafik proqram təminatının ən böyük dünya istehsalçısı “Adobe Systems” bu gün şirkətin ikinci rübdəki işinin nəticələri haqqında məlumat verib. Nəticə analitiklərin proqnozlarından yuxarı olub. Yaponiyada baş verən sunami və zəlzələ şirkətin gözlənilən 50 milyon əvəzinə 10 milyon dollar qazanmasına səbəb olub.

Tarix: 22/06/11 ƏƏSM nazirliyinin yeni portalı olacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni portalı hazırlanır. Bu barədə nazirliyin Aparat rəhbərinin müavini Elnur Kələntərli məlumat verərək bildirdi ki, «İnformasiya əldə etmək haqqında” qanunu əldə rəhbər tutan nazirlik veb-səhifənin üzərində iş aparır. «Nəzərinizə çatdırım ki, nazirliyin böyük internet şəbəkəsi mövcuddur.

Tarix: 22/06/11 İnternet resurslarının monitorinqi aparılıb

Multimedia Mərkəzi tərəfindən “İctimai informasiyaların rəsmi internet resurslar vasitəsilə açıqlanması: real vəziyyət və perspektivlər” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbirdə Multimedia Mərkəzinin direktoru Osman Gündüz 6 ay ərzində 60 dövlət qurumunun və 15 bələdiyyənin internet resursunun monitorinqinin aparıldığını qeyd edib.

Tarix: 22/06/11 Ziyarətçi reytinqində önə çıxan şəbəkələr

Google İnc” korporasiyasına aid olan saytların aylıq auditoriyası 1 milyardı ötüb. “comScore” tədqiqat şirkətinin məlumatlarına əsasən, “Google” bir ay ərzində belə sayda unikal ziyarətçiləri cəlb edən internet-şirkətlərdən birincisi olub. Reytinqdə ikinci yerdə “Microsoft”a aid olan saytlar olub. May ayında onların auditoriyası 905 milyon insan təşkil edib.

Tarix: 22/06/11 Əlillərin vahid elektron məlumat bazası yaranıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əlillərin cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədilə vahid elektron məlumat bazası (VMB) yaradılıb. Nazirlikdən verilən məlumata görə, məqsəd əlillərin problemlərinə kompleks yanaşmanı, fərdi reabilitasiya planı əsasında tibbi və sosial reabilitasiya tədbirlərinin ardıcıl həyata keçirilməsini təmin etməkdir.








19 Mart 2024

18 03 2024