bölmədə 5632 material var

Tarix: 14/01/14 “Facebook”un kapitallaşma həcmi Malayziyanın kapitallaşmasını ötür

“Bank of America Merill Lynch” bankının investisiya strategiyası üzrə baş mütəxəssisi Maykl Hartnett ABŞ-ın doqquz nəhəng şirkətinin (Exxon, Google, GE, Wells Fargo, P&G, IBM, Facebook, CVS və Starbucks) kapitallaşma həcmini iqtisadiyyatı inkişaf etməkdə olan doqquz ölkənin (Tayvan, Braziliya, Cənubi Afrika, Hindistan, Rusiya, Meksika, Malayziya, İndoneziya və Türkiyə) kapitallaşması ilə müqayisə edib.

Tarix: 14/01/14 “LTE” şəbəkələrində məlumatlar 300 Mbit/saniyə sürəti ilə ötürüləcək

“Broadcom” şirkəti smartfon və planşetlərdə istifadə üçün nəzərdə tutulan və “LTE” dördüncü nəsil mobil rabitəsini dəstəkləyən “M320” çipini nümayiş etdirib.

Tarix: 14/01/14 “Facebook” yeni satınalma həyata keçirib

“Facebook” “Branch” və “Potluck” onlayn proqram təminatı istehsalçısı “Branch Media” şirkətini satın alıb. Sazişə əsasən, “Branch Media” şirkəti “Facebook Conversation Group” bölməsinin tərkibinə daxil ediləcək.

Tarix: 14/01/14 “Google” termostat istehsalçısını satın alıb

“France-Presse” agentliyinin yaydığı məlumata əsasən, “Google” şirkəti ev üçün “Nest Labs” qabaqcıl texnika istehsalçısını 3.2 milyard dollara satın almaq niyyətindədir.

Tarix: 14/01/14 “Müavinətlər üzrə axtarış” elektron xidmətindən istifadə qaydaları açıqlanıb

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Elektron hökumət” portalı (www.e-gov.az) vasitəsilə vətəndaşlara təqdim etdiyi “Müavinətlər üzrə axtarış” xidmətindən istifadə qaydalarını açıqlayıb.

Tarix: 13/01/14 Bir il ərzində “Google” patentlənmiş texnologiyaların sayını iki dəfə artırıb

Ötən il “Google” ABŞ-da təxminən 2000 patentə sahiblənib ki, bu da ötən illərlə müqayisədə iki dəfə daha çoxdur

Tarix: 13/01/14 Hindistan Seçki Komissiyası “Google”un xidmətlərindən imtina edib

“Google” internet şirkəti Hindistanda maraqlı sazişdən məhrum olub. Belə ki, Hindistan Seçki Komissiyası bundan sonra “Google”un internetdə istifadəçilər tərəfindən seçkilərlə bağlı məlumatların axtarılması üçün nəzərdə tutulan proqram təminatından istifadə etməyəcəyini açıqlayıb

Tarix: 13/01/14 Azərbaycanda “Vikipediya” ilə bağlı daha bir layihəyə start verilir

“İRƏLİ” İnformasiya Texnologiyaları Mərkəzi “Vikipediya Azərbaycan”ın tərəfdaşlığı ilə  “WikiDays” layihəsinə start verir.

Tarix: 11/01/14 Ötən il Azərbaycanda elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 1,6 dəfə artıb

Ölkədə 2013-cü ildə elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 2012-ci ilə nisbətən 1,6 dəfə artaraq 2,6 milyon manat təşkil edib.

Tarix: 11/01/14 Bu gün “WordPress” bloq platformasının yaradıcısının anadan olduğu gündür

1984-cü il yanvarın 11-də hazırda dünyanın ən populyar bloq platforması sayılan "WordPress"in yaradıcısı Met Mullenveq anadan olub.

Tarix: 11/01/14 2017-ci ilədək mobil alışlar elektron ticarət bazarının 3/1 hissəsini təşkil edəcək

“Juniper Research” tədqiqat şirkəti qurğu istifadəçilərinin internetdə alış-veriş zamanı fəallıqlarını tədqiq edib.

Tarix: 11/01/14 Azərbaycanda Avropa İttifaqının “eTwinning Plus” proqramına maraq artır

Azərbaycan 2013-cü ildən etibarən beynəlxalq “eTwinning Plus” layihəsində iştirak etməyə başlayıb. Sözügedən layihə Azərbaycanda Təhsil Nazirliyi ilə əməkdaşlıq əsasında “Mədəd Azərbaycan” təşkilatı tərəfindən icra olunur.

Tarix: 10/01/14 MTRŞ-nin internet televiziyaları ilə bağlı mövqeyi açıqlanıb

“İnternet televiziyalarından başqa digər telekanallar lisenziyalaşdırılır. Amma internet televiziya hələ tam lisenziyalaşdırılmır”.

Tarix: 10/01/14 Azərbaycanda “İPv6” standartını dəstəkləyən platforma əsasında işləyən provayder yaradılacaq

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) “Bakinternet II” provayderini yaratmaq niyyətindədir.

Tarix: 10/01/14 Yeni “Confide” messencerində mesajlar yoxa çıxır

“iOS” platforması üçün yeni “Confide” messencerində mesajlar oxunduqdan sonra yoxa çıxır. “Patch” xəbər saytının həmtəsisçisi Con Brod və “Yext” startapının direktoru Hovard Lerman tərəfindən hazırlanmış ödənişsiz proqram “iTunes” onlayn mağazasında əlçatandır.








19 Mart 2024

18 03 2024